Məzənnə fərqinin neçə faizini dövlət ödəyəcək?
Gündəm / İqtisadiyyat
Oxunub: 632
1 Mrt 2019 | 11:06
Məzənnə fərqinin neçə faizini dövlət ödəyəcək?
Bank üzrə ekspert Əkrəm Həsənov prezident İlham Əliyevin problemli kreditlərlə bağlı fərmanını şərh edib.

Qaynarinfo xəbər verir ki, o, fərmandan irəli gələrək ediləcək güzəştlərin gözləniləndən xeyli artıq olacağını nəzərə çatdırıb.

Qeyd edib ki, güzəştlər bir şəxsin banklar və bank olmayan kredit təşkilatları qarşısında 2015-ci il fevralın 21-nə və ya dekabrın 21-nə olan 10 000 dollaradək olan əsas borcunu əhatə edir. Bir neçə kredit də ola bilər, amma cəmi məbləğ 10000 dollardan çox olmamalıdır. Dövlət 3 ay ərzində 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə hər 1 dolların 0,15 dollarını (0,25 manat), 2015-ci il dekabrın 21-nə mövcud olan əsas kredit borcuna münasibətdə isə hər 1 dolların 0,35 dollarını (0,6 manat) banka ödəyəcək. Vətəndaş borcunu artıq özü ödəyibsə, müvafiq fərq vətəndaşa qaytarılacaq.


İqtisadçı misallarla fərmana aydınlıq gətirməyə çalışıb:

"Misal 1: tutaq ki, vətəndaşın 2015-ci ilin fevralın 21-nə 10000 dollar borcu var.

Devalvasiyayadək olan məzənnə ilə bu 7800 manatdır. İndi isə 17000 manat. Dövlət 8500 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 8500 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,4%-ni dövlət, 7,6%-ni isə vətəndaş ödəyəcək. Deməli, 10 000 dolların yarısını dövlət qaytaracaq.

Misal 2: tutaq ki, vətəndaşın 2015-ci ilin dekabrın 21-nə 10 000 dollar borcu var (krediti 21 fevraldan sonra götürüb). Devalvasiyayadək olan məzənnə ilə bu 10500 manatdır. İndi isə 17000 manat. Dövlət 6000 manat ödəyəcək. Yəni vətəndaş da cəmi 1100 manat ödəyəcək. Beləliklə, məzənnə fərqinin 92,3%-ni dövlət, 7,7%-ni isə vətəndaş ödəyəcək. Deməli, dövlət 10000 dolların 3530 dollar hissəsini qaytaracaq”.

Ə.Həsənovun sözlərinə görə, faiz və dəbbə pulu üzrə də güzəşt olacaq:

"Maliyyə Bazarlarına Nəzarət Palatası ilə Mərkəzi Bank Prezidentlə razılaşdırmaqla 15 gün müddətində həm yuxarıda qeyd edilənlərin mexanizmini, həm də hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri müəyyən etməlidir. Yəni faiz və dəbbə pulu üzrə də güzəşt olacaq”.

"Kredit təşkilatlarına tövsiyə edilir ki, sözügedən şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər, 1 ay müddətində həmin kreditlərə hesablanmış faizləri silsinlər və məhkəmədə olan işləri geri çağırsınlar, habelə borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. Ümid edirəm ki, kredit təşkilatları belə də edəcək.

Bundan başqa, kredit təşkilatlarının edəcəyi restrukturizasiya ilə əlaqədar Mərkəzi Banka tövsiyə edilir ki, onlara cəmi 682 mln. manat məbləğində güzəştli kreditlər versin, habelə bu tədbirlər nəticəsində bankların valyuta mövqeyinin pisləşməsinin qarşısını almaq məqsədilə ayrılmış kreditin hesabına kredit təşkilatlarına cəmi 215 mln. dollar dəyərinədək xarici valyutada ifadə olunmuş, illik faiz dərəcəsi 0,5% olmaqla qiymətli kağızların verilməsini təmin etsin”.

Qeyd edək ki, prezident İlham Əliyev fevralın 28-də "Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Fərman imzalayıb.

Fərmana əsasən, fiziki şəxslərin banklara 10 min ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödəniləcək.
Bugün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Bugün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Bugün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Bugün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Bugün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Bugün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Bugün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Bugün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Bugün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Bugün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Bugün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Bugün, 09:56
General-mayor vəfat etdi
Bugün, 09:56
General-mayor vəfat etdi
Bugün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Bugün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ