Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva müharibə əlillərinə və şəhid ailələrinə mənzillər və avtomobillərin verilməsi mərasimində iştirak ediblər
Gündəm / Siyasət
Oxunub: 921
1 Ağu 2018 | 15:05

xeberler.org Trend-ə intinadən xəbər verir ki, Avqustun 1-də Bakının Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzillərin və avtomobillərin verilməsi mərasimi olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər.

Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev dövlətimizin başçısına məlumat verdi ki, nazirlik "ŞA İnşaatçı” Mənzil Tikinti Kooperativi tərəfindən inşa olunan binadan ümumilikdə 35 mənzili satın alıb. Bu mənzillərdən 23-ü Qarabağ müharibəsi əlillərinə, 12-si isə şəhid ailələrinə verilir.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mənzillərdə yaradılan şəraitlə tanış oldular.

Daimi qaz, su və işıqla təchiz edilən mənzillər yüksək səviyyədə təmir olunub, bütün zəruri avadanlıq, o cümlədən mətbəx mebeli quraşdırılıb. Bundan başqa, mənzillərdə kombi sistemi də qurulub.

Sonra dövlətimizin başçısı əlil və şəhid ailərinin üzvləri ilə görüşdü.

Prezident İlham Əliyev mənzillərin sənədlərini və avtomobillərin açarlarını sahiblərinə təqdim etdi.

Ümumilikdə, 136 vətəndaşa "Khazar LX” avtomobili verildi. Onlardan 110-nu ərazi bütövlüyümüzün və müstəqilliyimizin müdafiəsi zamanı əlil olmuş şəxslər, 26-sı isə Böyük Vətən Müharibəsi və Çernobıl əlilləridir. "Khazar LX” avtomobilləri Neftçala Sənaye Parkında fəaliyyət göstərən "Azərmaş” MMC tərəfindən istehsal olunub. Sosial məsuliyyət prinsipləri çərçivəsində şirkət əlavə olaraq 3 avtomobil də təqdim etdi.

Prezident İlham Əliyev sosial cəhətdən qayğıya ehtiyacı olanların mənzil-məişət məsələlərinin həllini daim diqqət mərkəzində saxlayır. Dövlətimizin başçısının tapşırığı ilə bu kateqoriyadan olan insanların həyat şəraitinin yaxşılaşdırılması üçün ardıcıl tədbirlər görülür. Əlillərə, müharibə veteranlarına və şəhid ailələrinə qayğı ölkəmizdə dövlət siyasətinin prioritet istiqamətlərindən birinə çevrilib. Bu istiqamətdə icra olunan layihələr nəticəsində həmin qəbildən olan minlərlə insanın sosial vəziyyəti gündən-günə daha da yaxşılaşır. Dövlətin bu sahədə gördüyü işlərə Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu da mühüm töhfələr verir. Sosial cəhətdən qayğıya ehtiyacı olan insanların problemlərinin həlli istiqamətində Fondun təşəbbüsü və dəstəyi ilə çox mühüm layihələr icra olunur. Bu gün Qaradağ rayonunun Lökbatan qəsəbəsində Qarabağ, Böyük Vətən müharibələri, Çernobıl əlillərinə və şəhid ailələrinə mənzil və avtomobillərin verilməsi də Prezident İlham Əliyevin bu kateqoriyadan olan insanlara göstərdiyi dövlət qayğısının növbəti nümunəsidir.

Bugün, 00:13
Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 101-ci ildönümüdür
Dün, 14:37
Paytaxtda yeni yol SALINIR – “Bu istiqamətlərdə yüklənmə azalacaq”
Dün, 14:04
Türkiyə İraqın şimalında müntəzəm əməliyyatlara başlayıb
Dün, 13:26
Sumqayıtda mənzildən meyit tapıldı
Dün, 12:52
Şəkinin icra başçısının müavini vəfat etdi
Dün, 11:56
150 aparıcı incəsənət xadiminə Prezident mükafatları veriləcək - Siyahı
Dün, 11:23
Prezidentlə xanımı Həzi Aslanovun məzarını ziyarət etdi
Dün, 10:48
Mehriban Əliyeva Qələbə Günü münasibətilə paylaşım etdi - FOTO
Dün, 09:38
Faşizm üzərində qələbənin 79-cu ili
8-05-2024, 19:13
Ermənistan KTMT-nin maliyyələşdirilməsində iştirakını dayandırır
8-05-2024, 18:15
Azərbaycan-Türkiyə sənədləri imzalandı - Fotolar
8-05-2024, 17:42
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
8-05-2024, 17:30
Ərdoğan Əli Əsədovu qəbul edib, ona COP-29-la bağlı rəsmi dəvət məktubu təqdim olunub - YENİLƏNİB
8-05-2024, 15:34
Bolqarıstanın birinci xanımı milli mətbəximizlə tanış oldu - FOTO
8-05-2024, 15:12
İsrail müharibə variantını seçdi – Qəzzada savaş başa çatacaq, yoxsa...
8-05-2024, 14:38
Paşinyan Rusiyadadır - Yenilənib
8-05-2024, 14:14
Hakimi təhqir etdi, 5 oyunluq cəza aldı
8-05-2024, 13:43
Mövlam Şixəliyev haqda son qərar verildi
8-05-2024, 12:54
Azərbaycan-Bolqarıstan sənədləri imzalandı
8-05-2024, 12:28
“Qarabağ” və “Neftçi” cərimələndi
8-05-2024, 11:27
Prezidentlərin təkbətək görüşü başladı
8-05-2024, 10:39
Qəza prokuror Bakıya gələrkən olubmuş - Təfərrüat
8-05-2024, 09:55
“Səs yazısı yayılan bağça müdiri əmək qabiliyyətini itirib” - Rəsmi açıqlama
8-05-2024, 09:29
Uğur, pul və sevgi: May ayı bu bürclər üçüninanılmaz şanslı olacaq
8-05-2024, 09:02
Ukraynanın bütün ərazisində hava hücumu XƏBƏRDARLIĞI
7-05-2024, 18:33
Slovakiyalı nazir: Bakı və Bratislava müdafiə sahəsində mümkün əməkdaşlığın istiqamətlərini müəyyənləşdiriblər
7-05-2024, 15:47
Rusiya səfiri Fransa Xarici İşlər Nazirliyinə çağırıldı