xeberler.org
xeberler.org

Xəstəxanada müalicə alan Xalq artistinin durumu ilə bağlı açıqlama

9-02-2021, 17:37 23 dəfə baxılıb

Xəstəxanada müalicə alan Xalq artistinin durumu ilə bağlı açıqlama
İnfarkt keçirərək Respublika Müalicəvi Diaqnostika Mərkəzinə (RDM) yerləşdirilən Xalq artisti, tanınmış kinorejissor və ssenarist Eldar Quliyev palataya köçürülüb.

Bunu “Report”a açıqlamasında Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının Mətbuat xidmətinin rəhbəri Əli Vəliyev deyib.

Onun sözlərinə görə, E.Quliyevin vəziyyəti stabil yaxşıdır: “Xalq artisti Reanimasiya şöbəsindən palataya köçürülüb. Onun səhhətindəki bir sıra problemlər artıq öz həllini tapıb. Hazırda palata şəraitində reabilitasiya və müalicə prosesləri davam edir. Qarşıdakı günlərdə həkimlər vəziyyətini qiymətləndirdikdən sonra evə buraxıla bilər”.

Qeyd edək ki, Eldar Quliyev yanvarın 18-i 80 illik yubileyi günü infarkt keçirərək xəstəxanaya yerləşdirilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA