Ramin Quluzadəyə İTTİHAM - "Nazirliyin özünün binası ətrafında mobil internetin sürəti yox dərəcəsindədir"
Gündəm / Cəmiyyət
Oxunub: 594
23 Ekm 2019 | 12:07
Ramin Quluzadəyə İTTİHAM - "Nazirliyin özünün binası ətrafında mobil internetin sürəti yox dərəcəsindədir"

Son günlər ölkə ərazisində internetin zəif olması ilə bağlı iddialar səsləndirilir. Bir çoxları məsələ ilə əlaqədar provayderlərə müraciət edirlər. Qarşılığında isə istifadəçilərə heç bir problem olmadığını bildiriblər.

Məsələ ilə bağlı açıqlama verən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi səsləndirilən iddiaları təkzib edərək internet sürətinin zəif olmadığını qeyd edib.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz isə Sherg.az-a açıqlamasında bildirib ki, ölkəmizdə internet sürəti olduqca zəifdir.

Ekspertin sözlərinə görə, nəinki paytaxtda elə bölgələrdə durum olduqca acınacaqlıdır:

“Sizin saytınız vasitəsilə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə təklif edirəm ki, çölə çıxıb nazirliyin ətrafında internetin sürətini ölçsün. Nazirliyin ətrafında mobil internetin sürəti yox dərəcəsindədir. Ümumiyyətlə, Azərbaycanda internetin keyfiyyəti və sürəti ilə bağlı vəziyyət biabırçıdır. Hesab edirəm ki, bu məsələyə dövlət səviyyəsində reaksiya verilməlidir. Azərbaycan interneti ölkədə gedən inkişaf səviyyəsinə, bütün sahələrdə gedən dinamik proseslərə ən uyğun gəlməyən sahədir. Beynəlxalq reytinqlərə baxsaq, bütün sahələrdə müsbət tendensiya gedir, yalnız internetlə bağlı mənfi hallar müşahidə olunur. Məsələ o yerə gəlib çatıb ki, Antiinhisar məsələlər üzrə Dövlət Xidməti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin inhisarçı olmasını təsdiq edir. Lakin nazirlik bütün bunları təkzib edərək inhisarçı olmadığını bildirir. Belə olmaz, bu məsələyə sərt təpki vermək lazımdır. Regionlarda interntin sürəti isə tamamilə acınacaqlıdır. Məsələn, Xaçmazda “Aztelekom”dan başqa provayder yoxdur. Bu, çox biabırçı bir durumdur”.(Sherg.az)
Bugün, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
Bugün, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
Bugün, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
Bugün, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ
Bugün, 10:14
Azərbaycanda mayın 1-dən balıq ovu qadağan edilir
Bugün, 09:38
Münasibətləri ən çox özləri məhv edən 5 bürc
Bugün, 09:09
ABŞ institutu: Ermənistan Rusiyadan uzaqlaşmaq səylərini davam etdirir
Dün, 16:32
İkibaşlı oyunun ACI SONLUĞU – Ermənistan “minalanmış sahə”dən sağ çıxa BİLƏCƏKMİ?
Dün, 16:13
Oğlanların qız kimi rəqsi: Kimlər nəyi təbliğ edir?
Dün, 15:46
Ərdoğan Almaniya Prezidenti ilə görüşüb
Dün, 15:05
Bu ölkə Ağdamda məktəb tikəcək
Dün, 14:23
Azərbaycan-Qırğızıstan sənədləri imzalanıb - YENİLƏNİB- 2
Dün, 13:56
Yüksək səs-küy, musiqi, vibrasiya: yaşayış binalarında narazılıq yaradan obyektlərlə necə mübarizə aparılmalıdır? - ARAŞDIRMA
Dün, 13:28
Prezident 2 fərman imzaladı
Dün, 12:33
Azərbaycanın işğaldan azad edilmiş ərazilərində ilk hərrac keçiriləcək
Dün, 12:04
Tərbiyəçi-müəllimlərin vakant yerlər üzrə qeydiyyatına start verilib
Dün, 11:31
Qırğızıstan Prezidenti Azərbaycana dövlət səfərinə gəlib - YENİLƏNİB
Dün, 10:34
İsrail ordusu "Hizbullah"ın hərbi obyektlərinə hava və artilleriya zərbələri endirib
Dün, 10:10
Natəmizlikdən yaranan ADƏT – Avropalıların iyunda evlənmək vərdişinin İNANILMAZ SƏBƏBİ
Dün, 09:26
Şimali Makedoniyada prezident seçkiləri keçirilir
Dün, 09:02
Ən qısqanc qadınların bürcləri – Yoldaşlarını daim nəzarətdə saxlayırlar
23-04-2024, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
23-04-2024, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
23-04-2024, 17:11
Əli Əsədov yeni qərar imzaladı
23-04-2024, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
23-04-2024, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
23-04-2024, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik