Prezidentdən həbs edilən məmurlarla bağlı AÇIQLAMA: "Heç kim canını qurtara bilməz"
Gündəm / Siyasət
Oxunub: 209
14 Eyl 2021 | 14:28
Prezidentdən həbs edilən məmurlarla bağlı AÇIQLAMA: "Heç kim canını qurtara bilməz"
"Son illər ərzində bir çox yüksəkvəzifəli məmurlar, yerli və mərkəzi icra orqanlarının rəhbərləri, eyni zamanda, sabiq rəhbərlər, nazirlər, icra başçıları cinayət məsuliyyətinə cəlb edilmişlər. Nəyə görə? Törətdikləri cinayətlərə görə, əməllərə görə. Hər kəs bilməlidir ki, heç kim məsuliyyətdən canını, yaxasını qurtara bilməz. Bunu mən dəfələrlə demişəm, bir daha demək istəyirəm, sizə də deyirəm və bu gün bütün digər məmurlara deyirəm - əgər məmurlar öz işində yenə də bu çirkin əməllərdən əl çəkməsələr, onların da aqibəti eyni olacaq. Hətta çıxışlarımın birində demişdim ki, əgər təmiz işləmək istəmirsinizsə, getməyin bu işlərə, razılıq verməyin, yoxsa bədbəxt olacaqsınız. Əgər siz bu məsuliyyətin altına girirsinizsə, onda, bax, dediyim kimi, qanun çərçivəsində işləməlisiniz və bu yüksək etimadı doğrultmalısınız. Elə işləməlisiniz ki, vətəndaşlar sizdən razı olsunlar. Ancaq indi istintaq materiallarının bir çoxunda göstərilir ki, bir neçə rayonun icra başçıları hətta sosial cəhətdən ən həssas təbəqənin nümayəndələrindən də pul, rüşvət almışlar. İşsizliyin səviyyəsini azaltmaq, xüsusilə dünyada gedən böhranlı vəziyyəti, sosial-iqtisadi böhranı, pandemiya dövrünü nəzərə alaraq mənim təşəbbüsümlə ən həssas təbəqə üçün yüz minə yaxın ödənişli ictimai iş yeri açılıbdır və orada məvacib minimum əməkhaqqına bərabərdir. Bunları da çox görüblər o insanlara və onların da ödəniş kartlarını öz kabinetlərində saxlayaraq oradan pul çəkmişdilər. Yəni, bu qədər vicdansızlıq ola bilərmi? Məşhur videokadrlar var. Dəstəyə, sosial müdafiəyə ehtiyacı olan ailələrə Heydər Əliyev Fondu tərəfindən göndərilən humanitar yardımın da dalına keçirlər. Bu videokadrlar var, hər kəs bunu görüb və nifrət edib o adamlara ki, nə qədər yardım göndərilib, bunun filan faizini götürək bazarda sataq. Bu qədər alçaqlıq, vicdansızlıq ola bilər?! Bu insanlar özlərini biabır edirlər, bizim iqtidarımıza ləkə vururlar. Əgər kimsə hesab edir ki, bu, onlar üçün nəticəsiz qalacaq, səhv edir".

Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Rafiq Cəlilovu Cəlilabad Rayon İcra Hakimiyyətinin başçısı və Rəşad Tağıyevi Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı təyin olunmaları ilə əlaqədar videoformatda qəbul edərkən deyib.
Bugün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Bugün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Bugün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Bugün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Bugün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Dün, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
Dün, 15:14
“Nəsimi” stansiyasında yanğın
Dün, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
Dün, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
Dün, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
Dün, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
Dün, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
Dün, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
Dün, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
Dün, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
Dün, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
26-03-2024, 16:51
25 yaşlı qadın öldürüldü - Əri tutuldu
26-03-2024, 15:57
Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü
26-03-2024, 14:50
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
26-03-2024, 14:30
Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı
26-03-2024, 13:36
Bakıda yenidən qurulan parklanmada qiymətlər...
26-03-2024, 12:23
Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT
26-03-2024, 11:48
Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”
26-03-2024, 11:18
Ərdoğanın mayda ABŞ-yə səfəri gözlənilir
26-03-2024, 10:33
Kirbi əməkdaşlıqdan imtina etdi - Rusiyadan cavab
26-03-2024, 09:58
Sabahdan tətil başa çatır