Bakı-Gəncə qatarında gediş haqqının azalmasına aydınlıq gətirildi
Gündəm / Cəmiyyət
Oxunub: 617
31 Ock 2019 | 16:19
Bakı-Gəncə qatarında gediş haqqının azalmasına aydınlıq gətirildi

"Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov Bakı-Gəncə-Bakı sürət qatarında gediş haqqının aşağı salınması məsələsinə aydınlıq gətirib.

C.Qurbanov trend-ə açıqlamasında bildirib ki, əvvəl standart vaqonlarda gediş haqqı 15 manat müəyyən edilmişdi və həmin qiymətə yemək menyusu da daxil idi:

"Sonra qərara gəldik ki, yeməyi sərnişinlər özləri alsa yaxşıdır. Belə başa düşülməsin ki, sanki biz insanları yemək almağa məcbur edirik. İndi kim istəyirsə, ödəniş edib yemək ala bilər. Ona görə də gediş haqqını 10 manata endirdik. Həm də həmin marşrut üzrə avtobuslarda gediş haqqının 10 manat təşkil etdiyini nəzərə alaraq, qiymətlər arasında çox fərq olmasını istəmədik".

ASC sədri əlavə edib ki, qatarların sürəti də tədricən artıralacaq: "Dəmir yollarının kənarında təhlükəsizlik gücləndikcə sürət də artırılacaq".

Qeyd edək ki, 2018-ci ilin dekabr ayının 30-dan etibarən istifadəyə verilən Bakı-Gəncə-Bakı sürət qatarına daha çox sərnişinlərin cəlb edilməsi və onların məmnunluğunu qazanmaq məqsədi ilə keçirilən sorğular nəticəsində "Azərbaycan Dəmir Yolları" QSC sözügedən marşruta mühüm dəyişikliklər tətbiq edəcək. Qatarın hərəkət qrafiki və gediş haqqı tarifləri ilə bağlı olan yeniliklər 2019-cu ilin fevral ayının 4-dən etibarən həyata keçiriləcək.

Belə ki, bu vaxta qədər günaşırı hərəkətdə olan, Bakı-Gəncə-Bakı sürət qatarı, fevralın 4-dən başlayaraq hər gün reysə çıxacaq və yeni cədvələ uyğun olaraq, saat 08:45-də Bakıdan Gəncəyə və elə həmin gün saat 17:00-da Gəncədən Bakıya yola düşəcək. Qatarın yolda olma vaxtı isə azaldılaraq 4 saat 15 dəqiqə təşkil edəcək.

Gediş haqqı tariflərinə gəlincə, standart vaqonlarda qiymət 15 manatdan 10 manata endiriləcək. Birinci sinif (first class) və biznes vaqonlarda isə gediş haqqı dəyişilmədən saxlanılacaq. Standart vaqonlarda səhər yeməyinin və sərinləşdirici içkilərin pulsuz verilməsi isə dayandırılacaq. Sərnişinlər istədikləri zaman, qatarda yerləşən pullu avtomat köşklərdən istifadə edə bilərlər. Qeyd edək ki, birinci sinif (first class) və biznes vaqonlarda yemək və sərinləşdirici içkilərin verilmə qaydası dəyişməz olaraq qalacaq.
Bugün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Bugün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Bugün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Bugün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Bugün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Bugün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Bugün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Bugün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
Dün, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
Dün, 15:14
“Nəsimi” stansiyasında yanğın
Dün, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
Dün, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
Dün, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
Dün, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
Dün, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
Dün, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
Dün, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
Dün, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
Dün, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib
26-03-2024, 16:51
25 yaşlı qadın öldürüldü - Əri tutuldu
26-03-2024, 15:57
Pakistanda partlayış: 5 Çin vətəndaşı öldü
26-03-2024, 14:50
İki “Hunday” toqquşdu: sürücü belə xilas edildi - Video
26-03-2024, 14:30
Ağdərədə ermənilərə məxsus dayaq məntəqəsi aşkarlandı
26-03-2024, 13:36
Bakıda yenidən qurulan parklanmada qiymətlər...
26-03-2024, 12:23
Toivo Klaar Ermənistanın işğalçı siyasətini ört-basdır edir – BƏYANAT
26-03-2024, 11:48
Hikmət Hacıyev: “COP29 Azərbaycan üçün həm çağırış, həm də fürsətdir”