xeberler.org
xeberler.org

Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi

22-02-2021, 17:53 17 dəfə baxılıb

Vilayət Eyvazov DİN-də iki qurumu birləşdirdi
Azərbaycanın daxili işlər orqanlarında struktur dəyişikliyi olub.Unikal.org-un əldə etdiyi məlumata görə, bununla bağlı Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondu nazirliyin Maliyyə-Plan İdarəsi ilə birləşdirilib.
Quruma rəhbərlik isə müvəqqəti olaraq polis polkovniki Şəhriyyar Hasilova həvalə edilib.

Qeyd edək ki, bir neçə gün öncə Daxili İşlər Orqanlarının Maddi-texniki və Sosial Bazasının Möhkəmləndirilməsi Fondunun direktoru Sadiq Gözəlov vəzifəsindən azad edilərək təqaüdə göndərilib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA