Güclü külək, yağış, qar - Hava xəbərdarlığı
Gündəm / Sosial
Oxunub: 606
17 Mrt 2019 | 12:51
Güclü külək, yağış, qar -  Hava xəbərdarlığı
Bu gün Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şimal-qərb küləyi gündüzdən başlayaraq arabir güclənəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Unikal.org-a verilən məlumata görə, havanın temperaturu gecə 5-8° isti, gündüz 11-15° isti, Bakıda gecə 6-8° isti, gündüz 13-15° isti təşkil edəcək. Atmosfer təzyiqi normadan aşağı 756 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-80 % , gündüz 50-55% olacaq.

Nazirlik xəbərdarlıq edir ki, martın 17-si axşamdan 19-u axşamadək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s, 18-də yarımadanın bəzi yerlərində arabir 28-30 m/s-dək güclənəcəyi, arabir yağış yağacağı, bəzi yerlərdə intensivləşəcəyi, 20-si gündüz tədricən kəsiləcəyi gözlənilir. Havanın temperaturu 4-7° aşağı enəcək.

Azərbaycanın rayonlarında arabir yağış yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman. Qərb küləyi gündüz ayrı-ayrı yerlərdə arabir güclənəcək. Havanın temperaturu gecə 5-8° isti, gündüz 14-19° isti, dağlarda gecə 0-4° isti, gündüz 4-8° isti təşkil edəcək.

Sinoptiklər xəbərdarlıq edir ki, martın 17-si gündüz qərb rayonlarından başlayaraq 20-si axşamadək arabir yağış, dağlıq və bəzi dağətəyi rayonlarda sulu qar, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Qərb küləyi 17-19-da arabir 15-20 m/s, ayrı-ayrı yerlərdə arabir 23-28 m/s-dək güclənəcək. Havanın temperaturu 5-8° aşağı enəcək. Çaylarda sululuğun artacağı ehtimal olunur.
Dün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Dün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Dün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Dün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Dün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Dün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Dün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Dün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Dün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Dün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Dün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Dün, 10:12
Azərbaycanda zəlzələ oldu
Dün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Dün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
22-04-2024, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
22-04-2024, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
22-04-2024, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
22-04-2024, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
22-04-2024, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
22-04-2024, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
22-04-2024, 12:05
Prezident Rusiyadadır
22-04-2024, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
22-04-2024, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
22-04-2024, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
22-04-2024, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
22-04-2024, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur