Prezident VACİB FƏRMAN İMZALADI
Gündəm / Siyasət
Oxunub: 601
23 Şub 2019 | 14:07
Prezident VACİB FƏRMAN İMZALADI
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsinə əlavə və dəyişiklik edilib.

Sonxeber.az-ın məlumatına görə, bu, Prezident İlham Əliyevin Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2011-ci il 16 fevral tarixli 386 nömrəli və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturunun optimallaşdırılması və "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli Fərmanında dəyişikliklər edilməsi barədə" 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında fərman imzalaması ilə mümkün olub.

Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 16 fevral tarixli 386 nömrəli fərmanında aşağıdakı dəyişikliklər edilib:

Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi haqqında Əsasnamə" üzrə aşağıdakı məzmunda 3.1.50-1-ci yarımbənd əlavə edilib və 3.1.52-ci yarımbənd aşağıdakı redaksiyada verilib:

"3.1.50-1. "Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 30.1-ci maddəsində göstərilən reabilitasiya vasitələrinin texniki normativ hüquqi aktlara uyğunluğuna nəzarəti və onların əlilliyi olan şəxslərə yaşayış yeri üzrə verilməsini həyata keçirmək;";

"3.1.52. əlilliyi olan şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədi ilə mərkəzi və yerli icra hakimiyyəti orqanlarının apardığı elektron informasiya ehtiyatlarından istifadə etməklə, əlilliyi olan şəxslərin reyestrini elektron formada aparmaq;";

Həmin fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidməti haqqında Əsasnamə"nin 3.1.13-cü yarımbəndi (xidmət rayonunda əlilliyin vəziyyətini təhlil edib yerli icra hakimiyyəti orqanlarına məlumat vermək) ləğv edilib.

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 iyun tarixli 976 nömrəli fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu haqqında Əsasnamə"nin 3.1.29-cu yarımbəndindən "məlumat bazasının təşkili," sözləri çıxarılıb.
Bugün, 16:51
Türkiyə XİN: Azərbaycanla Ermənistan arasında əldə olunan razılıq sülh sazişinə mühüm töhfədir
Bugün, 15:43
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
Bugün, 14:46
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Bugün, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq