xeberler.org
xeberler.org

İlham Əliyev Ərdoğanı təbrik etdi

26-02-2021, 17:22 32 dəfə baxılıb

İlham Əliyev Ərdoğanı təbrik etdi


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev fevralın 26-da Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana telefonla zəng edib.

Bu barədə Azərbaycan Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.

Dövlətimizin başçısı Prezident Rəcəb Tayyib Ərdoğanı ad günü münasibətilə təbrik edib, dost və qardaş Türkiyənin inkişafı və firavanlığı naminə ona fəaliyyətində uğurlar və möhkəm cansağlığı arzulayıb.

Türkiyə Prezidenti göstərilən diqqətə və təbrikə görə Prezident İlham Əliyevə təşəkkür edib.

Prezident Rəcəb Tayyib Ərdoğan Xocalı soyqırımı ilə əlaqədar dövlətimizin başçısına və Azərbaycan xalqına başsağlığı verib.

Azərbaycan Prezidenti başsağlığına görə minnətdarlığını bildirib.

Dövlət başçıları Azərbaycan-Türkiyə münasibətlərinin bundan sonra da bütün sahələrdə uğurla inkişaf edəcəyinə və möhkəmlənəcəyinə əminlik ifadə edib, əlaqələrimizin gələcək perspektivləri ətrafında fikir mübadiləsi aparıblar.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA