Tələbələrə - ŞAD XƏBƏR
Gündəm / Təhsil
Oxunub: 520
15 May 2019 | 13:44
Tələbələrə - ŞAD XƏBƏR

"İki qız qalacağıq, bir nəfər axtarılır”, "Otaq yoldaşı axtarıram” və s. sözlərini tələbələrdən tez-tez eşidirik.
Azərbaycanda çoxsaylı universitet fəaliyyət göstərsə də, yataqxana problemi hələ də tam olaraq həllini tapmayıb.

Təhsil eksperti Kamran Əsədov mətbuata açıqlamasında bildirib ki, problemin həllində özəl yataqxana təcrübəsindən yararlanmaq lazımdır:
"Yeni açılmış ali məktəblərin müasir yataqxanaları var. Köhnə universitetlərdən bəziləri isə öz yataqxanalarının qayğısına qalaraq təmir edib, müasirləşdirib. Lakin buna baxmayaraq, yataqxanaya ehtiyac yenə də qalmaqdadır. Bu ehtiyacın aradan qaldırılması üçün özəl yataqxanalar tikilə bilər. Dünya təcrübəsinə əsasən, həmin yataqxanalar pullu olsa da, kirayə mənzillərə nisbətən çox ucuzdur. Eyni zamanda, dünyanın aparıcı universitetləri kampus şəraitində fəaliyyət göstərir. Bu da ayrıca xüsusi şəhərcikdir. Orada tələbələr yataqxana, tıxac, kitab problemi ilə üzləşmirlər. Hətta tələbələr həmin şəhərcikdə işləyib, pul da qazana bilərlər. Tələbənin bu şəraitdə heç bir problemi olmur. Kampusların tikilməsi bizdə də dəfələrlə gündəmə gəlib. Hətta şəhərin mərkəzində bəzi ali məktəblər üçün yataqxanaların tikilməsi nəzərdə tutulub. Lakin hələ də təklif kimi qalıb".

Ekspertin fikrincə, yataqxana probleminin həllində iş adamlarının rolu da əhəmiyyətli ola bilər:
"İş adamları yataqxana tikib, tələbələrin ixtiyarına verə bilər. Bu işdə dövlətin də onlara kömək etməsi lazımdır. Məsələn, dövlət torpaq sahələrini pulsuz verə bilər. Təhsilin əlçatan olması üçün bu problemlər həllini tapmalıdır. Bundan başqa, Bakıda tikilən hündürmərtəbəli binaların bir neçə mərtəbəsi universitetlər tərəfindən alınaraq yataqxana kimi istifadə edilə bilər. Bu metod universitetlərə də gəlir gətirə bilər”.

Təhsil Nazirliyindən sorğumuza verilən cavaba görə, hazırda tələbələrin yataqxana probleminin həlli ilə bağlı əsaslı işlər görülür:
"Respublika üzrə 44 ali təhsil müəssisəsi və 7 filial fəaliyyət göstərir. Bakıda yerləşən ali təhsil müəssisələrinin ümumi sayı 35-dir. Ölkədə ümumilikdə 157 662 tələbə bakalavr, 13 442 tələbə isə magistr pilləsi üzrə təhsil alır. Tələbələrdən 120 947 ( bakalavr), 11 740 ( magistr) nəfər Bakıda təhsil alır.

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) yeni 800 yerlik yataqxanası istismara hazırdır. Hazırda Gəncə Dövlət Universitetinin ümumi tutumu 792 yerlik olan üç yataqxanasının əsaslı təmir işləri başlanılıb. Sumqayıt Dövlət Universitetinin 264 yerlik yataqxanasının əsaslı təmiri üçün layihə-smeta sənədləri hazırlanır və cari ildə başlanması nəzərdə tutulub. Bununla yanaşı, Asiya İnkişaf Bankının dəstəyi ilə İqtisadiyyat Nazirliyi və Təhsil Nazirliyi ilə əməkdaşlıq çərçivəsində Dövlət-Özəl sektor Tərəfdaşlığı vasitəsi ilə Bakı Dövlət Universiteti və ADNSU üçün tələbə yataqxanalarının tikintisi üzrə Texniki Yardım layihəsi həyata keçirilir".(redaktor.az)
Bugün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Bugün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Bugün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Bugün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Bugün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Bugün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Bugün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Bugün, 09:56
General-mayor vəfat etdi
Bugün, 09:56
General-mayor vəfat etdi
Bugün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Bugün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?