xeberler.org
xeberler.org

Ümrə ziyarətinə icazə verilib, şərtlər açıqlanıb

6-04-2021, 14:26 12 dəfə baxılıb

Ümrə ziyarətinə icazə verilib, şərtlər açıqlanıb


Ramazan ayından etibarən COVID-19-a qarşı peyvənd olunmuş, yaxud koronavirusa yoluxaraq sağalmış müsəlmanlara Ümrə ziyarətinə icazə veriləcək.

Bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin COVID-19-la bağlı yaydığı yeni açıqlamasında bildirilib.

Bu şərtlərə uyğun gələn zəvvarlar Məkkəyə qəbul ediləcək və ibadətlərini gerçəkləşdirə biləcəklər. Bu şərtlər Mədinədə Məhəmməd peyğəmbərin məscidinə ziyarətlərə şamil olunur.

Bildirilib ki, Səudiyyə Ərəbistanında 5 milyondan çox insan pevənd olunub. Krallıq üzrə 587 vaksinasiya mərkəzi fəaliyyət göstərir. Səudiyyə Ərəbistanının 34 milyonluq əhalisi var. Son məlumata əsasən, ölkə üzrə koronavirusdan 6 697 nəfər ölüb, 392 682 nəfər yoluxub. Koronavirusdan sağalan pasiyentlərin sayı 379 816-ya çatıb. (“Hurriyet”)






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA