BAHALAŞMA MƏRƏZİ: Süni yaradılıb, yoxsa xaricdən gətirilib... - Məmurlarla ekspertlərin qiymət mübahisəsi
Gündəm / Cəmiyyət
Oxunub: 181
26 Kas 2021 | 08:55
BAHALAŞMA MƏRƏZİ: Süni yaradılıb, yoxsa xaricdən gətirilib... - Məmurlarla ekspertlərin qiymət mübahisəsi

Bahalaşmanın daxili amillərdən qaynaqlanmasında hökuməti günahlandıran müstəqil ekspertlərdən fərqli olaraq, hökumət rəsmiləri ölkəmizdə inflyasiyanın sırf idxal xarakterli olduğunu israr edirlər. Məsələn, Maliyyə Nazirliyindən verilən məlumata görə, dünya bazarlarında qiymətlər bahalaşır.

“Azərbaycana bəzi məhsullar xaricdən gətirilir və hökumət bu malların qiymətinə heç bir şəkildə təsir göstərə bilməz”, - deyə nazir Samir Şərifov bildirib.

Bununla belə, nazirlikdən qeyd edirlər ki, qlobal inflyasiya və onun respublikamıza mənfi təsiri bizi əks tədbirlər haqqında düşünməyə vadar edir və bu istiqamətdə təkliflər gələn ilin dövlət büdcəsi layihəsində öz əksini tapıb.

Qlobal inflyasiya meyillərinin konkret ölkəmizin iqtisadiyyatına təsirini heç kim inkar edə bilməz. Lakin ekspert dairələri təkid edir ki, qiymət artımının səbəblərini təkcə xarici amillərdə axtarmaq lazım deyil.

İqtisadçı ekspert Nemət Əliyevin AYNA-ya dediyinə görə, inflyasiya sözün əsl mənasında vətəndaşları məhv edir: “Bunun səbəblərini təkcə qlobal qiymət artımında axtarmaq lazım deyil. Mövcud qiymət siyasəti biznesi və əhalini əngəlləyir və baş verənləri yalnız dünya bazarlarında qiymət artımı ilə izah etməyə çalışanlar böyük səhvə yol verirlər. Bu cür rəsmi açıqlamalar kobud səhvləri, o cümlədən tariflərin artırılması ilə bağlı səhvləri ört-basdır etmək məqsədi daşıyır”.

Həmsöhbətimiz fərqi hiss etmək üçün bizdə və Rusiyada qazın bahalaşmasını müqayisə etməyi təklif edib: “Ötən illə müqayisədə təbii yanacağın tarifləri Azərbaycanda 38,5 faiz, Rusiyada isə cəmi 2,9 faiz bahalaşıb. Dizellə bağlı da eyni vəziyyətdir. Qonşularımızın dizel yanacağının qiyməti 5,5 faiz, bizdə isə tam 33,3 faiz artıb”.

Hansısa səbəbdən biz qiymət artımının miqyasında belə ciddi fərq görürük. Və ən əsası, bu fərqi qlobal bazarlarla necə əlaqələndirmək olar? Tariflərin artım tempindəki bu cür fərq dünya bazarlarına istinad edən hökumətin arqumentlərinin uyğunsuzluğunu və tətbiq olunan inflyasiyanı göstərir. Bu cür bəyanatlar əsassızdır, ən əsası isə əbəsdir. Hesab edirəm ki, Azərbaycanda inflyasiya əsasən daxili amillərlə bağlıdır. Bunu başqa şeylərlə yanaşı, tarif artımının müqayisəsi də sübut edir”, - deyə Əliyev vurğulayıb.

Əlavə edib ki, ötən ilin sentyabrından bu ilin sentyabrına kimi cəmi bir il ərzində Azərbaycanda su və kanalizasiya xidmətləri iki dəfə bahalaşıb: “Müqayisə üçün qeyd edək ki, Rusiyada qiymət artımı 3,8-3,9 faiz təşkil edib. Təbii qaz tarifləri bizdə 38,5 faiz, Rusiyada 2,9 faiz artıb. Dizel tariflərinin müqayisəli artımı bizdə 33,5 faiz, Rusiya Federasiyasında isə 5,5 faiz təşkil edir. Milli avtomobil yanacağı AI-92 bizim istehlakçılar üçün 11,1 faiz, Rusiya üçün 6,4 faiz bahalaşıb”.

Daha əvvəl bizimlə söhbətində ekspert idxal gömrük rüsumlarının qiymət reallıqlarına ciddi təsir göstərdiyini qeyd etmişdi. Amma bunun ardınca parlamentdə çıxış edən Samir Şərifov ərzaq məhsullarının bahalaşmasına gömrük rüsumlarının təsirini inkar edib: “Dövlət rüsumlarının artırılması ərzaq qiymətlərinə təsir etməyəcək. Bunlar tamamilə əsassız ixtiralardır”.

İqtisadçı ekspert Natiq Cəfərli tariflərin bahalaşmasının inflyasiyaya təkan verməsi ilə razılaşır. O, AYNA-ya şərhində söyləyib ki, dövlət tərəfindən tənzimlənən qiymət artımı daxili bazarda inflyasiyanın sürətləndirilməsinə təkan verib: “Ölkədə dizel, su, qaz və işıq bahalaşır. Təbii ki, bu, ölkədə istehsal olunan məhsulların maya dəyərinə təsir edir”.

Amma iqtisadçı ekspert Rəşad Həsənovun sözlərinə görə, qlobal qiymət artımı idxaldan asılı olan yerli bazara inflyasiya təzyiqi yaradır: “Pandemiya və onunla bağlı karantin rejimi istehsal proseslərinə mane olur ki, bu da ümumilikdə təklifin azalmasına gətirib çıxarır və qlobal inflyasiyanı sürətləndirir. Nəqliyyat xərcləri bahalaşır, ölkələr arasında ticarət göstəriciləri aşağı düşür və bu, nəhayət, istehlak qiymətlərinə əlavə təsir edir”.
Bugün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Bugün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Bugün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Bugün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Bugün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Bugün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Bugün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Bugün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Bugün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Bugün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Bugün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Bugün, 09:56
General-mayor vəfat etdi
Bugün, 09:56
General-mayor vəfat etdi
Bugün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Bugün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ