xeberler.org
xeberler.org

Ülkər Piriyeva: "Qarabağın işğaldan azad olunması an məsələsidir, Paşinyan qaçmağa macal tapmayacaq"

14-09-2020, 20:52 24 dəfə baxılıb

Ülkər Piriyeva: "Qarabağın işğaldan azad olunması an məsələsidir, Paşinyan qaçmağa macal tapmayacaq"

"Paşinyan və arvadının sözləri ilə əməli üst- üstə düşmür və sonradan əlinə silah götürür. Onların sözləri və əməlləri reklam xarakteri daşıdığına görə əgər müharibə olarsa onlar qaçıb gizlənəcəklər. Bir növ bu bir işarədir ki, Ermənistanın öz ordusuna güvəni, ümidi yoxdur".

Bu barədə Buta.ws-ə özəl açıqlamasında Beynəlxalq dərəcəli jurnalist, Anadolu ASİAD iş adamları konfederasiyasının Azərbaycan üzrə sədri, Türkiyə Cumhuriyyəti üzrə koordinatoru, AzadMedia.az xəbər saytının Redaktoru, Türkiyədə Avrasya Bulteni xəbər portalının rəhbəri, Azərbaycan Yazıçılar və Jurnalistlər Birliklərinin üzvü, Avropa Jurnalistlər Birliyinin Azərbaycan təmsilçisi, EkoAvrasya-Avrasiya İqtisadi Əməkdaşlıq birliyinin Media qurumunun üzvü, YediKəmər jurnalının Azərbaycan üzrə təmsilçisipolitoloq Ülkər Piriyeva bildirib.

Onun sözlərinə görə, Ermənistan Baş naziri Nikol Paşinyan arvadını işğal altında olan Azərbaycan torpağlarına atəş açmağa göndərməsi məqsədi hər kəsə bəllidir.

"Məqsəd açıqdır. O, hətta Cənab Prezident ilə qarşı-qarşıya oturan zaman özünü rəzil etdiyi kimi, hər gün atdığı addımlarla özlərini dünyaya rüsvay etməkdədir. Onlar özlərinin antireklam kompaniyası ilə əslində Dağlıq Qarabağ ərazilərinin Azərbaycana məxsus olduğunu bir daha özləri sübut etmiş olurlar. Onun arvadı Anna Akopyan Davidin abidəsində özünü biabir etməsi və "google chrome"dan "from Azərbaycan" deyə ərazinin çıxması birbaşa dünyaya özlərinin isbatıdır ki, Dağlıq Qarabağ Azərbaycanındır.

Paşinyan öz arvadının arxasında gizlənir. Onun kiçik məqamla isbat edə bilərik ki, A.Akopyan xatırlayırsızsa "Instagram" səhifəsindən ingilis dilində, rus dilində və erməni dilində hərbi əməliyyatların dayandırılması ilə bağlı Azərbaycan analarına çağrış etmişdi. Azərbaycan anaları öz liderinə çağrış etsin ki, erməni və Azərbaycan oğulları artıq zərər çəkməsinlər. Elə buradan hiss olunur ki, Paşinyanın deməyə bir sözü yoxdur və yenə də arvadını önə verib.

Burada Paşinyanın arvadı 2 məqamı unudub. Birincisi orda qeyd edib ki, BMT-nin Baş katibinin çağrışına əsaslanaraq pandemiya dönəmində bu ağır əməliyyatları dayandıraq . O, qeyd etməyi unudub ki, atəşkəsi erməni tərəfi pozub. İkinci unutduqları məqam odur ki, BMT-nin "Qarabağ Azərbaycanındır" tərkibdə qətnaməsinin olduğunu unudur. Və öz "Instagram" səhifəsində paylaşımı ilə bir daha Paşinyan öz arvadını önə çəkməsi halı aydın aşkar görünür", - deyə politoloq bildirib.

O qeyd edib ki, Paşinyan və arvadının sözləri ilə əməli üst- üstə düşmür: "Buradan aydın olur ki, Paşinyan və arvadının sözləri ilə əməli üst- üstə düşmür və sonradan əlinə silah götürür. Onların sözləri və əməlləri reklam xarakteri daşıdığına görə əgər müharibə olarsa onlar qaçıb gizlənəcəklər. Bir növ bu bir işarədir ki, Ermənistanın öz ordusuna güvəni, ümidi yoxdur. Ermənistan güclü Azərbaycan ordusu qarşınında acizdir. Üstəlik dünyada hər zaman öz sözünu deyən keçmiş Osmanlı imperiyasından Türk Cümhuriyyəti olaraq hal-hazırda dünyada özünü isbatlayan qardaş dövlətimiz də Azərbaycanın yanındadır. Elə Ermənistan hakimiyyəti də bunun qorxusundan və öz ordularına güvənmədikləri üçün hər yola əl atmaqdadır. Bir sözlə düşmənin hər addımı onun zəifliyini göstərir".

Ü. Piriyeva əlavə edib ki, bəzi ölkələrin Azərbaycana xəyanəti təəssüf doğurur.

"Təəssüflər olsun ki, Rusiya İrandan Ermənistana silah daşımaqda köməkçi olur. Rusiyanın SSR dövründən kimin tərəfində olmağı müəmmalı qaldı, bu gün də bu belədir. Mən, Türkdilli dövlətlərin koordinatoru kimi mütəmadi olaraq türkdilli dövlətlərdə olan vətəndaşlarla ünsiyyətdə oluram. Onlar hər zaman Azərbaycan tərəfində olduğlarıni bildirirlər. Hər zaman ehtiyac olarsa Azərbaycana yardıma gələcəklərini söyləyirlər. Qırğız Respublikası, Özbəkistan, Qazaxıstan kimi ölkələri misal çəkə bilərəm. Cənab Prezidentimizin son dönəmlərdə atdığı addımlar bizim hər birimizə bəllidir ki, Qarabağla bağlı Ermənistana tanınan müddət bitib. Genişmiqyaslı əməliyyatların başlaması an məsələsidir. Biz Ali Baş Komandanın çağrışına hər zaman hazırıq

Azərbaycan xalqı çox səbirli xalqdır. Və Prezidentimiz də çox səbirlidir.

Güclü Azərbaycan ordusunun başında güclü Ali Baş Komandan dayandığı müddətdə biz Dağlıq Qarabağ ərazilərini ən qısa zamanda işğaldan azad etməyə qadir xalqıq. Sadəcə biz Ermənistana qoyulan qətnamələrə əsasən və eyni zaman da xalqımızın səbirli olduğunu nəzərə alaraq sülh istəyən xalq kimi hər zaman müddət tanımışıq. Azərbaycanın güclü ordusu olub, hər zaman olacaq", - deyə tanınmış politoloq qeyd edib.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA