Nazirlik: Əkin yerlərini yandıranlar 6 min manata qədər cərimə olunacaq
Gündəm
Oxunub: 520
6 Ağu 2018 | 13:31

Azərbaycanda kənd təsərrüfatı məhsul istehsalçıları bitki qalıqları haqqında "gərəksizdir”, "səmərəsizdir” və hətta "ziyanlıdır” kimi yanlış təsəvvürlərə malikdir. Samanın və eləcə də digər bitki qalıqlarının yandırılması nəinki ciddi qanun pozuntusudur, eləcə də pulların havayı sovrulması deməkdir. Sözün hərfi mənasında, bitkinin qidalanması və inkişafı üçün lazım olan faydalı maddələrin məhv edilməsi deməkdir.

xeberler.org Trend-ə istinadən xəbər verir ki,  Bunu  Kənd Təsərrüfatı Nazirliyi Əkinçilik Elmi-Tədqiqat İnstitutunun direktoru Cavanşir Təlai deyib.

Direktor bildirib ki, taxıl sahələrinin biçindən sonra yandırılması isə torpaqdakı üzvi maddələrin itirilməsinə, torpaq mikroflorasının məhv edilməsinə, bütövlükdə torpaq münbitliyinin kəskin surətdə azalmasına gətirib çıxarır: "Belə ki, samanı yandırdıqda bütün üzvi birləşmələr yanır və gələcəkdə bitkilərin böyümə və inkişafı üçün lazım olan və toxumanın quru maddəsinin təxminən 95 faizini təşkil edən orqanogen elementlər (C, O, H, N) qaz halında itir. Bu isə öz növbəsində torpağın münbitliyinə mənfi təsir edir. 1 qram torpaqda 2000-20000 azotobakter hüceyrələri ola bilər. Hər il orta hesabla hər hektarda 20-40 kq azot sərbəst yaşayan, 200 kq azot isə simbiotik bakteriyalar tərəfindən mənimsənilir. Samanın yandırılması nəticəsində torpağın həyat qabiliyyəti pisləşir, milyon illər ərzində formalaşmış faydalı mikroorqanizmlər məhv olur ki, onun da bərpası üçün əlavə resurslar və uzun müddət lazımdır".

C.Təlainin sözlərinə görə, biçindən sonra taxıl sahələrinin yandırılması növbəti ildə həmin sahədə becəriləcək bitkilərin məhsuldarlığını 20-30 faiz azaldır, fermer həmin sahədən əvvəlki ilə nisbətən daha az məhsul götürür: "Aparılmış təhlillər nəticəsində müəyyən edilib ki, 1 ton buğda samanında dəyəri 12 manatdan 35 manata qədər olan qida maddələri vardır. Deməli, samanı yandırmayıb, torpaqda saxlamaq iqtisadi baxımdan fermer üçün daha sərfəlidir. Samanın yandırılması qida maddəsi ilə yanaşı, qiymətli torpaq biosenozunu da məhv edir".

 

Sahənin yandırılmasına alternativ olaraq direktor bunu təklif edir: "Arpa və buğda biçini zamanı müasir kombaynlardan istifadə etməklə saman doğranaraq mulça şəklində sahəyə səpilməli və ya biçindən dərhal sonra saman yandırılmadan sahədən daşınaraq çıxarılmalıdır. Becəriləcək hər bitkiyə uyğun fosfor və ya kompleks gübrələr verilərək şum və ya 10-12 santimetr diskləmə, eləcə də torpağın sıfır becərməsi aparılmalı, torpaq səpin üçün hazırlanmalı və aralıq bitkilərin toxumlarının səpinləri həyata keçirilməlidir.

Kövşənlikdə birbaşa səpinin aparılması zamanı torpaq strukturunun minimum pozulması və onun səthinin bitki qalıqları ilə örtülməsi nəticəsində torpaqqoruyucu qat yaranır ki, bu da su və külək eroziyasının qarşısını alır, torpaqda nəmliyin toplanmasına və saxlanmasına imkan verir, alaq otlarının inkişafına mane olur, torpaq mikroflorası aktivləşir və bütün bunlar torpaq münbitliyinin artmasına və kənd təsərrüfatı bitkilərinin məhsuldarlığının yüksəldilməsinə imkan verir".

Qurum rəsmisi biçindən sonra əkin sahələrini yandıran fermerlərin nəzərinə çatdırır ki, onlar bu əməli törətməklə qanunvericilikdə müəyyən edilmiş qaydada inzibati məsuliyyət daşıyırlar: "Ötən il dekabrın 15-də "Torpaqların münbitliyi haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə edilmiş dəyişikliyə əsasən, əkin yerlərinin yandırılması qadağan edilib. Bu qadağanın tətbiqində məqsəd əkinəyararlı torpaq sahələrinin münbitliyini qorumaq, ekoloji mühitə vurulan zərərin qarşısını almaq, kənd təsərrüfatında məhsuldarlığı yüksəltməkdir. İnzibati Xətalar Məcəlləsinə yeni əlavə edilmiş 244-1-ci maddəyə əsasən əkin yerini yandıran fıziki şəxslər 400 manatdan 600 manata, vəzifəli şəxslər 1500 manatdan 2000 manata, hüquqi şəxslərin isə 5000 manatdan 6000 manatadək məbləğdə cərimə ediləcəklər. Biz fermerlərə tövsiyə edirik ki, taxıl sahələrindən samanı yandırmadan çıxarın, yaxud xırdalayaraq mulça halında əkin sahələrinə verib, şum və digər torpaq becərmə əməliyyatları aparın".

Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur