Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti təkmilləşdirilir - FƏRMAN
Siyasət
Oxunub: 701
20 Haz 2019 | 19:00
Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyəti təkmilləşdirilir - FƏRMANPrezident İlham Əliyev Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun fəaliyyətinin təkmilləşdirilməsi barədə fərman imzalayıb.

xeberler.org AZƏRTAC-a istinadən bildirir ki, fərmanda qeyd edilir ki, Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində publik hüquqi şəxs statusu olan Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna çevrilmə yolu ilə yenidən təşkil edilsin.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin fəaliyyətə başlaması və nizamnamə fondunun formalaşdırılması üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinə 1 milyon manat ayrılsın.

Nazirlər Kabinetinə tapşırılır ki, Azərbaycan Respublikası Prezidentinin aktlarının bu Fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Azərbaycan Respublikası Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını üç ay müddətində təmin edib Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu Fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə beş ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; bu Fərmandan irəli gələn digər məsələləri həll etsin.

Kənd Təsərrüfatı Nazirliyinə tapşırılır ki, bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin təsisçisinin "Publik hüquqi şəxslər haqqında" Azərbaycan Respublikası Qanununun 8.2-ci maddəsində qeyd edilən səlahiyyətlərini həyata keçirsin; nizamnaməsini, optimallaşdırma həyata keçirilməklə strukturunu, işçilərinin say həddini iki ay müddətində təsdiq etsin; dövlət qeydiyyatına alınması üçün onun nizamnaməsi təsdiq edildikdən sonra üç gün müddətində "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Vergilər Nazirliyinə müraciət etsin.

Maliyyə Nazirliyinə tapşırılır ki, bu Fərmanın 2-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin; "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi ilə bağlı bir sıra məsələlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 dekabr tarixli 431 nömrəli Fərmanının 1.1.3.9-cu yarımbəndi üzrə Tərəvəzçilik Elmi Tədqiqat İnstitutuna nəzərdə tutulmuş vəsaitin qalığının müvafiq olaraq bu Fərmanın 1-ci hissəsində göstərilmiş publik hüquqi şəxsin hesabına köçürülməsi ilə bağlı tədbirlər görsün və həmin publik hüquqi şəxsin saxlanılması üçün tələb olunan vəsaiti növbəti illərdə dövlət büdcəsinin layihəsində nəzərdə tutsun.

Əmlak Məsələləri Dövlət Komitəsi Tərəvəzçilik Elmi Tədqiqat İnstitutunun istifadəsində olan dövlət əmlakının bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxsin balansına verilməsi ilə bağlı tədbirlər görəcək.

Bu Fərmanın 1-ci hissəsində nəzərdə tutulmuş publik hüquqi şəxs "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək Tərəvəzçilik Elmi Tədqiqat İnstitutu öz fəaliyyətini davam etdirəcək.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu Fərmana uyğunlaşdırılmasını təmin edib Azərbaycan Respublikasının Nazirlər Kabinetinə məlumat verəcək.
Dün, 16:27
İlham Əliyev KAICIID-in baş katibini qəbul etdi - Fotolar
Dün, 15:37
Sosial şəbəkəyə hücum - güclərarası ziddiyyətin göstəricisi - ŞƏRH
Dün, 15:10
Prezident ipoteka haqqında qanunu təsdiqlədi
Dün, 14:19
Paşinyan İctimai Televiziyaya müsahibə verdi - 4 kənddən DANIŞDI
Dün, 13:21
Əli Əsədov Türkiyə rəsmisini qəbul etdi
Dün, 12:28
Vüqar Qurbanov ona vəzifə verdi
Dün, 11:45
İlham Əliyev: Azərbaycan sülhü müharibə vasitəsilə təmin etdi və bu, lazımınca nəzərdən keçirilməlidir
Dün, 11:06
Yaxın günlərdə bu məhsullar kəskin ucuzlaşacaq – SİYAHI
Dün, 10:40
İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu çox mühüm beynəlxalq platformadır
Dün, 10:01
Mikayıl Cabbarov: "Azərbaycan, Qazaxıstan və Özbəkistan nazirlərinin üçtərəfli görüşü keçiriləcək"
Dün, 09:14
Bu gün Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu başlayır
Dün, 08:44
Bu gündən yeni tədris ili üçün I siniflərə sənəd qəbulu başlayır
30-04-2024, 19:17
Həcc ziyarəti bu tarixdə BAŞLAYIR
30-04-2024, 18:40
Prezident ABŞ nümayəndə heyətini qəbul edib
30-04-2024, 18:10
Vəzifəli şəxslərin siyahısı genişləndirildi
30-04-2024, 15:31
İmtahan nəticələri açıqlanıb, 8 şagirdin nəticəsi ləğv olunub, 4 nəfər yüksək bal toplayıb
30-04-2024, 15:04
Ceyhun Bayramov Qətərdəki Forumda çıxış edib
30-04-2024, 13:59
Yeni Kaledoniya Fransa üçün kabusa çevrilir - Bakı təşəbbüsünün yaratdığı narahatlıq - ŞƏRH
30-04-2024, 13:12
Bakıda I və II Şəhidlər Xiyabanında tanınmadan 13 nəfər dəfn edilib - SİYAHI
30-04-2024, 12:45
Mayın ilk gününün havası açıqlanıb
30-04-2024, 12:19
Əfsanəvi Mayk Tayson boks tarixinə düşəcək
30-04-2024, 11:27
“Ukraynada və Gürcüstanda attestatla oxuyub ölkəmizdə stomatoloq işləyirlər” – SENSASİON İDDİA
30-04-2024, 11:04
Səidə Sultanın transparan geyimi GÜNDƏM OLDU
30-04-2024, 10:25
Vəzifəli şəxsin oğlunun üzərinə benzin tökdüyü qadın ÖLDÜ
30-04-2024, 09:59
Qazaxıstanın sabiq DİN rəhbəri saxlanıldı
30-04-2024, 09:20
ADNA terrorundan 15 il ötür
30-04-2024, 08:50
Ən yaxşı öpüşən 5 bürc: Onlarla ehtiraslı sevgi yaşaya bilərsiniz