Yeni icra başçıları kimdir? - DOSYE
Siyasət
Oxunub: 591
31 Ekm 2019 | 16:24
Yeni icra başçıları kimdir? - DOSYEPrezident İlham Əliyevin sərəncamı ilə iki rayona gənc icra başçıları təyin edilib.

Redaktor.az-ın verdiyi xəbərə görə, Xaçmaz rayonuna başçılıq edəcək Elnur Rzayev bundan əvvəl Gəncə Şəhər İcra Hakimiyyəti başçısının birinci müavini olub. Onun 39 yaşı var.

E.Rzayev birinci müavin olmadan öncə Gəncə "Asan xidmət”in rəhbəri vəzifəsində çalışıb. O, 1980-ci ildə Qərbi Azərbaycanın Aşağı Şorca kəndində anadan olub. Dövlət İqtisad Universitetində "Biznes üzrə menecment” ixtisası üzrə bakalavr, həmin Universitetdə "İstehsal sistemlərinin idarəedilməsi” ixtisası üzrə magistr təhsili alandan sonra Prezident Yanında Dövlət İdarəçilik Akademiyasında "Dövlət və Bələdiyyə idarəetməsi” ixtisası üzrə təhsilini davam etdirib.

2004-2009-cu illərdə DSMF-nun Gəncə şəhər Nizami rayon şöbəsində məsləhətçi, 2009-2013-cü illərdə Daşkəsən rayon Əhalinin Sosial Müdafiəsi Mərkəzinin direktoru vəzifəsində işləyib. Ailəlidir, 3 övladı var.

Yevlax rayon icra başçısı vəzifəsinə təyin olunan Anar Tağıyev isə paytaxtın Nəsimi rayon icra hakimiyyəti başçısının müavini idi. O, 1981-ci ildə Bakı şəhərində anadan olub.

Bakı Dövlət Universitetini, ardınca isə Moskva Dövlət Vilayət Universitetini bitirib. Müxtəlif illərdə hüquqşünas, Bakı Dərin Özüllər zavodunun Birgə layihələr şöbəsində mühəndis vəzifəsində çalışıb.

Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin Gənclər Təşkilatları ilə iş sektorunda məsləhətçi vəzifəsində işləyib. 2008-2010-cu illərdə Nəsimi rayon İcra Hakimiyyətinin "İctimai təşkilatlar və siyasi partiyalarla iş” şöbəsinin, 2010-2011-ci ilədək isə "Ərazi idarəetmə və yerli özünü idraəetmə orqanları ilə iş” şöbəsinin müdiri vəzifələrinə təyin olunub. 2011-ci ildən Nəsimi rayon İcra Hakimiyyəti Başçısının müavini vəzifəsində çalışıb. Ailəlidir, 2 övladı var.
Bugün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Bugün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Bugün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Bugün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Bugün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Bugün, 10:12
Azərbaycanda zəlzələ oldu
Bugün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Bugün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dün, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
Dün, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
Dün, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
Dün, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
Dün, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
Dün, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
Dün, 12:05
Prezident Rusiyadadır
Dün, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
Dün, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
Dün, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
Dün, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
Dün, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur
20-04-2024, 19:32
Danimarkada hava limanı təxliyə olundu: bomba təhlükəsi...
20-04-2024, 18:34
Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto
20-04-2024, 17:32
İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik
20-04-2024, 16:51
Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir
20-04-2024, 15:43
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
20-04-2024, 14:46
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB
20-04-2024, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər