Bakıda keçiriləcək möhtəşəm idman festivalı barədə - BİLMƏDİKLƏRİMİZ
Gündəm / Sosial
Oxunub: 509
19 Tem 2019 | 15:01
Bakıda keçiriləcək möhtəşəm idman festivalı barədə - BİLMƏDİKLƏRİMİZ

Məlum olduğu kimi, Bakıda 21-27 iyul tarixlərində Avropa Gənclər Olimpiya Festivalı (EYOF) keçiriləcək. Bəs 15-ci dəfə keçiriləcək bu yarış haqqında nə bilirik?

Oxu.Az məlumat verir ki, vaxtilə Avropa Olimpiya Komitələri yeniyetmə və gənclərin Olimpiya Oyunlarına maraq dairəsini artırmaq üçün müəyyən ideyaları nəzərdən keçirirdi. Məqsəd idmançılara hələ gənc yaşlarında Olimpiadanın ilk həyəcanını hiss etdirmək, eyni zamanda, gənc atletlərin idman praktikasını artırmaq və onların sağlam həyat tərzi yaşamasına çalışmaq idi.

Nəticədə, Beynəlxalq Olimpiya Komitəsinin xeyir-duası ilə Avropa Olimpiya Komitələri İcraiyyə Komitəsinin iclasında belə bir yarış keçirməyə dair qərar qəbul edildi. Qərara əsasən, Avropa qitəsinin 14-18 yaşda olan idmançıları bu yarışda iştirak edəcəkdi.

Yarış iki ildən bir olmaq şərtilə Qış və Yay buraxılışları üzrə keçiriləcəkdi. Yarışın Olimpiya Festivalı adlandırılması isə heç də təsadüfi deyil. Çünki əsasən peşəkar olmayan gənc idmançılar arasında keçirildiyindən, bu yarış əyləncə, festival xarakteri daşıyırdı.

1991-ci ildə yayda birinci yarışın Belçikanın paytaxtı Brüsseldə keçirilməsi qərara alındı. İlk olaraq keçirilən bu yarış 10 gün davam etdi. 12-21 iyul tarixlərində doqquz idman növü üzrə yarışlar baş tutdu. 33 ölkədən 2084 idmançının iştirak etdiyi bu yarış özünü doğrultdu. Azərbaycan idmançıları turnirdə SSRİ-nin tərkibində çıxış etdi. SSRİ festivalda 12 qızıl, beş gümüş və yeddi bürünc medalla Fransadan sonra II yeri tutdu.

Oxu: EYOF Bakıda hansı idman obyektlərində keçiriləcək? - SİYAHI
Bu yarış özünü doğrultduğundan, iki il sonra Avropa Olimpiya Komitələrinin mənzil-qərargahının yerləşdiyi İtaliyada EYOF-un Qış buraxılışı üzrə yarışlar keçirilməyə başlandı. İtaliyanın Aosta şəhərində 7-10 fevral tarixlərində 33 ölkədən 705 atlet beş idman növü üzrə yarışdı. 1993-cü ildən sonra Qış buraxılışı da Yay buraxılışı kimi müntəzəm olaraq keçirilir.

EYOF-un özünü doğrultmasına dair daha bir fakt ondan ibarətdir ki, məhz bundan sonra Beynəlxalq Olimpiya Komitəsi Yeniyetmələrin Yay Olimpiya Oyunlarını keçirmə barədə qərar qəbul etdi. 19 yaşadək idmançıların yarışdığı Yeniyetmələrin Yay Olimpiadası 2010-cu ildə Sinqapur, 2014-cü ildə Çin, 2018-ci ildə isə Argentinada baş tutub. 2022-ci ildə Seneqalın paytaxtı Dakar bu yarışı qəbul edəcək. 2012-ci ildə Avstriya və 2016-cı ildə Norveçdə Yeniyetmələrin Qış Olimpiya Oyunları keçirilib.

EYOF 2015-ci ilin 12-28 iyun tarixlərində Bakıda keçirilmiş I Avropa Oyunları ideyasının yaranmasında da fəal rol oynayıb. Artıq bu yarışda 50 ölkədən 5898 peşəkar idmançı 20 idman növü üzrə mübarizə aparıb, 253 medal dəsti sahibini tapıb.

O ki qaldı EYOF-un Bakıda keçirilməsinə, bu barədə qərar 2017-ci ildə qəbul edilib. Noyabrda Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilmiş Avropa Olimpiya Komitələrinin 46-cı Baş Assambleyası çərçivəsində sözügedən qurumun prezidenti Yanez Kotsiyançiç, Azərbaycanın Gənclər və İdman naziri Azad Rəhimov və Azərbaycan Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə arasında EYOF-un Bakıda keçirilməsinə dair memorandum imzalanıb.

Bu ilin 21 fevralında Bakıdakı yarışın Əməliyyatlar Komitəsi EYOF 2019-un startına 150 gün qalmış tədbirin rəsmi talismanlarını açıqlayıb. Bunlar Cırtdan və Bəbirdir.

Qeyd edək ki, festivalda Azərbaycan adından 122 idmançı mübarizə aparacaq. 10 idman növü üzrə keçiriləcək yarışın açılış mərasimi 21 iyul saat 20:00-da Kristal Zalda baş tutacaq.

Sonda onu da bildirək ki, Azərbaycandan sonra bu yarış Slovakiyanın Banska Bıstritsa şəhərində təşkil ediləcək. 24 iyul-1 avqust tarixlərində keçiriləcək yarışda yenə 10 idman növü üzrə mübarizə gedəcək.
Bugün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Bugün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Bugün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Bugün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Bugün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Bugün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Bugün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Bugün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Bugün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Bugün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
Dün, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
Dün, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
Dün, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
Dün, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
Dün, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
Dün, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
Dün, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
Dün, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
Dün, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
Dün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Dün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Dün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur