Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu? - TƏHLİL
Gündəm
Oxunub: 306
23 Ock 2021 | 10:27
Ermənilərin Bayden administrasiyasından gözləntiləri reallığa uyğundurmu? - TƏHLİLCo Bayden and içər-içməz Ermənistanda ABŞ-ın yeni administrasiyasından İrəvana böyük dəstək gələcəyinə, Azərbaycana və Türkiyəyə güclü təzyiq göstəriləcəyinə dair siyasətçilərin, politoloqların şərhləri havada uçuşmağa başladı. Lakin belələrilə yanaşı, vəziyyəti real dəyərləndirən və Ermənistanın ABŞ üçün, olsa-olsa, sadəcə, Türkiyəyə, yaxud Rusiyaya qarşı alət kimi istifadə ediləcəyini, İrəvanın isə bundan heç bir ciddi qazanc əldə etməyəcəyini anlayan və bunu söyləyənlər də var.

Əslində, Ermənistanda həmişəki kimi Moskvanın “qucağında” otursa da, bir gözü Qərbdə, Amerikada olan siyasi elitanın Co Bayden hakimiyyətindən nəsə gözləməsi təsadüfi sayılmamalıdır. Onları Baydenin özünün, Asiya mənşəli vitse-prezident Kamala Harrisin, həmçinin dövlət katibi postuna namizədliyi irəli sürülən Entoni Blinkenin ermənipərəst olmaları, eləcə də yeni administrasiyada bir neçə erməni mənşəli şəxsə vəzifə verilməsi xeyli ümidləndirir.

Məsələn, ötən gün Ermənistan mətbuatında dövlət katibi postunu tutacağı şübhə doğurmayan E.Blinkenin Qarabağ münaqişəsi və 44 günlük müharibə, eləcə də Türkiyənin regiondakı rolu və xarici siyasətilə bağlı fikirlər sevinclə qarşılanıb və buna dair müxtəlif şərhlər verilib. Blinken ermənipərəst senator Robert Menendesin sorğusuna cavab olaraq, ABŞ-ın da daxil olduğu ATƏT-in Minsk Qrupunun iştirakıyla regionda “təkcə Əliyev, Ərdoğan və Putinin deyil, ermənilərin də maraqlarını əks etdirən dayanıqlı sülhə” nail olunmasının vacibliyindən danışıb. Gələcək dövlət katibi bir qədər də irəli gedərək, Ermənistana təhlükəsizliklə bağlı yardım edilməsini dəstəklədiyi halda, Azərbaycana edilən yardıma yenidən baxılmasının tərəfdarı olduğunu bildirib. Sonda isə hətta “lazım gələrsə”, Azərbaycana qarşı bədnam 907-ci düzəlişin yenidən tətbiqinin mümkünlüyünü qeyd edib.

E.Blinken həmçinin, Senatdakı çıxışı zamanı Türkiyə ilə bağlı ermənilərin qulağına xoş gələn fikirlər səsləndirib: “Problem ondadır ki, müttəfiq dövlət olan Türkiyə, bəzi hallarda müttəfiqin etməməli olduğu hərəkətlərə yol verir. Bu, bizim üçün kifayət qədər ciddi problemdir və biz situasiyanı real dəyərləndiririk.”

Ermənistanda bu açıqlamalardan və ümumilikdə ABŞ-ın yeni administrasiyasının ermənipərəstliyindən ruhlananlara elə erməni politoloqlarının arasında “sakitləşməyi” məsləhət görənlər də az deyil. Məsələn, siyasi təhlilçi Arman Vaneskeqyan mətbuata açıqlamasında maraqlı fikirlər səsləndirib. İlk növbədə qeyd edib ki, yeni administrasiyada erməni əsilli şəxslərin vəzifə tutması heç bir əhəmiyyət daşımır: “Başlıca məsələni unutmaq olmaz; hətta soyadı “yan”la bitənlər də ilk növbədə ABŞ vətəndaşlarıdır, yalnız sonra milliyyətcə ermənidirlər. Və onlar ilk növbədə, ABŞ-ın maraqlarına uyğun fəaliyyət göstərəcəklər”.

Politoloq erməni lobbiçiliyinə işarə edərək qeyd edib ki, Ağ Evdə lobbiçilik institutu qalsa da, “lobbiçilik yalnız Ağ Evə sərf edəndə işə düşür”.

Bütün bunlarla yanaşı, Vaneskaqyanın fikrincə, dünyada və regionda Rusiya və İrana qarşı hərəkət edən ABŞ Türkiyə ilə münasibətləri qaydaya salmaq, yaxud ona təzyiq etmək üçün Ermənistandan, sadəcə, bir alət kimi istifadə edə bilər, vəssalam. Politoloq qeyd edib ki, hətta əgər ABŞ-ın yeni administrasiyasının istəyilə Cənubi Qafqaz regionu böyük güclərin və iri dövlətlərin qarşıdurma meydanına çevriləcəyi təqdirdə belə, bu güclər üçün regiondakı kiçik dövlətlərin taleyi deyil, öz qlobal geopolitik və ideoloji maraqları önə çıxacaq. Ona görə də, Ermənistanın ABŞ-dakı administrasiya dəyişikliyindən böyük ölçüdə ümidlənməsi mənasızdır.

Azərbaycana gəlincə, erməni politoloq qeyd edir ki, yeni ABŞ administrasiyasının ölkəmizə münasibətinin yalnız mənfi çalarlar üzərində qurulacağını düşünmək sadəlövhlükdür: “Bakı öz ordusunun NATO standartına uyğun təkmilləşdirilməsini Türkiyəyə etibar edib. Bu isə prinsip etibarilə ABŞ üçün çox yaxşı haldır.”

Yeni administrasiyanın Türkiyə ilə münasibətlərinə gəlincə, Vaneskaqyan hesab edir ki, xüsusilə də Cənubi Qafqaz regionunda ABŞ üçün ən sərfəli variant rəsmi Ankara ilə əməkdaşlıq etməkdir. Çünki bu region cənubdan İran, şimaldan isə Rusiya kimi ABŞ-ın ən əsas rəqibləri, hətta düşmənlərilə əhatə olunub. ABŞ-ın NATO üzrə müttəfiqi olan Türkiyə isə faktiki olaraq bu regiona girməyi bacarıb və onun Azərbaycanla ideal münasibətləri var...

Əlavə olaraq, onu da qeyd edək ki, heç Donald Tramp administrasiyası da Türkiyəyə qarşı “isti münasibətilə” seçilmirdi, lakin heç nə, heç bir təzyiq Rəcəb Tayyib Ərdoğanın qarşısını ala bilmədi və Türkiyə nəinki regionda, dünyada aparıcı dövlətlərdən birinə, siyasi və iqtisadi gücə çevrilməkdə davam edir.

Ermənistanda Vaneskaqyan kimi düşünənlər çoxdur və onlar ilk növbədə anlayırlar ki, Ağ Evdə prezidentin, yaxud dövlət katibinin kim olması, onların bu və ya digər ölkəyə münasibəti ABŞ-ın dövlət maraqları ilə müqayisədə elə bir böyük əhəmiyyət kəsb etmir. Həmin maraqlar isə Cənubi Qafqazın iqtisadi, hərbi, siyasi cəhətdən ən güclü, enerji resurslarının istehsalı və nəqli və s. cəhətlərinə görə ən əhəmiyyətli ölkəsi olan Azərbaycanı gözardı etməyi mümkünsüz edir.

Böyük ehtimalla Azərbaycan da bu dönəmdə “əlini sallayıb” durmayacaq, yəqin ki, ABŞ-ın yeni administrasiyası, eləcə də onun digər müttəfiqlərilə əlaqələri sıxlaşdıracaq. Həmçinin, ölkə daxilində real siyasi, iqtisadi islahatları dərinləşdirməklə mövqelərini qoruyub saxlayacaq və daha da gücləndirəcək.
“AzPolitika.info”
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur