Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”
Gündəm / Hadisə
Oxunub: 487
14 Ekm 2019 | 17:58
Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbənin anası danışdı: - “Cavidi öz dostu öldürüb”

Kiyevdə qətlə yetirilən azərbaycanlı tələbə Cavid Hacıyevin qatili hələ də tutulmayıb.

Cavid Hacıyevin anası, Bakı Musiqi Akademiyasının müəllimi, sənətşünaslıq üzrə doktor, professor Minə Hacıyeva Modern.az saytına açıqlamasında qatil olduğu iddia edilən Əli adlı azərbaycanlı gənc barədə bəzi məlumatlar verib.

Minə xanımın sözlərinə görə, Cavidlə Əli tələbə vaxtlarından dost olublar:

“Cavidlə Əli İqtisad Universitetinə daxil olanda tanış olublar. Eyni qrupda oxuyublar. Ancaq Əli müntəzəm olaraq dərsə gəlmədiyinə görə onu univetsitetdən xaric ediblər. Təəssüf ki, o, universitetdən qovulsa da Cavidlə onun arasında dostluq əlaqəsi qaldı. Cavid isə çox nümunəvi tələbə idi. Universitetin 2-ci kursundan başlayaraq SABAH qruplarında ingilis dilində təhsil alıb. İndi oturub fikirləşirəm ki, Cavid bu yaşda nə boyda hörmətə sahib olub! Halbuki, 22 yaşında həm yaradıcılıqla, həm də elmlə məşğul olmaq hər adama nəsib olmur”.

Minə xanım deyir ki, Əli dəfələrlə onların evində olub, həmişə fərqliliyi ilə seçilib:

“Əli bir neçə dəfə bizim evdə də olub. Süfrəmizdə oturub. Cavidlə bir yerdə çörək kəsib. Ancaq onun şəkillərinə baxanda hiss olunur ki, sanki içində hər şey daşa dönüb. Bizim ailə şən ailə olub. Bayramlarda musiqi səslənib, şeir deyilib. Ancaq Əli bütün şəkillərdə şən əhval-ruhiyyəli insanların arasında gərgin oturub. Həmişə də şəkil çəkdirəndə əcaib barmaq işarəsi göstərirdi. Bütün bunlara baxmayaraq, Əlinin Cavidi öldürməsinin səbəbləri tam olaraq bilinmir. Ola bilsin ki, bu qətldə qısqanclıq elementləri də olsun”.

Anasının sözlərinə görə, Cavidin qatili mütləq tapılmalıdır:

“O mənim oğlumu xüsusi amansızlıqla qətlə yetirib. Oğlumun qanı yerdə qalmamalıdır. Güman ki, Cavidin telefonunda yazışmalar olub. Ancaq Əli onun telefonlarını, sənədlərini oğurlayıb. Cavidin 2 telefonu vardı. Ukrayna polisinin verdiyi məlumata görə, telefonun biri oktyabrın 3-də, digəri isə 6-da söndürülüb. Ukrayna polisi deyir ki, qatil tutulandan sonra Cavidi nə üçün öldürüldüyünün səbələri bəlli olacaq. Qatil ona görə tutulmayıb ki, onun qaçması üçün hər cür şərait yaradılıb. Ayın 7-si axşamı sərhədi keçib və qaçıb. Ola bilsin ki, imkanlı qohumlarının bu işdə əli olub. Cavidin anası olaraq qatilin tezliklə tapılmasını və tutulmasını istəyirəm”.

23 yaşlı azərbaycanlı tələbə Cavid Hacıyev ötən həftə Kiyevdə qətlə yetirilib. Rəsmən təsdiqlənməyən məlumata görə, o, öz həmyaşıdı, keçmiş tələbə yoldaşı Əli Abdullayev tərəfindən qətlə yetirilib. Məlumata görə, Əli Abdullayev tərəfindən Kiyev şəhərinə qonaq çağırılan C.Hacıyev həmin şəhərə gedib. Ə.Abdullayevlə şəhəri gəzib dolaşdıqdan sonra elə onun kirayə etdiyi mənzildə yatdığı yerdə öldürülüb. İddialara görə, Ə.Abdullayev onu küt alətlə öldürüb, sonra bıçaqlayıb, daha sonra isə meyitlə qəddar davranıb.

Cavid Hacıyev Bakıdakı İqtisad Universitetində magistr təhsili alırdı. O, tanınmış bəstəkar, əməkdar incəsənət xadimi və professor Telman Hacıyevin nəvəsidir.
Bugün, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
Bugün, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
Bugün, 09:26
Başlıbel faciəsindən 31 il ötür
Dün, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
Dün, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
Dün, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
Dün, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
Dün, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur
Dün, 13:36
Dünyanın ən məşhur filmi Türkiyədə narazılıq yaratdı – Maraqlı SƏBƏB
Dün, 12:37
Sabah 28 dərəcə isti olacaq - PROQNOZ
Dün, 12:13
Azyaşlılarda bu xəstəliklər artıb
Dün, 11:40
Naxçıvan Hava Limanının direktoru işdən ÇIXARILDI
Dün, 10:50
Ermənilər Tovuzda təxribat törətdi: Kvadrakopter ələ keçirildi - FOTO
Dün, 10:24
Evinin həyətində asılmış meyiti tapıldı
Dün, 09:44
Aytən Səfərova ağır yol qəzası keçirtdi
Dün, 09:14
Ən çox nifrət edilən 5 bürc: Hamı onları...
Dün, 08:40
Keçmiş millət vəkili Hadı Rəcəbli vəfat edib
16-04-2024, 16:55
“Semka” da həbs edildi
16-04-2024, 16:33
KTMT-nin Baş katibi: Ermənistan təşkilatda fəaliyyət dairəsini xeyli azaldıb
16-04-2024, 16:09
Bakı üzrə bu 9 məktəbli maksimum nəticə göstərib - Foto
16-04-2024, 15:31
Otuzdan çox həmkarını İrana qarşı sanksiyalara çağırdı
16-04-2024, 14:41
Putinə Rusiya prezidentinin vəsiqəsi təqdim edildi - Fotolar
16-04-2024, 14:23
Reklam Agentliyinin İdarə Heyətinin sədri vəzifəsindən azad edilib, yenisi təyin olunub - SƏRƏNCAM
16-04-2024, 14:01
İlham Əliyev “Bələdiyyələrin statusu haqqında” qanuna dəyişiklikləri təsdiqləyib
16-04-2024, 13:20
Paşinyan Putinin andiçməsinə gedəcək?
16-04-2024, 12:58
Tanınmış rusiyalı müxalif yazar həbs olundu
16-04-2024, 12:30
“Müğənnilər qadağan olunmuş əzalarını göstərirlər” - Xalq artisti