Nazir: Bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır
Cəmiyyət
Oxunub: 548
16 Ağu 2018 | 11:49

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev nazirliyin Xəzər rayonu, Şağan qəsəbəsində yerləşən Əlilliyi olan şəxslər üçün Müalicə Pansionatında bərpa müalicəsi şəraiti, əlilliyi olan insanlara göstərilən xidmətlərlə tanış olub.

xeberler.org Trend-ə istinadən xəbər verir ki, Nazirlikdən verilən məlumata görə, pansionatda stasionar, diaqnostika, fizioterapiya şöbələrində aparılan işlər nəzərdən keçirilib. Qeyd olunub ki, 250 çarpayılıq müəssisədə il ərzində 4 mindən çox əlilliyi olan şəxs stasionar şəraitdə reabilitasiya xidmətləri ilə təmin olunur. Cari ilin ötən dövründə də 2631 nəfər əliliyi olan şəxs, o cümlədən ölkəmizin ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş 311 nəfər pansionata qəbul olunub. Hazırda 230-a qədər əlilliyi olan şəxsə burada bərpa müalicə xidmətləri göstərilir.

S.Babayev müəssisədəki ultrasəslə müayinə, elektrokardioqrafiya, elektroensefaloqrafiya, rentgen kabinetləri, mədəni-istirahət bölməsi, laboratoriya, müalicəvi bədən tərbiyəsi zalı, tətbiq olunan müxtəlif fizioterapevtik müalicə üsulları və s. ilə tanış olub. O, pansionatda müalicə olunan əlilliyi olan insanlarla görüşüb.

 

Əlilliyi olan şəxslər ölkəmizdə sosial cəhətdən həssas qruplara yönələn dövlət qayğısının ildən-ilə artmasına, əlilliyi olanların sağlamlıqlarının bərpası, tibbi-sosial reabilitasiya sisteminin təkmilləşdirilməsi üçün aparılan işlərə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.

Nazir bildirib ki, dövlət başçısının tapşırığına əsasən, əlilliyi olan vətəndaşlar üçün tibbi-sosial reabilitasiya infrastrukturunun ən müasir tələblərə uyğun qurulması istiqamətində işlər davam etdirilir. Hazırda bir çox reabilitasiya müəssisələrində əsaslı təmir işləri aparılır. Bu işlərin qarşıdakı dövrdə Əlilliyi olan şəxslər üçün Şağan Müalicə Pansionatında da davam etdirilməsi nəzərdə tutulur.

S.Babayev müəssisənin fəaliyyətinin səmərəli təşkili, xidmət səviyyəsinin yüksəldilməsi, tətbiq olunan müalicə kurslarının nəticələrinin təhlil edilməsi və müvafiq qiymətləndirmələrin aparılması barədə tapşırıqlarını verib. İşçi heyətin peşəkarlığının artırılmasının və müvafiq sahədə qabaqcıl dünya təcrübələrinin öyrənilməsinin vacibliyini qeyd edən nazir digər bərpa mərkəzləri və səhiyyə müəssisələri ilə təcrübə mübadilələrinin aparılmasının diqqətdə saxlanılmasını, əlilliyi olan insanlara qayğı ilə yanaşılmasını tapşırıb.

Dün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
25-04-2024, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
25-04-2024, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
25-04-2024, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
25-04-2024, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
25-04-2024, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25-04-2024, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
25-04-2024, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ