Soltan Camalov: BƏŞƏR TARİXİNDƏ GÖRÜLMƏMİŞ VƏHŞİLİK İLƏ TÖRƏDİLƏN XOCALI FACİƏSİNDƏN 29 İL ÖTÜR
Gündəm
Oxunub: 191
26 Şub 2021 | 12:30
Soltan Camalov: BƏŞƏR TARİXİNDƏ GÖRÜLMƏMİŞ VƏHŞİLİK İLƏ TÖRƏDİLƏN XOCALI FACİƏSİNDƏN 29 İL ÖTÜR


İnsanlığa qarşı öz vəhşiliyinə və qəddarlığına görə ən dəhşətli kütləvi terror hadisələrindən biri kimi tarixə düşmüş Xocalı soyqırımının törədilməsindən 29 il keçir. 1992-ci ilin o müdhiş fevral gecəsi Ermənistan Silahlı birləşmələri Sovet İttifaqı ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətmişlər. Misli görünməmiş vəhşiliklə həyata keçirilən bu soyqırımı XX əsrin ən dəhşətli faciələrindən biridir. Dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutulmuşdur. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə uşaq həlak olmuşdur. Yüzlərlə insan yaralanmış, xəsarət almış, şikəst olmuş, əsir düşmüşdür.

Əslində, Xocalı faciəsi bir gecənin hadisəsi deyildi. Ermənilər bu faciəyə Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra hazırlıq görmüşdülər. Onlar Qarabağın digər ərazilərində də belə faciələr törətməyə çalışsalar da, bunun ən dəhşətlisini Xocalıda həyata keçirdilər. Xocalı faciəsinə gedən yolun başlanğıcı isə Dağlıq Qarabağ münaqişəsinin daha aydın şəkildə meydana çıxdığı dövrə təsadüf edir. Elə həmin vaxtdan da Xocalı qətliamının əsası qoyulurdu. Bu faciə Azərbaycan xalqına qarşı Ermənistan-Azərbaycan müharibəsi dövründə vurulmuş ən ağır zərbədir. Xocalılar bu faciəni mərdliklə, qəhrəmanlıqla qarşılamışlar. Öz evini, şəhərini, ailəsini qəhrəmancasına müdafiə edənlər şəhid olmuşlar. Vəhşi ermənilər tərəfindən şəhəri qana bələnmiş, yer üzündən silinmişdir.

Faciəni törətməkdə erməni şovinistlərinin məqsədi xalqımızı qorxutmaq, vahimə içində saxlamaq, onun mübarizə əzmini qırmaq, işğal faktı ilə barışmasına nail olmaq idi. Lakin düşmən öz məkrli niyyətlərinə çata bilmədi. Xocalının qəhrəman müdafiəçiləri təpədən dırnağa qədər müasir silahlarla təchiz olunmuş düşmən qarşısında özünü itirmədi, əyilmədi, qəhrəmanlıq və rəşadət nümunələri göstərdi. Onlar qeyri-bərabər döyüşdə igidliklə vuruşaraq əsl fədakarlıq və vətənpərvərlik nümunəsi göstərdilər.

Xocalı qətliamı Azərbaycan xalqının tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Faciədən bir neçə gün sonra cəsarətli reportyorlarımızın od içində çəkdikləri kadrlar hər an bu dəhşətli mənzərəni seyr edənləri iliyinədək sarsıdır. Meşələrdə əli, ayağı, burnu, qulağı donan, əsir və girov düşən qoca və uşaqların bizim könüllü milli müdafiə əsgərlərinə təhvil verilməsi səhnəsi yüz il bundan sonra da ən möhkəm iradəli
insanları belə sarsıdacaq, yandırıb-yaxacaqdır. Körpələri meşələrdə donan, çöhrələrinə ölümün rəngi çökən zavallı anaların ağrılara dönən fəryadı heç vaxt heç kimin yaddaşından silinməyəcək.

Əsrlər boyu türk dünyasına qənim kəsilən, azərbaycanlılara qarşı daim kin, nifrət və intiqam hissi bəsləyən erməni anaları öz dığalarını da həmin ruhda tərbiyə edirlər. Azərbaycan anası isə qəlbi saf, humanist, mərhəmətli olduğundan övladlarını insansevər böyüdür. Əslində,
bu, bəşəri alicənablıqdır. Lakin analarımız heç vaxt unutmamalıdırlar ki, övladlarının kürəyinə tuşlanmış gavur xəncəri var. Övladını o yağı xəyanətindən ehtiyatlandırmaq üçün ona dostu düşməndən seçməyi öyrətməlidir. Analarımız övladını düşmən tərəfindən əzilən, döyülən, öldürülən, müdafiə olunan, məzlum, fağır yox, düşmən üzərinə gedən, intiqamını almağı bacaran mərd, cəsarətli, mətin ruhda tərbiyə etməlidirlər.

Xocalı faciəsinin Azərbaycan xalqının qan yaddaşı olduğunu dəfələrlə bəyan etmiş ulu öndər Heydər Əliyev hadisələrə beynəlxalq aləmdə əsl siyasi qiymətin verilməsinin zərurliyini vurğulamış, bu məsələnin dünya ictimaiyyətinə çatdırılması üçün xüsusi səy göstərmişdir. Bu
faciəni xalqımızın böyük dərdi, kədəri, qəmi adlandırmış ümummilli liderimiz, eyni zamanda, xalqımızın əsrlər boyu keçdiyi mübarizəni, milli azadlıq yolunu şanlı, uğurlu yol kimi dəyərləndirmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, bu həqiqətlərin beynəlxalq aləmdə yayılması, qətliama obyektiv qiymət verilməsi istiqamətində Heydər Əliyev Fondunun gördüyü işləri xüsusi minnətdarlıq hissi ilə qeyd etmək lazımdır. Məhz fondun gərgin fəaliyyəti nəticəsində əvvəlki illərdən fərqli olaraq indi dünya ölkələri erməni qəsbkarlarının törətdiyi insanlığa sığmayan Xocalı soyqırımı haqqında daha dolğun məlumatlandırılır. Bir sıra dövlətlər, beynəlxalq təşkilatlar, eyni zamanda, nüfuzlu qurumlar bəşəriyyətə qarşı yönəldilmiş bu cinayətin əsl mahiyyətini anlayaraq qətliamı kəskin şəkildə pisləyir.

Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir. Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilmişdir. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılmışdır. Bu isə ürəkləri daim Vətən eşqilə döyünən soydaşlarımzın öz
yurddaşları olan Xocalı şəhidlərinin müqəddəs ruhuna hörmət və ehtiramlarının bariz nümunəsidir.

Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Onların faciəli surətdə şəhid olması Azərbaycan xalqının qəhrəmanlığının, mətanətinin, cəsarətinin nümayişidir. Buna görə də biz bu gün bütün şəhidlərin ruhuna rəhmət oxuyaraq, eyni zamanda, başımızı dik tutmalıyıq. Nə qədər qəmgin olsaq da, bir o qədər də nikbin olmalıyıq, irəliyə, gələcəyə inamla baxmalı, ümidlə yaşamalıyıq. Mən əminəm ki, tutduğumuz yol şərəfli, doğru yoldur. Xalqımızın mənafeyini təmin edən yoldur. Biz bu yol ilə gedəcəyik. Azərbaycanın müstəqil dövləti xalqımızın birliyinə arxalanır, onun mətanətinə inanır və bu birliyimiz, mətanətimiz, dəyanətimiz, dözümlülüyümüz bizi bu ağır vəziyyətdənçıxaracaqdır.

Soltan Camalov
Qax Suvarma Sistemləri İdarəsinin rəisi
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur