xeberler.org
xeberler.org

Koronavirus testindən imtina edən işçilər cərimə olunacaqlar

2-03-2021, 09:07 31 dəfə baxılıb

Koronavirus testindən imtina edən işçilər cərimə olunacaqlar

Çexiya hökuməti 50-dən çox işçisi və xidmətçisi olan təşkilat və müəssisələrin rəhbərlərini əməkdaşlarını hər həftə koronavirus testindən keçirməyə məcbur edib.



Pravd.az xarici mətbuata istinadən xəbər verir ki, 250 nəfərdən çox əməkdaşı olan müəssisə və təşkilatlarda testlər martın 3-də başlanacaq. Əməkdaşlarının sayı 250 nəfərdən az, 50 nəfərdən çox olan müəssisələrdə isə prosesə martın 5-də start veriləcək. Distant rejimdə çalışan kiçik şirkətlər yoxlamalardan azad edilib.



Hakimiyyətin bu tələbinin icrasına nəzarəti ölkənin sanitar epidemiologiya xidmətinə tapşırılıb. Koronavirus testindən keçməyən təşkilat və müəssisələri 500 min kron (təxminən 20 min avro) məbləğində cərimə gözləyir. Koronavirus testindən imtina edən əməkdaşlar isə 50 min kron (təxminən 2 min avro) cərimə oluna bilərlər.Report






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA