May ayında ANAMA tərəfindən 291 ədəd partlamamış hərbi sursat aşkarlanıb
Gündəm / Cəmiyyət
Oxunub: 442
1 Haz 2019 | 17:47
May ayında ANAMA tərəfindən 291 ədəd partlamamış hərbi sursat aşkarlanıb
May ayında Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlik (ANAMA) tərəfindən Ağdam, Ağstafa, Cəbrayıl, Füzuli, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonları, Bakı, Gəncə, Sumqayıt, Şirvan və Lənkəran şəhərlərində 551 min 987 kvadratmetr ərazi yoxlanılıb. Ötən ay 291 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə bir və tank əleyhinə altı mina aşkarlanaraq zərərsizləşdirilib.

ANAMA-dan AZƏRTAC-a bildirilib ki, əməliyyatlara 472 nəfərlik əməliyyat heyəti, 128 nəfər inzibati heyət, 6 mexaniki minatəmizləmə maşını və 38 minaaxtaran it cəlb edilib.

İndiyədək cəmi 534 milyon 451 min 206 kvadratmetr ərazi təmizlənib, 803 min 597 mina və partlamamış hərbi sursat tapılaraq zərərsizləşdirilib.

Mayda FHN-in Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzindən üç, Daxili İşlər Nazirliyinin 102 - Zəng Mərkəzi Xidmətindən on, Dövlət Sərhəd Xidmətindən iki, rayon polis şöbələrindən iki, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən bir müraciət daxil olub. Müraciətlər əsasında 15 operativ və təxirəsalınmaz əməliyyat çıxışı olub. Nəticədə Ağdam, Ağstafa, Goranboy, Xocavənd, Qazax, Tərtər, Yevlax rayonlarında, Bakı, Gəncə, Sumqayıt, Şirvan, Yevlax və Lənkəran şəhərlərində 3980 kvadratmetr ərazi yoxlanılıb. Həmçinin 110 ədəd partlamamış hərbi sursat, piyada əleyhinə bir, tank əleyhinə altı mina və müxtəlif çaplı 6491 patron aşkarlanıb. Həmin sursat yerli əhalinin təhlükəsizliyinin təmin edilməsi məqsədilə agentliyin mərkəzi məhvetmə ərazisinə daşınaraq zərərsizləşdirilib.

Mayda mina və partlamamış hərbi sursat hadisəsi qeydə alınmayıb.
Dün, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
Dün, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
Dün, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
Dün, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
Dün, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
Dün, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
Dün, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
Dün, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
Dün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Dün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Dün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Dün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Dün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Dün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Dün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
24-04-2024, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
24-04-2024, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
24-04-2024, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
24-04-2024, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
24-04-2024, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
24-04-2024, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
24-04-2024, 13:28
Prezident 2 fərman imzaladı
24-04-2024, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
24-04-2024, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
24-04-2024, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
24-04-2024, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
24-04-2024, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ