"Hər kəs maskasız gəzmək istəyir, amma halva-halva deməklə ağız şirin olmur” - Ekspertdən ÇAĞIRIŞ
Gündəm / Cəmiyyət
Oxunub: 221
19 Nis 2021 | 12:24
"Hər kəs maskasız gəzmək istəyir, amma halva-halva deməklə ağız şirin olmur” - Ekspertdən ÇAĞIRIŞ

Xəbər verdiyimiz kimi ötən gün Siyəzəndə repetitor fəaliyyəti ilə məşğul olan rayon sakini Vüqar Abdullayevin 22 şagirdlə bir otaqda dərs keçməsi müəyyən edilib.
Karantin qaydalarına rəğmən, zaman-zaman belə halların olduğunu müşahidə edirik. Bir çox müəllim pandemiya dövrünün qaydalarına riayət etmək istəmir.

Bununla bağlı təhsil eksperti Kamran Əsədov bildirib ki, həmin müəllimlər koronavirusa yoluxandan sonra səhiyyə qurumlarından narazı qalırlar:
"Ölkədə ona görə məktəblər bağlanır ki, təmas halları azalsın. Mən də bilirəm ki, müəllim maddi rifahının yaxşılaşdırılması üçün repititorluq etməlidir. Şagirdlər buraxılış və qəbul imtahanlarında yaxşı nəticə əldə etmək üçün repititor və hazırlıq kurslarına müraciət etməlidirlər. Amma bütün bunlar pandemiya qaydalarına riayət etməmək üçün əsas deyil.

Hər kəs mövcud vəziyyətdən narahatdır. Hər kəs əvvəlki kimi maskasız gəzmək, normal həyata qayıtmaq istəyir. Amma atalar demiş, halva-halva deməklə ağız şirin olmur”.

Ekspert vurğulayıb ki, hər kəs qaydalara əməl etməlidir:

"Mövcud qaydalara görə repititor otağının şəraiti imkanı daxilində dərslərini təşkil edir. Yəni ara məsafəsi azı 1.5 metr olmalıdır. Otaqda maksimum 10 abituriyent olar. Lakin bu o demək deyil ki, sıx vəziyyətdə 10 nəfər, otağın nə qədər şagirdə 1.5 metr ara ilə uyğundursa, o qədər şagird ola bilər. Qaydalara ciddi yanaşmalıyıq.

Hər gün nə qədər həmkarımızı COVID-19 səbəbi ilə itiririk. Bəlkə də onların yoluxmasına bizim hansısa səhlənkarlığımız səbəb olur. Digər tərəfdən isə, hər kəsi vaksinasiya olunmağa dəvət edirəm. Bu bizim normal həyata qayıtmağımız üçün çox vacibdir”.
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur