Reytinqlərdə ancaq təhsil haqqına görə öndəyik - FAKT BUDUR!
Gündəm
Oxunub: 316
26 Ock 2021 | 12:06
Reytinqlərdə ancaq təhsil haqqına görə öndəyik - FAKT BUDUR!
Azərbaycanda təhsil haqqının baha olması ilə bağlı təhsil naziri Emin Əmrullayevin səsləndirdiyi fikir sosial platformada narazılığa səbəb olub. Nazirin təhsil haqları aşağı salınarsa, bunun təhsilin keyfiyyətinə təsir edəcəyi barədə fikri isə birmənalı qarşılanmır. Sputnik Azərbaycan ölkəmizdə təhsil haqqının təhsilin keyfiyyətinə təsirini araşdırıb.

Təhsil üzrə ekspert Kamran Əsədov Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, ölkəmizdəki ali məktəblərdəki təhsil haqları reallığı əks etdirmir. Onun sözlərinə görə, dünya təcrübəsində təhsil haqqı müəyyənləşən zaman ali təhsil müəssisəsinin xərcləri hesablanır: "Bir maliyyə ili ərzində ali təhsil müəssisəsinin xərcləri müəyyən olunur. Azərbaycanda isə təhsil haqları reallığa əsaslanaraq müəyyənləşmir. Dövlət İmtahan Mərkəzi "Abituriyent" jurnalının 4-cü nömrəsində plan yerini elan edir. Bir ixtisas yerinə 15 qəbul planı olsa da, bəzən həmin ixtisasa iki abituriyent qəbul olur. İki abituriyentin ödədiyi təhsil haqqı ilə universitet tələbələrə təhsil verir. Auditoriyada 2 və ya 15 tələbənin olması heç bir əhəmiyyət kəsb etmir. Auditoriyanın təmizliyi, işıqlandırılması baxımından çəkilən xərcdə heç bir fərq olmur".

K.Əsədov deyir ki, Azərbaycanın ali təhsil müəssisələri dünya reytinqində yoxdur. Amma təhsil haqlarının bahalığına görə bir reytinqdə ön yerlərdəyik:

"Hal-hazırda Azərbaycanın 51 ali təhsil müəssisəsində 182 min tələbə oxuyur. Onların 110 mini ödənişli əsaslarla təhsil alır. Dörd ildən sonra ali təhsilini başa vuran məzunların 42 faizi əmək bazarında ixtisası üzrə işləyə bilir. Bu da 50 faizdən aşağıdır. 58 faiz isə ixtisası üzrə işləmir. Bu o deməkdir ki, ali təhsil müəssisələrimiz əmək bazarına uyğun kadr hazırlamır. Müəllimlər bu gün müəllimlərin işə qəbul imtahanında iştirak etmək üçün hazırlığa gedirlər. Əgər ali təhsil müəssisələri keyfiyyətli təhsil versəydi, müəllimlər müəllim işləmək üçün hazırlığa getməzdilər. Deməli ali təhsil müəssisələri aldıqları pulun müqabilində kadr hazırlaya bilmir".
Ekspert deyir ki, təhsil haqları təhsilin kütləviliyinə elə də təsir göstərmir. Onun sözlərinə görə, hər il Azərbaycanda ali təhsil müəssisələrinin 6 min plan yeri boş qalır: "Bu yerlər təhsil haqqı 5 min olsa da boş qalacaq, 1000 manat olsa da. Çünki abituriyent sayı ilə plan yeri sayı mütənasib deyil. İkinci qrupda təhsil haqqı aşağı salınsa da, abituriyent sayı 9 min, plan yeri isə 14 mindir. Təhsil haqqı dünyada təhsilin keyfiyyətinə təsir göstərir. Azərbaycanda isə ödənişsiz əsaslarla təhsil alan da eyni dərsi keçir, ödənişli əsaslarla təhsil alanlar da. Sadəcə birinin pulunu dövlət, o birinin pulunu vətəndaş ödəyir.

Reytinqi və təhsil keyfiyyəti Azərbaycandan dəfələrlə yüksək olan Türkiyədə təhsil haqqı 150-200 manatdır. Onlar bizdən daha çox resurs sərf edir, təhsilin də keyfiyyəti yüksəkdir. Azərbaycanda isə təhsil haqları verilən tədrisin keyfiyyətinə uyğun deyil. Bu gün Bakı Dövlət Universitetinin hüquq fakültəsində 300 nəfər təhsil alır. Onların hər biri illik 4000 manat ödəniş edirlər. Bu böyük məbləğdir. Amma onların ödədikləri bu məbləğin təhsilin keyfiyyətinə bir təsiri yoxdur. Azərbaycan təhsil müəssisələrinin maliyyə hesabatı yoxdur. Ali təhsil müəssisələri hər il təhsil haqlarını artırırlar. Amma təhsil haqqında artımı heç cürə əsaslandırmırlar. Bu vəsaitlə müəllimin əmək haqqını artırırlar, xərclərimi, artıq bəlli deyil. Azərbaycanda pulsuz ali təhsil belə, bahadır. Əgər bu gün ali təhsil alan məzunlar diplomu alıb ixtisasları üzrə kurslara hazırlığa gedirlərsə, deməli onların aldığı elə diplomdan başqa bir şey deyil".

Qeyd edək ki, ölkəmizdə ali təhsil üzrə illik təhsil xərcləri 1710 manatdan başlayaraq 8200 manatadək dəyişir. Ali təhsil müəssisəsi tərəfindən dövlət sifarişi ilə hər bir təhsilalana çəkilən faktiki illik xərc təsdiq edilmiş illik təhsil xərclərinin məbləğindən artıq olduğu halda, onun qalan hissəsi həmin ali təhsil müəssisəsi və ya onun tabe olduğu qurum tərəfindən ödənilir.

Ayrı-ayrı ixtisaslar üzrə dövlət sifarişi ilə ali təhsil müəssisələrinin bakalavriat və əsas (baza ali) tibb təhsili səviyyələrində hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı" öz əksini tapıb. Məsələn, rəngkarlıq ixtisası üzrə hər bir təhsilalana düşən illik təhsil xərclərinin miqdarı 6 min manatdır. İnstrumental ifaçılıq üçün bu rəqəm 8200, müalicə işi üçün 4800 manat təşkil edir.

Millət vəkili Etibar Əliyev Sputnik Azərbaycan-a açıqlamasında bildirib ki, bütün dünyada təhsil haqları universitetlərin nüfuzuna və universitetlərdə verilən təhsilin keyfiyyətinə görə müəyyənləşdirilir. Onun sözlərinə görə, universitetlərin akkreditasiyadan keçməsinin nəticəsi də təhsil haqlarının müəyyənləşdirilməsində rol oynayır:

"Əlbəttə ki, indiki şəraitdə təhsil haqları təhsilin keyfiyyəti ilə ekvivalentlik təşkil etmir. Amma bəzi universitetlər burada istisnadır. UNEC, ADA kimi universitetlərdə təhsilin keyfiyyəti yüksəkdir. Təhsilin keyfiyyəti yüksək olduğu halda valideynlər yüksək təhsilə sərmayə qoyduqlarından təhsil haqqının qiymətinə çox da qayıtmırlar. Amma təhsilin keyfiyyəti aşağı olub, təhsil haqqı yuxarı olan ali məktəblərdə bu narazılıq yaradır. Məsələn, Tibb Universitetində təhsil haqları çox yüksəkdir. Halbuki Tibb Universiteti bir çox sahələr üzrə mütəxəssis hazırlamaq iqtidarında deyil. Amma orada təhsil haqqı çox yüksəkdir. Hüquq fakültəsində, İdarəçilik akademiyasının bir sıra ixtisaslarında da qiymət çox bahadır. Gələcəkdə mütləq təhsil haqlarında endirim edilməlidir".
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlər Cəmiyyətinin sədri İlqar Orucov deyir ki, təhsil haqlarının müəyyənləşdirilməsi ali məktəblərin səlahiyyətində olan məsələdir. Onun sözlərinə görə, Azərbaycanda ali təhsil haqlarının baha olması, bunun müqabilində təhsilin keyfiyyətinin aşağı olması hər zaman müzakirə olunur: "Azərbaycanda hazırkı dövrdə təhsil haqlarını kifayət qədər aşağı salmaq mümkün deyil. Səbəb ölkəmizdə təhsil haqlarının müəllimlərin əmək haqqına sərf edilməsi ilə bağldır. Biz təhsil haqlarını 50 faiz civarında aşağı salsaq, belə çıxır ki, müəllimlərin də əmək haqqı aşağı düşəcək. Amma burada vacib məqam ondan ibarətdir ki, ali təhsil müəssisələri yalnız təhsil haqqı hesabına yaşamalı deyil. Dünyanın ali təhsil müəssisələrində əmək haqqı fərqlidir. Amerika ilə Türkiyədə təhsil haqları müqayisəyə gəlinməz dərəcədə fərqlidir. Universitetlər bizdəki kimi təhsil haqqı hesabına yaşamır. Onlar fərqli mənbələrdən qazanırlar. Bizdə isə universitetlər öz strategiyalarını ortaya qoya bilmirlər".

İ.Orucov deyir ki, Azərbaycanda təhsil haqlarının 20 faizə qədər azaldılması yaxşı olardı. Onun sözlərinə görə, təhsil haqlarının yüksək olması geniş konteksdən müzakirə olunmalıdır: "Böyük tarixə malik Belçikanın Löven Katolik Universitetində təhsil haqqı Avropa ölkələrinin tələbələri üçün 250 avrodur. Avropa Birliyinə aid olmayan ölkələrin tələbələri üçün isə bizim pulla 3500 manatdır. Bu ali təhsil müəssisəsi dünya ölkələrinin reytinqində 40-cı yerdə qərarlaşır. Azərbaycanda bundan da baha təhsil haqqı olan universitetlər var. Nə qədər ki bizdə əmək haqqı ancaq tələbələrin təhsil haqqı hesabına formalaşır, təhsil haqları ucuzlaşmayacaq. Ona görə də universitetlərin gəlirlərinin daha fərqli mənbələrdən formalaşması məsələsində qanunla da imkanlar yaradılmalıdır. Ümumilikdə ali təhsil əlçatan olmalıdır".

Universitetlərdən isə pandemiya dövrü olduğundan maliyyə şöbələrinin işləmədiyini əsas gətirərək təhsil haqlarının hansı meyarlarla müəyyənləşməsini cavablandırmaqdan imtina etdilər.
Bugün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Bugün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB