Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir
Cəmiyyət
Oxunub: 255
27 Şub 2021 | 10:00
Şəhid ailələrinə və qazilərə qayğı göstərmək dövlətin prioritet vəzifəsidir
2020-ci il sentyabrın 27-də başlanan və 44 günlük davam edən Vətən müharibəsi 30 ilə yaxın erməni işğalına son qoydu. Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi altında müqəddəs torpaqlarımız mənfur düşməndən təmizləndi. 10 noyabr 2020-ci il Ermənistanın Baş naziri Kaputulyasiya aktına imza atmağa məcbur oldu. Bu haqq savaşında şəhidlərimiz, yaralılarımız oldu. İkinci Qarabağ müharibəsində şəhid olmuş qəhrəmanlarımızın ailə üzvlərinə və müharibə iştirakçılarına Prezident İlham Əliyevin tapşırığına əsasən aidiyyəti qurumlar tərəfindən qayğı və diqqət nəinki dövlət qurumlarının, həm də cəmiyyətin böyük bir hissəsinin diqqət və qayğısını çəkən təxirəsalınmaz mühüm bir vətəndaşlıq borcuna və vəzifəsinə çevrilib. Bu isə cəmiyyətdə birliyin və qarşılıqlı etimadın yeni təzahür forması kimi bütün təbəqələrdən olan insanlar tərəfindən xoş ovqatla qarşılanır, onların dövlətimizə və qalib Prezidentimizə inam hisslərini, məhəbbətini gündən-günə artırır. Dövlət başçımız tərəfindən imzalanan Sərəncamlar, qəbul edilən Qərarlar bu vacib məsələyə son dərəcə ciddi münasibət göstərildiyini bir daha təsdiq edir. Xalqımızın, o cümlədən şəhid ailələrinin, müharibə əlillərinin sosial rifahının daha da yaxşılaşdırılması, onların ehtiyaclarının hər tərəfli və dolğun şəkildə ödənilməsi göstərilən qayğının daha da gücləndirilməsi dövlətimizin qarşısında duran piroritet vəzifədir. Ramanada ölkə başçımızın iştirakı ilə 1512 mənzildən ibarət kompleksin açılması şəhid ailələrinə və müharibə əlillərinə göstərilən qayğının bariz nümunəsidir. Kompleks bütün zəruri sosial infrasturuktirla təchiz edilib. 2021-2025-ci illərdə mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan 2000 dən çox şəhid ailəsi və müaharibə əlili mənzillərlə təmin olunacaqdır. Hal hazıra kimi 9200 yaxın şəhid ailəsi və müharibə əlilinə yeni mənzillər təqdim olunmuşdur. Möhtəşəm qələbəmizin qazanılmasında payı olan qazilərimiz 300 dən çox protezlə təmin olunacaqlar. Prezident İlham Əliyev çıxışında Vətən müharibəsi, eləcə də İkinci Qarabağ müharibəsi şəhidlərinin qanının yerdə qalmadığını, düşməndən intiqam alındığını, ərazi bütövlüyümüzün bərpa olunduğunu vurğulayaraq, şəhidlərimizin əziz xatirəsini qəlbimizdə əbədi yaşadacağımızı diqqətə çatdırıb.
Dövlətimizin siyasətinin mərkəzində insan amilinin dayandığını dəfələrlə vurğulayan Möhtərəm Prezidentimiz Azərbaycan vətəndaşının yüksək rifahının təmin olunmasını ən vacib hədəflərdən biri kimi qeyd etmişdir. 2003-cü ildə Ölkə Prezidenti seçilərkən cənab İlham Əliyev bildirmişdir ki, Azərbaycan xalqı xoşbəxt yaşmağa layiqdir və çalışacağam ki, xalqımız yaxşı yaşasın. Keçən 17 il ərzində digər vədləri kimi bu vədinə də ən yüksək səviyyədə əməl edir. Xalqımız tam əmindir ki, müstəqil ölkəmiz digər prioritetlər kimi şəhid ailələrinin, müharibə əlillərinin ehtiyaclarının təmin olunması istiqamətində bundan sonra da uğurlu addımlar atacaqdır. Çünki müstəqil Azərbaycan dövlətinin başında İlham Əliyev kimi şöhrətli siyasətçi, ölkəmizin milli maraqlarını hər şeydən uca tutan böyük dövlət xadimi, mahir diplomat, Müzəffər Ali Baş Komandan və qüdrətli Sərkərdə dayanır.

“Qələbə” qəzetinin müxbiri Əzizağa Məmmədli.
Bugün, 19:32
Danimarkada hava limanı təxliyə olundu: bomba təhlükəsi...
Bugün, 18:34
Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto
Bugün, 17:32
İraqın baş naziri: Ərazilərimizdən Türkiyəyə hücumlar üçün istifadə edilməsinə imkan verməyəcəyik
Bugün, 16:51
Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir
Bugün, 15:43
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
Bugün, 14:46
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Bugün, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV