Distant tədrisə qayıdış: Çox yanlış qərardır... - NƏ ETMƏLİ?
Gündəm / Təhsil
Oxunub: 409
2 Nis 2021 | 09:32
Distant tədrisə qayıdış: Çox yanlış qərardır... - NƏ ETMƏLİ?
Aprelin 5-dən Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin distant (məsafədən) formada təşkili nəzərdə tutulur. Digər şəhər və rayonlarda isə tədris sanitar-gigiyenik tələblərə əməl edilməklə qismən əyani formada davam etdiriləcək.

Bu barədə Təhsil Nazirliyi məlumat yayıb.

Distant tədris zamanı dərslər “Virtual məktəb”, eləcə də digər onlayn platformalar üzərindən keçirilə bilər. Həmçinin, şagirdlərə “Dərs vaxtı” teledərslərini izləmək tövsiyə olunur.

Qərarın verilməsində nazir Emin Əmrullayevin keçirdiyi sorğunun nəticələri də rol oynayıb. Pandemiyanın hazırkı mərhələsində ümumi təhsil müəssisələrinin fəaliyyətinin təşkilinə dair 30 mart tarixində elan edilən sorğu çərçivəsində 50 mindən çox rəy qəbul edilib. Nazir bildirib ki, yoluxmanın üstünlük təşkil etdiyi ərazilərdə (Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonu) tədrisin distant formaya keçirilməsi ilə bağlı qərar qəbul edilib:

“Təhlillər göstərir ki, son həftə ərzində olan yoluxmaların 80%-dən çoxu bu bölgələrin payına düşür. Yoluxma hallarının daha az baş verdiyi yerlərdə tədris əyani formada həyata keçiriləcək, lakin yoluxma halları artdığı təqdirdə, həmin ərazilərdə də tədrisin distant formaya keçirilməsi nəzərdə tutulur”.

Təhsil üzrə ekspert Kamran Əsədov “Press Klub”a açıqlamasında qərarın yanlış olduğunu söylədi:

“Belə bir qərarın veriləcəyi gözlənilirdi. Çünki Norvuz bayramından sonra yoluxma sayındakı artım müəyyən sahələrdə qapanmanın olacağına əsas verirdi. Yoluxanların çox az faizi məktəbliləri əhatə edir. Buna baxmayaraq, qapanma qərarı birbaşa təhsil müəssisələrinə aid edildi. Bu, çox yanlış qərardır. Çünki Təhsil Nazirliyinin distant təhsilə keçmək üçün heç bir resursu və avadanlığı yoxdur. Bütün təhsil sistemi “Microsoft TEAMS”, Virtual Məktəb layihəsi və Teledərslər vasitəsilə həyata keçirilməlidir. Bu, bir əvvəl üçün keçərli metod idi. Amma artıq bu resurslar vasitəsilə şagirdlərə zəruri biliklərin verilməsi mümkün deyil”.

Əsədov tədrisin onlayn qaydada təşkilinin şagirdlər üçün çoxlu problemlər ortaya çıxardığını vurğuladı:

“Bu, şagirdlər arasında görmə pozuqluğu, kökəlmə, onurğa sütununun əyriliyi kimi fəsadlar yaradır. Digər tərəfdən isə onlayn qaydada riyaziyyat, fizika, kimya, biologiya fənlərini keçmək mümkün deyil. Bu fənləri onlayn keçmək olmaz. Çünki resurs yoxdur. Təhsil Nazirliyi elektron qaydada qiymətləndirmə həyata keçirə bilmir. Bütün bunların hər biri qərarın yanlış olduğunu göstərir”.

Burada ikili yanaşmanın olduğuna toxunan ekspert bildirdi ki, Bakı, Sumqayıt, Gəncə, Şəki şəhərləri və Abşeron rayonunda məktəblər bağlanır, digər məktəblərdə isə davam edir:

“Bir daha deyim ki, onlayn dərslərdə şagirlər keyfiyyətli dərslər ala bilmirlər, heç nə öyrənmirlər. Bəzi müəllim və şagirdlər bundan sui-istifadə edir. Biz gələcək üçün zəruri bilik və bacarıqlara malik olmayan şəxsləri görəcəyik. Belə bir addım atılmamalı idi. Hansı ərazilərdə yoluxma var idisə, yalnız həmin məktəblər bağlansaydı, daha doğru qərar olardı”.
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur