“Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır” – QHT sektorunda nələr dəyişəcək?
"Daha açıq bir sistem yaradılmalı, burada rəqabətli mühit təmin edilməlidir”.
Bu sözləri Sfera.az-a açıqlamasında QHT-lərə Dövlət Dəstəyi Şurasının ləğv edilərək, onun bazasında Agentliyin yaradılmasının gözlənilən müsbət dəyişikliklərdən danışarkən İqtisadi Təşəbbüslərə Yardım İctimai Birliyinin sədri Azər Mehtiyev deyib:
"Vətəndaş cəmiyyətinin inkişafı üçün hökumət zəruri şərtləri təmin etməlidir. Ancaq faktiki olaraq gördük ki, QHT-lərə Dövlət Dəstəyi Şurası yaradılandan sonra nəinki vətəndaş cəmiyyətinin inkişafına dəstək verilmədi, əksinə, şərtlər bir qədər də sərtləşdirildi. Nəticədə təhlükələri aradan qaldırmaq əvəzinə, bütün müstəqil vətəndaş cəmiyyəti təsisatlarının fəaliyyəti məhdudlaşdırıldı. Daha çox hökuməti fəaliyyətini təbliğ edən təşkilatlar formalaşdı”.
Bu baxımdan da həmsöhbətimiz hesab edir ki, vətəndaş cəmiyyətinin inkişafını istəyiriksə, daha açıq bir sistem yaradılmalı, burada rəqabətli şərait təmin edilməlidir.
"Agentliyin fəaliyyət prinsipi dövlətlə cəmiyyət arasında körpü rolunu oynamaqdan ibarət olmalıdır”.
Bu açıqlama isə politoloq Cümşüd Nuriyevə məxsusdur. O hesab edir ki, Azərbaycanda bu sahədə pərakəndəlik hökm sürürdü: "4 mindən çox QHT qeydə alınsa da 80 faizə qədəri fəaliyyət göstərmir. Faəliyyətdə olanların da çoxu daha çox xarici qrantlardan asılı olanlardır. Şuranın Agentliyə çevrilməsi dövlətin QHT-lərə diqqətinin rəsmiləşdirilməsi və ikiqat artırılması deməkdir. İanə ayrılması prosesinə indi bəzi yerli və xarici şirkətlər də qatıla biləcək”.
Ekspert hesab edir ki, Agentliyin fəaliyyəti əsasən icraçı direktorun kim olması və onun tutacağı mövqedən asılıdır: "Ona görə də həmin vəzifəyə gətiriləcək adam həm dövlətin, həm cəmiyyətin, həm də millətin mənafeyini gözləyə bilən, eyni zamanda, ictimaiyyətlə əlaqələr sahəsində mütəxəssis olmalıdır. Çünki dövlət tərəfindən bura ayrılan vəsait həm də dövlətin imicinin formalaşmasına xidmət etməlidir. Agentlik dövlətlə cəmiyyət arasında körpü rolunu oynamalıdır”.
Dün, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Dün, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Dün, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
Dün, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
Dün, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Dün, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
Dün, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Dün, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
Dün, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
Dün, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
Dün, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
Dün, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
Dün, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
Dün, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
16-04-2024, 16:55
“Semka” da həbs edildi
16-04-2024, 16:33
KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb
16-04-2024, 16:09
Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto
16-04-2024, 15:31
Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı
16-04-2024, 14:41
Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar
16-04-2024, 14:23
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
16-04-2024, 14:01
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 13:20
Paşinyan Putinin andiçməsinə gedəcək?
16-04-2024, 12:58
Tanınmış rusiyalı müxalif yazar həbs olundu
16-04-2024, 12:30
“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti
16-04-2024, 12:30
“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti
16-04-2024, 11:53
“Qarabağda erməni yoxdursa, sülhməramlıların orada nə işi var?” - Zatulin
16-04-2024, 11:26
“Sabahın alimləri” XIII Respublika Müsabiqəsinə start verilir