ŞƏHİDLİK ZİRVƏSİ
Gündəm
Oxunub: 675
23 Kas 2020 | 21:00
ŞƏHİDLİK ZİRVƏSİ

Şəhidin qan yeri - torpağın san yeri!

Hər qarış Vətəndir, Şəhidi an, irəli yeri...

Şikarovlar neslinin layiqli ovladi Nəcəf Şikarov!

Nəcəf qorxmaz, comərd oğul olub. Ailəsi bildirdi ki, şəhidimiz Cəbrayıl, Füzuli, Hadrut, Zəngilan və Qubadlının azad edilməsində iştirak edib. Dəfələrlə ölümlə üz-üzə gəlməsinə baxmayaraq, son nəfəsinədək döyüşüb. O, şəhid olan silah yoldaşlarının qisasını aldığını şəhidlərin ruhuna minnətdarlıq və fəxarət hissi ilə deyirmiş. Əlbət, onun qisasını da sağ qalan döyüş yoldaşları alıb. Buna şübhəmiz yoxdur.

Gözünü açıb evdə qazi atasını görmüşdü, bayraq görmüşdü,.. cəbhə xatirələri dinləmişdi, Qarabağ, Vətən barədə söhbətlər eşitmişdi. Ürəyi Vətənlə döyünürdü.

Nəcəfin qardaşı Ehtiram üç əmisi oğlu Heybət Şikarov , Elvin Şikarov , Sənan Şikarov da hərbiçi idi. Cəbhə bölgəsində torpaqlarımızın azad edilməsi uğrunda vuruşublar. Qəhrəmanlıq, vətənpərvərlik ölməz hisslərdir, həmişəyaşardı.
Nəcəf Şikarov son döyüşdə yaralanmışdı. Buna baxmayaraq döyüşü tərk etməyib son qanına kimi vuruşub, 35 yaşında qəhrəmancasına şəhid oldu.
Nəcəfi Bakıda - 2-ci Fəxri Xiyabanda, döyüş yoldaşlarının yanında dəfn etdik.
Eşidən-bilən şəhidimizin son mənzilə yola salınması mərasimində iştirak etmək, son borclarını yerinə yetirmək üçün məzarlığa axışdı. Atası üzünü dəfndə iştirak edənlərə tutaraq: “Mənə nəsib olmayan şəhidlik zirvəsi oğlumun qisməti oldu. Özüm şəhid ola bilmədim, şəhid atası oldum” dedi və Nəcəf üçün ağlamamağı xahiş etdi.

Nəcəf anasının ad gününə Şəhidlik zirvəsinə ucaldı. Şəhidliyi anasına ən böyük hədiyyəsi oldu!
Ana! Sən oğul böyütdün, oğul deyirəm sənə!.. Elə oğul ki, Vətən uğrunda canından keçdi! Elə oğul böyütdün ki, Vətən uğrunda canını əsirgəmədi. “Vətən sağ olsun!” – dedi.
Ana! Göz yaşlarını sil, başını qaldır, məğrur ol! Sən elə oğul böyütdün ki, tankın qabağına keçdi... Düşmənin bağrını yardı!
Ana! Can ana! Oğlunla fəxr edə bilərsən! O, nəfəs aldığı, çörəyini yediyi Vətənə şərəf gətirdi, onun müdafiəsində durdu! Bir qarış torpağımız namərd, nankor qonşunun, biqeyrət, şərəfsiz, murdar, yaramaz düşmənin əlinə keçməsin deyə!
Ağlama Şəhid anası!!! Ağlama!!! Sən fədakar, qorxmaz, qeyrətli, vətən, yurdsevər, mərd, mətanətli, rəşadətli bir oğul anasısan! Belə oğul anası da ağlarmı?
Ağlama, ana, ağlama, Ağlasan da, başını dik tut! Qürurdan ağla.
Bu yolu özüm seçdim, can ana! Cismən var olub məğlub olmaqdansa şərəflə döyüşüb əbədiyyəti üstün tutdum. İndi ruhum azaddır. İndi ruhum səngərdə əsgərlərin ürəyində, Sənin məğrur qəlbində, millətimin qürurunda, üçrəngli bayrağımda yaşayır, ağlama, anacan!
Yadındamı məni yola salanda keçırdiyin hisslər? Bu hissləri yalnız ikimiz başa düşürdük. Sən məni, mən isə səni ucaltmaq istəyirdim. İndi ikimiz də zirvədəyik Mən Şəhidlik, Sən isə qürur zirvəsində! Ağlama!!! Ağlama, şəhid anası! Vətən bölünməz deyiblər.
Nəcəf əlahiddə hücum taborunun qərargah rəisi idi. O ölməyib, Vətən uğrunda şəhid olub. Təki Vətən sağ olsun!
Biz bir ölüb, min dirilərik!

Ruhun şad, Nəcəf!

Məqamın mübarək, şəhid qardaşım.

ŞƏHİDLƏRİMİZİ UNUTMADIQ, UNUTMAYACAĞIQ!

QARABAĞ AZƏRBAYCANDIR!

Dərin hörmətlə : Ofelya Babayeva.

ŞƏHİDLİK ZİRVƏSİ
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
24-04-2024, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ