Bu il Bakıda 7181 sərxoş sürücü saxlanılıb
Hadisə
Oxunub: 584
28 Ağu 2018 | 12:43

Bakı şəhərində yol hərəkəti təhlükəsizliyini daha da səmərəli təşkil etmək, qəzaların qarşısını almaq və gecə saatlarında kobud qayda pozuntuları törədən sürücülərə qarşı mübarizəni gücləndirmək məqsədi ilə yol polisi tərəfindən tədbirlər davam etdirilir.

xeberler.org Trend-ə istinadən xəbər verir ki, Daxili İşlər Nazirliyindən verilən məlumata görə, paytaxt ərazisində keçirilən sonuncu belə tədbir əsasən avtomobili sərxoş vəziyyətdə idarə edən, polisin qanuni "saxla” əmrinə tabe olmayan, nəqliyyat vasitəsini sürücülük vəsiqəsi olmadan idarə edən və digər kobud qayda pozuntuları törədən sürücülərə qarşı yönəlib.

Tədbir zamanı Binəqədi rayonu ərazisində yol hərəkəti qaydasını pozduğuna görə "Mercedes” markalı avtomobilin sürücüsünə saxlama işarəsi verilsə də sürücü polisin əmrinə tabe olmayaraq hərəkətini davam etdirib. Daha sonra yol polisləri tərəfindən Rəsulzadə qəsəbəsi ərazisində saxlanılan sürücü bu dəfə sənədlərini təqdim etməkdən boyun qaçırıb.
Yol polisinin apardığı profilaktik tədbir zamanı avtomobili sərxoş vəziyyətdə idarə edən sürücülər da aşkar edilib.

 

Nəsimi rayonu ərazisində saxlanılan "Dodge” markalı avtomobilin sürücüsü Səhhət Məmmədovun ilkin müayinə zamanı nəqliyyat vasitəsini içkili halda idarə etdiyi məlum olub. Sürücü alkoqol müayinəsindən keçirilməsi üçün tibb məntəqəsinə dəvət edilsə də, o bundan imtina edib. Daha sonra tibbi müayinədən keçməyə razı olan sürücünün sərxoşluq dərəcəsi təyin olunub və bu barədə protokol tərtib edilib.
Yol polisi tərəfindən saxlanılan sürücülərlə maarifləndirici söhbətlər aparılıb, sükan arxasında daha da məsuliyyətli olmağın vacibliyi vurğulanıb. Bakı Şəhər Baş Polis İdarəsi Dövlət Yol Polis İdarəsi əməkdaşları tərəfindən bu tipli maarifləndirici tədbirlər bundan sonra da davam etdiriləcək.

Qeyd edək ki, 2018-ci ilin əvvəlindən avqustun 20-nə qədər olan müddətdə Bakı şəhəri ərazisində yol hərəkəti qaydaları pozuntusuna görə inspektorlar tərəfindən 410 mini inzibati protokol tərtib edilib. Bu protokollardan 7181-i nəqliyyat vasitəsini sərxoş vəziyyətdə idarə edən, 216-ı avtoxuliqanlıq, 1209-u ötmə və manevr etmə qaydalarına əməl etməyən, 19327-i işıqforun qırmızı işığında hərəkətini davam etdirən sürücülər barəsində tərtib olunub.

Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
17-04-2024, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
17-04-2024, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ