Mehdi Səlimzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL
Gündəm
Oxunub: 301
13 Ock 2021 | 10:50
Mehdi Səlimzadə bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! - ÖZƏL

...Dünyaya göz açan hər bir kəsin, öz yolu, öz cığırı olur. Bu da əzəli məlum, sonu Tanrının qismətindən asılı ömür yoludur. Deyirlər, öz dünyasında olan insanın söz və əməl dünyası saleh olur. Bu yolu şərəflə, ləqayətlə, inam və imanla addımlayan Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə Vətənə ləyaqət nümunəsi sayılacaq məmurlardandır.

Bəli, dogurdan da cəmiyyətdə sayılıb seçilməyin yolu dürüstlükdən keçir. Mehdi Səlimzadə millətimizin yətişdirdiyi bir ziyalıdır. Mehdi müəllim sıradan bir şəxs deyil, bütün ömrünü insanların rifahı işinə sərf edib. O, əsl Vətən daşıdır. Onun qəlbi böyükdür. Çünki o, hamının acısına acımağı, sevincinə sevinməyi bacarır. Bu adam bütün varlığı ilə Vətənə bağlı adamdır. Bu adam bu dünyadakı var dövləti yox, insanlıgı, xeyrxahlıgı sevir, bu amalla yaşayır.

Vəzifəsini vicdanla yerinə yetirən, təmsilçisi olduğu dövlətin, hakimiyyətin, xalqın və prezidentin etimadını yüksək səviyyədə doğrulda bilən məmur problemi tarixən olmuş və gələcəkdə də olacaqdır. Bu problem yeni yaranmış gənc dövlətlərdə daha qabarıq şəkildə özünü biruzə verməkdədir. Təşəbbüskar Azərbaycan vətəndaşı, ictimai-siyasi proseslərdə ciddi şəkildə iştirak edən bir insan kimi, bu problem məni həmişə düşündürüb. Qəti qərara gəlmişəm ki, yaxşılara yaxşı deməyin, onların əsl qiymətini verməyin zamanı çoxdan yetişib.

Yaxşıların yaxşı olduğunu deməklə kimin-kim olduğunu deyirik, yaxşılara yaxşı deməklə onları daha böyük işlər görməyə ruhlandırırıq. Digərlərini isə yaxşılardan nümunə götürməyə səsləyirik. “Xalqın ən böyük xidmətçisi mənəm. Məndən nümunə götürün” – deyən prezident İlham Əliyevdən kim nümunə götürdü?

Mehdi Səlimzadə böyük müəllimi və idealı olan Heydər Əliyev kimi layiqli insanlara dəyər verməkdən zövq alır!

O, yüksək biliyi və təhsili, yüksək siyasi və təcrübi qabiliyyətləri olan istedad sahibidir!

O, rəhbər kimi ani və düzgün qərar qəbul edə bilən nadir insanlardandı!

Prezident İlham Əliyevdən nümunə götürən Mehdi Səlimzadənin böyüklüyü onun sadəliyində və insanlara səmimi münasibətindədir!

O, bütün işləri yüksək professionallıqla və böyük operativliklə icra edir! Bunun sirri onun professional olmasıyla, dövlətçiliyimizin və prezidentimizin yüksək reytinqini hər şeydən uca tutmasıyla bağlıdır!


Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə istər rəhbəri oldugu kollektiv, istərsə də ictimaiyyət tərəfindən sevilir, hörmətlə qəbul edilir. Çünki o bu vəzifəyə təsadüfi göndərilməyib. Çünki o, oliqarx deyil və ömrü boyu hansısa post uğrunda mübarizə aparmayıb. Mübarizə apardığı bir sahə olub, o da ona tapşırılan vəzifədir ki, bu sahədə də həmişə üzüagdır. Baxın ədalətli mövqe budur. Ədalətli mövqe insana onun üçün sərf etdi-etmədi deyil, real olanı danışmaqdır. Ədalətsizlik cəmiyyətdə ölüm virusu tək təhlükəlidir, imkan vərərsiniz ənənəvi hal alar.

Göyçay rayon İcra Hakimiyyətinin başçısı Mehdi Səlimzadə bütün bölgədə belə xarakterizə olunur

Mehdi Səlimzadə, bu posta gəlmək üçün planlar qurmayıb, mübarizə aparmayıb. Əksinə onun bu posta olmasını istəyiblər…

Mehdi Səlimzadə, hökmü, məmur gücü, sərəncamı ilə deyil şəxsiyyəti ilə insanlar üzərində idarəçilik qurub. Hətta bəzən insanların ona “cənab rəis” yox daha üstün sayğı ilə “müəllim” deməsi də burdan qaynaqlanır.

Göyçay rayonu respublikamızın sürətlə inkişaf edən bölgələrindən biridir. Burada abadlıq–quruculuq işlərinin miqyası ildən–ilə genişlənir, əhalinin rahatlığına, rifah halının yaxşılaşmasına təminat yaradan iri layihələr həyata keçirilir.

Göyçaylılarla görüşü zamanı Prezidentin dediyi bu sözlər rayon sakinlərində xoş ovqat yaratdı. Göyçay doğrudan da son illərdə dinamik inkişaf yolundadır. Rayon sakinlərinin əldə etdiyi göstəricilər sürətli inkişafa ən yaxşı nümunədir.

Regionların sosial-iqtisadi inkişafı Azərbaycan dövlətinin xüsusi diqqət və qayğısı altındadır. Bu məqsədlə həyata keçirilən dövlət proqramları rayon və şəhərlərimizin nəzərə çarpacaq tərəqqisini təmin etməklə yanaşı, regionlarda yeni infrastrukturların formalaşması ilə müşahidə olunur.

Son illər özünün dinamik inkişafı ilə seçilən belə rayonlarımızdan biri isə Göyçaydır.

Göyçay dəyişib, gözəlləşib və inkişaf edir.

Son illər ölkənin əksər rayonlarının sürətlə inkişaf etdiyi və abadlaşdığını görmək mümkündür. Bu sırada aparıcı yerlərdən birini Göyçay tutur. Qeyd edək ki, Göyçay son bir neçə ildə tikinti meydançasına çevrilib. Hər tərəfdən tikinti, abadlıq və quruculuq işlərinin aparılması isə camaatın ürəyincədir. Bundan əlavə rayonda sosial problemlərin həlli, işsizliyin aradan qaldırılması və digər bu kimi hallara da xüsusi diqqət yetirilir və önəm verilir. Bildirək ki, faktiki vəziyyətin yaranmasının başlıca səbəbkarı rayonun icra başçısı Mehdi Səlimzadənin gərgin əməyinin nəticəsidir. Belə ki, Mehdi Səlimzadə Göyçaya rəhbər təyin olunan ilk gündən qollarını çırmayaraq, harada problem varsa, onun aradan qaldırılmasına başlayıb. Qısa müddətdə şəhərin görkəminin dəyişdirilməsi, yeni parkaların salınması, küçələrin genişləndirilməsi və abadlaşmasını təmin edən icra başçısı, bununla kifayətlənmək fikrində deyil. Çünki Göyçayda görüləcək işlər çoxdur. Həm də göyçaylılar üçün görüləcək işlər həddindən artıq çoxdur. Mehdi Səlimzadə əhaliylə xoş münasibəti, onların şikayətlərini dinləmək üçün həmişə can atması, onların ehtiramını saxlaması, problemlərini həll etmək üçün lazım olan bütün addımları atması hamı tərəfindən təqdir olunur, alqışlanır. Elə rayon sakinləri də yaranmış vəziyyətdən məmnundurlar. Onlar deyirlər ki, bir zamanlar Göyçay yalnız özünün təsərrüfatı ilə məşhur idisə, indi gözəlliyi, ilə ad çıxarmağa başlayıb.

Umumiyyətlə cənab Mehdi Səlimzadə tez tez kəndlərə, vətəndaşlarla görüşə gedir, onların problemlərini dinləyir və aidiyyatı təşkilatlara yerindəcə müvafiq tapşırıqlar verir. Mehdi müəllim cənab Prezidentin sozləri ile desek ozunu Göyçay rayon sakinlarinin bir nömrəli xidmətçisi sayır. Əminliklə demək olarki Göyçay rayonu öz simasını tamamı ilə dəyişib. Bunu sakinlərlə söhbətimizdədə təsdiqlədilər.

Amma təəssüf hissi ilə qeyd etmək lazımdır ki, ölkə başçısının Göyçay rayonunda aparılan bu işlərə verdiyi yüksək qiyməti bu gün bəzi mətbuat orqanları və saytlar həzm edə bilmir, hec bir həqiqətə söykənməyən, qərəzli məlumatlar yayaraq özlərini reklam etməyə, bu eybəcər yolla oxucu toplamağa çalışırlar. Lakin bu qısqanclığın bircə adı var ki, o da öz peşəsini bilməmək, jurnalistikadan uzaq olan bəzi insanların bu sahədə çalışmalarıdır. Bütün bunlara baxmayaraq, Göyçay rayonu respublikamızın digər rayonları kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi altında daima inkişaf edəcək və yeni-yeni uğurlara imza atmaqda davam edəcək.
Bugün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Bugün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Bugün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Bugün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Bugün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Bugün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Bugün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Bugün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Bugün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Bugün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Bugün, 10:12
Azərbaycanda zəlzələ oldu
Bugün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Bugün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
Dün, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
Dün, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
Dün, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
Dün, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
Dün, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
Dün, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
Dün, 12:05
Prezident Rusiyadadır
Dün, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
Dün, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
Dün, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
Dün, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
Dün, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur
20-04-2024, 19:32
Danimarkada hava limanı təxliyə olundu: bomba təhlükəsi...
20-04-2024, 18:34
Sülhməramlılar Goran stansiyasında cəmləşdi - Foto