xeberler.org
xeberler.org

Azərbaycanda bu yaş qruplarında olanların ictimai nəqliyyatdan istifadəsinə qadağa qoyula bilər - AÇIQLAMA

12-01-2021, 12:30 15 dəfə baxılıb

Azərbaycanda bu yaş qruplarında olanların ictimai nəqliyyatdan istifadəsinə qadağa qoyula bilər - AÇIQLAMA
Xəbər verdiyimiz kimi, Türkiyədə 20 yaşdan aşağı, 65 yaşdan yuxarı insanların ictimai nəqliyyatdan istifadə etməsinə qadağa qoyulub. Qərar 15 yanvar tarixindən etibarən qüvvəyə minəcək. Məlumatı İstanbul Şəhər Bələdiyyəsi yayıb. Azərbaycanda da bu qərarın qəbul edilməsi gözlənilirmi?

Bununla bağlı Sonxeber.az-a açıqlamasında deputat Ceyhun Məmmədov bildirib ki, bu gün yoluxma sayını azaltmaq üçün digər ölkələrdə olduğu kimi, Azərbaycanda da ayrı-ayrı metodlardan istifadə edirlər:

"Bu isə müxtəlif qərarların qəbul edilməsində özünü göstərir. Türkiyədə də yoluxma sayının artmaması üçün müxtəlif metodlardan istifadə edilib.

Hazırda Azərbaycanda tətbiq edilən sərt karantin rejimi daha uyğundur. Belə bir yaş məhdudiyyəti ilə bağlı qərarın qəbul edilməsinin tərəfdarı deyiləm. Hesab etmirəm ki, bu metod effektiv olacaq. Bu cür addımın atılması üçün vəziyyət təhlil edilməlidir. Nə qədər səmərəli olacağı nəzərdən keçirilməlidir.

Bu cür qərarı qəbul etmək üçün biz təyin etməliyik ki, nə qədər 20 yaşdan yuxarı və 65 yaşdan aşağı vətəndaşlarımız ictimai nəqliyyatdan istifadə edirlər.

Hesab edirəm ki, bu yaş kateqoriyasında olub, ictimai nəqliyyatdan istifadə edən insanlar azdır. Bu qərarın qəbul edilməsini doğru hesab etmirəm. Bu gün tətbiq edilən karantin rejimi tam məqsədə uyğundur.

Əgər gələcəkdə ehtiyac yaransa, bu məsələ nəzərdən keçirilə bilər. Belə qərarların qəbul edilməsi ölkədən ölkəyə dəyişə bilər. Hər bir dövlət vətəndaşını bu virusdan qorumaq üçün fərqli metodlardan istifadə edir".






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA