Palma yağları ilə bağlı rəsmi açıqlama - məişət üçündürsə...
Gündəm / İqtisadiyyat
Oxunub: 683
20 May 2019 | 16:36
Palma yağları ilə bağlı rəsmi açıqlama - məişət üçündürsə...

Son 5 ildə Azərbaycana 28,5 milyon dollar dəyərində 47,6 min ton palma yağı idxal olunub və bu yağların əhaliyə kərə yağı altında satılması güman edilir, bunu "Facebook" səhifəsində iqtisadçı ekspert Vahid Məhərrəmov bildirib.

Ekspert bu qədər yağın kərə yağı, yağlı pendir, qaymaq, bitki yağı, dondurma, yağlı süd, xama şəklində istehlak edildiyini istisna etməyib.

"Gətirilən palma yağının hansı məhsulun istehsalında istifadə edilməsi açıqlanmır, çox güman ki, palma yağı kərə yağı adı altında istehlakçılara satılır" - deyə ekspert əlavə edir.

Məsələyə münasibət bildirən Qida Təhlükəsizlik Agentliyinin şöbə müdiri Mansur Piriyev bildirdi ki, Azərbaycana idxal olunan bütün qida məhsulları risk əsaslı nəzarət tədbirlərinə cəlb olunur və onların müvafiq qanunvericiliyə uyğun şəkildə yoxlanışı həyata keçirilir.

Mansur Piriyevin sözlərinə görə, palma yağı və tərkibində palma yağı olan məhsullara da baxış keçirilir, əgər onlar standartlara uyğundurlarsa, idxalına icazə verilir.

"Palma yağları həm texniki vasitələr üçün, həm də məişətdə istifadə etmək üçün istehsal olunur. Məişət üçün istehsal olunan palma yağlarının sağlamlığa zərər verməsi ilə bağlı heç bir elmi əsas yoxdur. Bu yağlardan istifadə etmək uyğundur. Amma söhbət texniki vasitələr üçün nəzərdə tutulan palma yağlarından gedirsə, təbii ki, bunların məişətdə istifadəsi yolverilməzdir” – deyə Mansur Piriyev bildirib.

Onun sözlərinə görə, hətta məişət üçün nəzərdə tutulan palma yağı da 200 dərəcə istilikdə qızdırıldıqdan sonra insan orqanizminə ziyanlı olur.

Agentlik rəsmisi bildirib ki, bütün bunlara baxmayaraq, əgər kimsə palma yağlarının tərkibi ilə bağlı hər hansı bir narahatlıq keçirərsə, agentliyin qaynar xətti var, ora müraciət etsin, hardan alması ilə bağlı məlumat versin və bir daha həmin məhsul labarator müayinəyə cəlb olunsun, nəticələrə uyğun olaraq həmin vətəndaşa məlumat veriləcək.
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur