xeberler.org
xeberler.org

“Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər” - Hulusi Akar

21-11-2020, 19:22 12 dəfə baxılıb

“Türkiyə hərbçiləri azad edilmiş ərazilərin minalardan təmizlənməsinə yardım edəcəklər” - Hulusi Akar“Türkiyə Silahlı Qüvvələri Azərbaycana getmək üçün hazırlıqlarını tamamlayıb”.

Bunu Türkiyə milli müdafiə naziri Hulusi Akar deyib.

O bildirib ki, hərbçilər yaxın günlərdə bölgədə olacaqlar: “Orada əsas məsələlərdən biri insani məsələdir. Ermənistan hər tərəfi dağıdıb, bunların hamısı qeydə alınıb. Edilə biləcək hər cür barbarlığı ediblər və buna davam edirlər. Getdikləri yerlərdə mina, əl qumbarası buraxmaqla ora gələcək nə qədər məsum insanın həyatına qəsd edirlər. Türkiyədən gedəcək Mehmetcik bu məsələdə azərbaycanlı qardaşlarımıza lazımi yardım göstərək və oradakı mina, partlayıcıları zərərəsizləşdirərək qardaşlarımızın zərər görməsinin qarşısını alacaq”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA