Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
Gündəm / Cəmiyyət
Oxunub: 691
20 Ock 2019 | 11:04
Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur
Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin 29-cu ildönümü qeyd olunur.

xeberler.org Trend-ə istinadən bildirir ki, Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı. Həmin faciəli günlərdə öz ölkəsinin, xalqının azadlığını, şərəf və ləyaqətini hər şeydən uca tutan mərd Vətən övladları canlarından keçərək şəhidlik zirvəsinə ucaldılar.

Böyük itkilərlə, günahsız insanların qətli ilə nəticələnən 20 Yanvar faciəsi Mixail Qorbaçov başda olmaqla, cinayətkar imperiya rəhbərliyinin Azərbaycana qarşı xəyanətkar siyasətinə dözməyən, öz azadlığına, müstəqilliyinə can atan xalqımızın mübarizliyini, əyilməzliyini, məğrurluğunu bir daha nümayiş etdirdi.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744-ü ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Məhz bunun nəticəsində uzun illərdən bəri arzusunda olduğumuz müstəqilliyə qovuşduq və ölkəmiz suverenlik əldə etdi. Bu qanlı hadisələrdən illər keçsə də, xalqımız o müdhiş gecəni daim xatırlayır, bu faciəni törədənlərə öz dərin nifrətini bildirir.

Xalqımızın qan yaddaşında əbədi yaşayacaq 20 Yanvar faciəsi respublikamızda hər il Ümumxalq Hüzn Günü kimi geniş qeyd edilir.
Bugün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Bugün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Bugün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Bugün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Bugün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Bugün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Bugün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Bugün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Bugün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Bugün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Bugün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Bugün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
Dün, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Dün, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Dün, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
Dün, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
Dün, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Dün, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
Dün, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Dün, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
Dün, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
Dün, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
Dün, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
Dün, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
Dün, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
Dün, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
16-04-2024, 16:55
“Semka” da həbs edildi