Məşhurlarımızın unudulmaz xitabları: Div, qarğa, tramvay nömrəsi
Gündəm / Şou
Oxunub: 542
30 Tem 2019 | 17:29
Məşhurlarımızın unudulmaz xitabları: Div, qarğa, tramvay nömrəsi

Şou-biznesi qalmaqalsız təsəvvür etmək mümkün deyil. Sənətçilərimiz arasında olan bu qalmaqallar bizi zaman-zaman qıcıqlandırsa da, oxucuları əyləndirən tərəfləri də olub. Xüsusilə, onların bir-birinə mediadan etdiyi maraqlı xitablar hələ də bir çoxlarının ağlındadır.

Axşam.az bu dəfə oxuculara qalmaqallarda məşhurlarımızın bir-birinə etdiyi yaddan çıxmayan xitabları təqdim edir:

Mərhum Xalq artisti İlhamə Quliyeva Dünya Sülh səfiri olduğunu desə də, qalmaqalda ən çox adı hallanan müğənni idi. Onun Əməkdar artist Elza Seyidcahana “Kolxoz bazarlarının kraliçası” xitabı unudulmazlar arasındadır.

Xalq artisti Aygün Kazımova isə müğənni Roza Zərgərli ilə dava edərkən onu “Şıntıramella” adlandırmışdı. Bu müraciət forması hələ də ağıllardadır.

Aygün Kazımova digər qalmaqalında isə Elza Seyidcahana “div” demişdi.

Xalq artisti Brilliant Dadaşova isə Aygün Kazımova ilə qalmaqalında ona “tramvay nömrəsi” deyə, müraciət edib.

Teleaparıcı Elgiz Əkbər müğənni Əli Mirəliyevi birlikdə apardıqları verilişdə mübahisə edərkən “Tükü tökülmüş qarğa” adlandırıb.

Əməkdar artist Aygün Bəylər “Səhər-səhər” verilişində yalançı toy xəbərindən danışarkən Elgiz Əkbəri nəzərdə tutaraq “Dilxor olub manıs” sözlərini işlədib.

Aktrisa Tunay Nağıyeva həmkarı Pərvin Abıyevanı “1000 manatlıq” adlandıraraq mətbuatda unudulmaz xitab edənlər sırasında yer alıb.

Əməkdar artist Röya Ayxan müğənni Elnarə Xəlilovanı İnstaqramında lağa qoyaraq “stildar”, “bilikdar” deyə, müraciət etmişdi.

Natavan Həbibi isə Röyanın ünvanına “5/5” proqramında “İndi də “Röyaya çuşka” deyirik” ifadəsini işlətmişdi.

Müğənni Əli Mirəliyev həmkarı Rəqsanə İsmayılovaya “Space” TV-də “Reks” deyə, müraciət etmişdi. O, buna səbəb kimi həyətindəki itinin adını misal çəkmişdi.
Bugün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Bugün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Bugün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Bugün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Bugün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Bugün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Bugün, 13:28
Prezident 2 fərman imzaladı
Bugün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Bugün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Bugün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Bugün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Bugün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Bugün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Bugün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
Dün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Dün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Dün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Dün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Dün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Dün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Dün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Dün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Dün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Dün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Dün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Dün, 10:12
Azərbaycanda zəlzələ oldu