Jurnalist Ölkə Başçısına Müraciət Etdi: “Tək Bir Istəyim Var, Iki Otaqlı Ev. Mehriban Əliyeva Hər Bir Qeyrətli Azərbaycan Xanımının Bir Nömrəli Nümunəsidir”
Gündəm / Cəmiyyət
Oxunub: 760
11 Mrt 2019 | 11:06
Jurnalist Ölkə Başçısına Müraciət Etdi: “Tək Bir Istəyim Var, Iki Otaqlı Ev. Mehriban Əliyeva Hər Bir Qeyrətli Azərbaycan Xanımının Bir Nömrəli Nümunəsidir”

XəbərAl.az xəbər verir ki, bir zaman qalmaqallı açıqlamaları ilə gündəmi zəbt edən Xeberal saytının baş redaktoru tanınmış jurnalist Mirismayıl Xələfli ölkə başçısı İlham Əliyev və birinci vitse-prezident Mehriban Əliyevaya müraciət edib. O, müraciətində qeyd edir ki, Bakı şəhərində xəstə uşağı ilə birlikdə kirayədə yaşayır, mediaya gələn gündən Azərbaycan hakimiyyətinin dəsti xəttini dəstəkləyib, buna baxmayaraq normal şəraitdə yaşamır, bəzi sosial problemlər onu narahat edir, bunlardan biri də jurnalistin özünün evinin olmamasıdır. Məlumatın həqiqiliyi naminə Xeberal saytının baş redaktoru Mirismayıl Xələflinin özünün bildirdiyi kimi dəstək verdiyi hakimiyyətin ən başlıca nümayəndələri olan ölkə başçısı cənab prezidentə və onun xanımına üz tutub öz facebook hesabında paylaşdığı sözügedən statusunu oxucularımıza təqdim edirik:

Dəyərli həmkarlarım, bilirsiniz ki, imkanlarım daxilində hər bir dostumuza probleminin işılqlanadırlmasında əlimdən gələni etmişəm. Xahiş edirəm müraciətin yayılmasına yardım edin. Bu mənim üçün ədalətin sınaq dövrüdü. Öncədən təəşəkkürlər.

Azərbaycan Respublikasının Prezidenti
Zati-aliləri cənab İlham Əliyevə

Möhtərəm cənab Prezident!

Xalqımızın ümummilli lideri, Ulu Öndər Heydər Əliyevin milli dövlətçilik kursunu davam etdirərək həyata keçirdiyiniz siyasət sayəsində Azərbaycan bu gün tarixinin ən qüdrətli mərhələsini yaşayır. Cəmiyyətimizdəki sabitlik və inkişaf mühitinə, bütün bunların həyatımızda yaratdığı çoxsaylı müsbət dəyişikliklərə görə bir vətəndaş olaraq Sizə ailəm adından dərin minnətdarlığımı yetirir, müstəqil dövlətimizin xoş gələcəyi naminə fədakar fəaliyyətinizdə uğurlar arzulayıram.

2005 2006-ci ildən mətbutda fəaliyyətlə məşğul olan bir şəxs kimi, özümü o şanslı jurnalistlərimizdən sanıram ki, Azərbaycanda hüquqi dövlət, demokratik cəmiyyət quruculuğu prosesinin bir çox mərhələləri yazılarımda öz əksini tapmış, bu şərəfli tarixin yazılı salnaməsinin yaradılmasında az-çox iştirak etmişəm.

2008-cü ilin prezident seçkisi ərəfəsində, Azərbaycanın XXI əsrdə Sizin rəhbərliyiniz altında əldə edə biləcəyi tarixi nailiyyətlərlə bağlı “Müstəqil Press” qəzetindəki yazılarımda ifadə olunmuş böyük ümidlərin bu gün düşündüyümdən də parlaq şəkildə özünü doğrultması peşə fəaliyyətimin əlamətdar məqamlarıdır.

Möhtərəm cənab Prezident!

14 ildir jurnalist fəaliyyəti ilə məşğulam. Ölkənin ən aparıcı media qurumlarında çalışmış, 2014-ci ildən Xəbəral saytında fəaliyyət göstərirəm və adı cəkilən bu sayıtın redaktor işləyirəm. İmkanlarım daxilində dövlətimizə və dövlətçiliyimizə xidmət etməyə çalışıram.

Zati-Aliləri!

2002-cı ildən bəri – düz 17 ildir ki, Bakıda kirayədə yaşayıram. Bu illər ərzində özüm də, ailə üzvlərim də mənzilsizlikdən çox əziyyət çəkmişik və indi də bu əziyyətlərlə baş-başayıq. Ağır maddi durumumla mənzil problemimi nə vaxtsa öz imkanlarım hesabıma həll edəcəyimə daha heç bir ümidim yoxdur. İndi özümün 36, oğlumun 9,xəstə qızımın isə 10 yaşı var. Oqlumu Azərbaycan Ordusuna darısqal kirayə evdən deyil, cənab Ali Baş Komandanın jurnalist atasına hədiyyə etdiyi öz mənzilimizdən əsgər getməsi ən böyük arzumdur.

Həyatımdakı ən böyük şəxsi problemin həllində kömək göstərməyinizi, jurnalistlər üçün tikilmiş yeni binada mənzillə təmin olunmağıma dəstək verməyinizi Sizdən dönə-dönə xahiş edirəm.

Allah Sizi və Azərbaycanımızı qorusun.

Dərin ehtiramla,Mirismayıl Xələfli
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
24-04-2024, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ