Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü - Yenilənib
Gündəm / Hadisə
Oxunub: 212
31 Tem 2021 | 10:44
Sürücüsü Xanhüseyn Kazımlının maşınına yaxınlaşan azyaşlı qızı döydü - Yenilənib


Sabiq deputat, Sosial Rifah Partiyasının keçmiş sədri Xanhüseyn Kazımlının sürücüsü tərəfindən azyaşlı qıza qarşı zor tətbiq edilib.

Xeberler.org xəbər verir ki “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə iyulun 29-da axşam saatlarında Təhsil Nazirliyinin yaxınlığında yerləşən restoranların birinin qarşısında baş verib. Belə ki, 99 AA 388 dövlət nömrə nişanlı, “Range Rover” markalı maşında əyləşən sabiq deputat ona salfet satmaq istəyən azyaşlıyla mübahisə edib. Daha sonra sərnişinin göstərişiylə hadisəyə maşını idarə edən sürücü müdaxilə edib və azyaşlını döyüb.

Şahidlərdən biri azyaşlıya qarşı yol verilmiş zorakılıqla bağlı Nərimanov rayonu 18-ci polis bölməsinə ərizə ilə müraciət edib.

“Qafqazinfo” məsələylə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətiylə əlaqə saxlayıb. Hadisə təsdiqlənib və nazirlikdən sorğumuza cavab olaraq bildirilib ki, azyaşlı qız 99 AA 388 dövlət nömrə nişanlı “Range Rover” markalı, Məmmədov Samir Həsən oğlunun idarə etdiyi maşına piyada qismində yaxınlaşıb: “Əvvəlcə maşında sərnişin qismində olan şəxs azyaşlı ilə mübahisə edib. Daha sonra sürücü maşından düşərək azyaşlıya müxtəlif dərəcəli bədən xəsarətləri yetirib. Məsələylə bağlı Nərimanov rayonu 18-ci polis bölməsində təhqiqat aparılır”.

Xatırladaq ki, bir neçə il əvvəl Milli Məclisin deputatı Rasim Musabəyov da "Azneft" meydanı yaxınlığında yeraltı keçiddə popkorn satan uşağın piştaxtasını götürməyə nail olması ilə gündəmə gəlmişdi. Buna görə o sosial şəbəkə istifadəçilərinin sərt qınağıyla üzləşmişdi.

Qeyd edək ki, X. Kazımlı Biləsuvar rayonundan millət vəkili seçilmişdi. O, 1-ci, 2-ci, 3-cü, 4-cü və 5-ci çağırış Milli Məclisin deputatı olub. Oğlu Fəxri Kazımov İpoteka və Kredit Zəmanət Fondunun İdarə Heyətinin sədridir.
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur