BDYPİ-nin rəisi haqda səslənən ittihamların heç bir əsası yoxdur
Gündəm / Cəmiyyət
Oxunub: 194
27 Tem 2021 | 13:31
BDYPİ-nin rəisi haqda səslənən ittihamların heç bir əsası yoxdur

Bir-iki gündür ki, ölkəmizdə fəaliyyət göstərən bəzi media qurumları əsaslı səbəb olmadan Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun işgüzar nüfuzuna xələl gətirə biləcək addımlarını atmaq üçün, sanki növbəyə düzülüblər. Əslində belə bir yanaşmanın varlığı, hələlik adının çəkilməsini istəmədiyimiz media qurumlarının “ucuz təbliğat”a meylli olmalarından xəbər verir. Yəni, hazırda özlərini Azərbaycan mətbuatının öncüllərindən biri hesab edən, hətta adlarını “media kapitanları” sırasında görməyə çalışanlar, nədənsə yaşadığımız cəmiyyətin digər sahələrində yaşanan problemlərdən deyil, məhz Baş Dövlət Yol Polisi İdarəsinə tabe olan dövlət qurumlarından yazmağa həvəsli görünürlər. Məsələnin maraqlı tərəfi odur ki, qeyd olunan xəbər portallarının “başbiliciləri” hal-hazırda adı çəkilən bu dövlət qurumunda yaşananlardan bəhs etmirlər, onlar yalnız ehtimallara əsaslanıb gələcəkdə baş verə biləcək hansısa olaydan bəhs etməyə çalışırlar. O halda sual oluna bilər ki, bəlkə Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə “77” seriyalı şərti kodun verilməsi işləri bundan sonra da qanunun tələb etdiyi qaydada həyata keçiriləcək? Yəni, xəbər portallarının iddia etdikləri olayların heç biri baş verməyəcək? Belə olan halda ortaya digər bir sual da çıxır ki, əgər bugünə kimi “77” seriyalı şərti kodun verilməsi ilə bağlı ciddi qanun pozuntusu baş verməyibsə, indidən bu yöndə əsassız məlumatları yayıb ictimaiyyəti çaşdırmaq nəyə gərəkdir? Yaxşı olmazmı ki, qeyd olunan xəbər portalları yaşadığımız cəmiyyətin ayrı-ayrı sahələrində baş verən çatışmazlıqlarla, nöqsanlarla və s. ilə bağlı problemləri arayıb-araşdırsınlar, hər cür əyintilərə qarşı mübarizə tədbirlərini davam etdirməkdə israrlı olsunlar.

Təəccüb doğuran hallardan biri də odur ki, xəbər portallarında çalışanlar Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovu kreslosundan əl çəkməyən, daşıdığı vəzifəsindən ikiəlli yapışan şəxs də hesab edirlər. Sual oluna bilər ki, Ramiz Zeynalov kimdir? Faktdır ki, o, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən idarəyə rəhbərlik edən şəxsdir. Deməli, Ramiz Zeynalovun bugünkü vəzifəsini daşıması, hələ ki, onun tabe olduğu qurum rəhbərliyinin verdiyi qərardan asılıdır. Yəni, rəhbərlik bu şəxsin təqaüdə göndərilməsi haqda əmr imzalayarsa, deməli o, həmin gündən görəvdən salınacaq. Bu da o deməkdir ki, Ramiz Zeynalov daşıdığı vəzifəsindən ikiəlli yapışmayıb və o, hər an təqaüdə göndərilə bilər.

Digər tərəfdən, tutaq ki, Baş Dövlət Yol Polisi İdarəsinin sözçüsü ünvanlanmış suala “artıq Bakı şəhərində qeydiyyatda olan nəqliyyat vasitələrinə yeni “77” seriyalı şərti kodun verilməsinə başlanılıb” deyə cavab verib. Bu cür suala belə bir cavabın verilməsində hansısa qeyri-adilik var? Digər tərəfdən, xəbər portallarının əməkdaşları onu da iddia edirlər ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi “77” seriyalı şərti kodun verilməsindən əldə olunan təzə biznesi ilə sərvətinə sərvət qatacaq. Tutaq ki, Ramiz Zeynalov yaxın günlərdə təqaüdə göndərildi və onun belə bir biznes qurmağa imkanı olmadı? Yəni, səlahiyyətsiz bir şəxsə çevrildi.. O halda sual oluna bilər ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi sərvətinə necə sərvət qatacaq? Deməli, bu yöndə yayımlanan açıqlamanın da heç bir əsası yoxdur. Adı çəkilən bu şəxslə bağlı yazılanları təhlil edib belə bir qənaətə gəlmək olar ki, media qurumlarında çalışanlardan bəziləri yayımladıqları məlumatları illüziyalara, xəyallara və s. dalıb yaymaqda davam edirlər. Düşünürük ki, belə bir fəaliyyət bir kimsəyə başucalığı deyil, yalnız utanc hissi gətirər.

Bütün bunlar onu sübut edir ki, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi ilə bağlı yazılanlar cəfəngiyyatdan başqa bir şey deyil. Odur ki, hər kəs, ələlxüsus media qurumlarında çalışan şəxslərin bu cür məsələlərdə daha diqqətli olmaları tövsiyyə olunur.
Bugün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
Dün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Dün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Dün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Dün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Dün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Dün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Dün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Dün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Dün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Dün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Dün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Dün, 10:12
Azərbaycanda zəlzələ oldu
Dün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Dün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
22-04-2024, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
22-04-2024, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
22-04-2024, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
22-04-2024, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
22-04-2024, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
22-04-2024, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
22-04-2024, 12:05
Prezident Rusiyadadır
22-04-2024, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
22-04-2024, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
22-04-2024, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
22-04-2024, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq