Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları - SİYAHI
Gündəm / İqtisadiyyat
Oxunub: 226
17 Nis 2021 | 12:57


Azərbaycanın xaricə satdığı ən populyar ərzaq məhsulları - SİYAHI

Azərbaycanın xaricə ixrac etdiyi əsas neft-qaz sektoruna daxil olmayan məhsulların həcmi və dəyəri barədə məlumat verilib.

Xeberler.org-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata əsasən, əsas məhsullarda meyvə-tərəvəzin payı yüksək olub.

Meyvə-tərəvəz - 89,9 min ton çəkidə, 97,2 milyon dollar dəyərində ixrac baş tutub. Ötən ilin eyni dövrü ilə müqayisədə (illik müqayisə) ixrac həcmi 6,3 faiz artsa da, ixrac dəyəri 14,1 faiz azalıb. İxrac edilən əsas meyvə-tərəvəz məhsulları aşağıdakılardır.

Tomat - 19,5 min ton (illik müqayisədə 40,4 faiz az) çəkidə, 21,2 milyon dollar (2 dəfə az) dəyərində pomidor ixrac edilib.

Meşə fındığı - 4,7 min ton (22,1 faiz az) həcmində, 29,1 milyon dollar (21,3 faiz az) dəyərində ixrac baş tutub.

Alma - 14,1 min ton (22,3 faiz az) həcmində, 5,6 milyon dollar (27,6 faiz az) dəyərində ixrac həyata keçirilib.

Xurma - 43,3 min ton həcmində, 31,9 milyon dollar dəyərində ixrac baş tutub. İxrac həcmi və ixrac dəyəri 2020-ci ilin ilk üç ayı ilə müqayisədə 2,3 dəfə artıb.

Nar - ötən il əsas ixrac edilən məhsullar sırasına daxil olmayan bu məhsul üzrə cari ildə 1,9 min tona yaxın və 2,9 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Digər ixrac edilən əsas ərzaq məhsulları arasında aşağıdakılar var:

Çay - 265,7 ton (18,3 faiz az) həcmində, 2 milyon dollar (9,2 faiz az) dəyərində ixrac baş tutub.

Bitki və heyvan mənşəli piylər və yağlar - 7,2 min ton (10,5 faiz çox) həcmində, 8,4 milyon dollar (37,5 faiz çox) dəyərində ixrac həyata keçirilib.

Şəkər - 17,9 min ton (2,5 dəfə çox) həcmində, 9 milyon dollar (3,4 dəfə çox) dəyərində ixrac baş tutub.

Tərəvəz və meyvələrin emal məhsulları - bu il ixrac edilən əsas məhsullar sırasına daxil edilib. Bu məhsul növləri üzrə 5 min tona yaxın, 5,9 milyon dollar dəyərində ixrac həyata keçirilib.

Alkoqollu və alkoqolsuz içkilər və sirkə - 3,4 milyon dollar dəyərində ixrac baş tutub ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 21,2 faiz azdır.
Bugün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib