Osman Gündüz SƏRT DANIŞDI - Problemlər müvafiq qurumun məsuliyyətsizliyindən yaranır
Gündəm / Sosial
Oxunub: 603
29 Tem 2019 | 17:57
Osman Gündüz SƏRT DANIŞDI - Problemlər müvafiq qurumun məsuliyyətsizliyindən yaranır

İyulun 27-si Balakən rayonunun internet təchizatında 7 saatlıq ( saat 15.00 – 22.00 ) ciddi problem yaranıb.

“Dayanıqlı İnternet və telekommunikasiya xidmətləri ilə bağlı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (NRYTN) açıqlamaları reallığı əks etdirmir”.

Redaktor.az xəbər verir ki, bu sözləri Azərbaycan İnternet Forumunun prezidenti, texnologiya üzrə ekspert Osman Gündüz bildirib.



27 iyul tarixində ölkənin şimal-qərb bölgəsində internet təchizatında yaşanan problemin səbəblərini şərh edən O. Gündüz vurğulayıb ki, bu cür problemlər müvafiq qurumun məsuliyyətsizliyindən yaranır:

“Hansısa bir avadanlıqda və ya rabitə xəttində baş verən problem ucbatından Balakəndə 7 saat müddətində internet olmayıb. Gömrük, bank, onlayn bilet satışı sistemləri və s. sahələr yenidən iflic vəziyyətinə düşüb. Görünən odur ki, hökumət 2015-ci il 16 noyabrda Azərbaycan İnternetində baş verən hadisədən yetərincə nəticə çıxarmayıb. Yenə də informasiya və data mübadiləsi üçün alternativlik yoxdur, düzgün texniki siyasət aparılmır. İnformasiya təhlükəsizliyi üçün təhdidlər qalır”.

Ekspertin sözlərinə görə, NRYTN bəzi bölgələrə ümumiyyətlə, fiber-optik magistral xətlər çəkməyib:

“NRYTN inhisarçılıqda saxladığı internet xidmətlərini "DeltaTelecom"a məxsus infrastruktur üzərindən təqdim edir. Bu bölgədə də digər özəl provayderlərin müştəriləri Aztelekom tərəfindən sadəcə “oğurlanıb”. Həmin müddətdə Azercell dövlət mobil operatorunun da mobil interneti işləməyib. Digər operatorlar isə normal fəaliyyət göstərib”.

Qeyd edək ki, yaşanan problem nəticəsində internet istifadəçiləri, daimi onlayn əlaqə tələb olunan müəssisə və təşkilatlar, dövlət və özəl sektoru, xüsusi əhəmiyyətli qurumlar, gömrük və bank sektorunun fəaliyyətində ciddi problemlər yaşanıb.
Bugün, 16:46
Ayrılan pullar bizə çatmır - Zelenski
Bugün, 16:18
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
Bugün, 15:49
Həmid Nurinin oğlu da İsveçdə həbs edildi
Bugün, 15:15
Kreml Puqaçova ilə bağlı açıqlama yaydı
Bugün, 14:52
“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR
Bugün, 14:23
Milli Məclisin növbəti iclasının TARİXİ
Bugün, 13:45
Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH
Bugün, 13:02
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Bugün, 12:37
Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam