xeberler.org
xeberler.org

Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq

27-02-2021, 10:20 39 dəfə baxılıb

Azərbaycan güləşçisi qızıl medal görüşünə çıxacaq

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə bu gün Ukraynanın paytaxtı Kiyevdə ölkənin məşhur güləşçilərinin və məşqçilərinin xatirəsinə keçirilən yarışda qızıl medal görüşünə çıxacaq.

“Report”un məlumutına görə, 65 kiloqramda mübarizə aparan idmançı həlledici qarşılaşmada qırğızıstanlı Ernazar Axmataliyevlə üz-üzə gələcək.

Eyni çəki dərəcəsində yarışan Turan Bayramov bürünc medal uğrunda, 74 kq-dakı Əşrəf Aşırov isə təsəlliverici görüşdə qüvvəsini sınayacaq. Aşırov əlcəzairli İshak Buxorsun müqavimətini qırmağa çalışacaq.

Qadınlardan isə Türkan Nəsirova (50 kq) və İrina Netreba (68 kq) bürünc medal qazanmaq üçün döşək üzərinə çıxacaq. Netrebanın rəqibi Latviya təmsilçisi Danute Domikaytite olacaq.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA