Bankların girovuna çevrilən sahibkarlıq - Məmur-oliqarxların nəzarətində olan bank sektoru ilə iqtisadi islahat mümkündürmü?
Gündəm / Sosial
Oxunub: 564
26 Ekm 2019 | 13:51
Bankların girovuna çevrilən sahibkarlıq - Məmur-oliqarxların nəzarətində olan bank sektoru ilə iqtisadi islahat mümkündürmü?



Azərbaycanın bank-maliyyə sektorunda ciddi dəyişikliklər, islahatlar aparılmadan ölkə iqtisadiyyatının, xüsusilə də qeyri-neft sektorunun inkişafını gözləmək mənasızdır. Bunu deməyə artıq uzun illərin təcrübəsi və real sektorla bank sektoru arasındakı münasibətlərin hazırkı durumu əsas verir.

Elə ölkə başçısının son iqtisadi müşavirədə bank sektorunun fəaliyyətindən narazılığını gizlətməməsi və bu sektorun ölkədə qeyri-neft sektorunun, sahibkarlığın inkişafında dövlətə lazımi dəstəyi göstərmədiyini bildirməsi də təsadüfi deyil. Prezident bankların yenidən istehlak kreditlərinə meyllənməsini, real sektora lazımi dəstək göstərməməsini vurğulamaqla, bu sahədə də islahatlara ehtiyacın yarandığını təsdiqləmiş oldu.

Ardıcıl iki devalvasiya, Azərbaycan Beynəlxalq Bankından milyardlarla dolların talan edilməsi, oxşar aqibətin “Bank Standard” və “Texnikabank”da yaşanması və bütün bu talançılığın hesabının dövlətə, büdcəyə ödədilməsi göstərdi ki, bank sektorunun idarə və tənzim edilməsində çox böyük qüsurlar var. Onu da əlavə edək ki, ölkənin bank sektoru əhalinin ən çox şikayət etdiyi sahələrdən biridir.

Sahibkarlar arasında kiçik bir sorğu aparmaq kifayətdir ki, ölkədəki banklarla işləməyin və bundan qazanc əldə etməyin nə qədər müşkül və bəzən də mümkünsüz olduğunu görəsən. Bir çox iqtisadçı ekspertlər, hətta parlament üzvləri də dəfələrlə bankların soyğunçu kredit faizlərinin, girov şərtlərinin və s. sahibkarlığın inkişafına deyil, məhvinə səbəb olduğunu bildiriblər. Elə bunun nəticəsidir ki, 10.000 ABŞ dollarınadək problemli kreditlərlə bağlı yüz milyonlarla manat vəsaitin büdcədən bank sektoruna yönəldilməsinə baxmayaraq, yenə də bankların problemli kreditlərinin həcmi durmadan artır. Son rəsmi məlumatlara görə, problemli kreditlərin həcmi artıq 1.5 milyard manata çatıb. Hansı ki, əslində bu rəqəm daha böyükdür. Ona görə ki, bankların əksəriyyəti öz ağır vəziyyətlərini gizlətmək üçün problemli kreditlərin real həcmini gizlədirlər.

Yeri gəlmişkən, son mətbuat konfransında kredit faizləri barədə danışan Mərkəzi Bank sədri Elman Rüstəmov ölkədə biznes kreditlərinin ucuzlaşdığını, bu ilin əvvəlindən iş adamlarına verilən kreditlərin illik faiz dərəcəsinin 16,2%-dən 11,1%-ə düşdüyünü bildirib.

Bəs görəsən, reallıqda da biznes kreditləri bu faizləmi verilir? Banklara müraciət edən sahibkarların böyük əksəriyyəti yaxşı bilirlər ki, irəli sürülən girov şərtləri və faiz dərəcələri qətiyyən Azərbaycanda iş görən sahibkarın əldə etdiyi mənfəətin səviyyəsilə uyğun gəlmir. Yəni ki, bankların təklif etdikləri kredit şərtləri biznesin rentabellik, gəlirlilik səviyyəsilə tərsmütənasiblik təşkil edir. Hələ bir neçə il əvvəl YAP-çı deputat Siyavuş Novruzov demişdi ki, Azərbaycanda banklardan kredit götürüb qazanc əldə etmək üçün yalnız narkotik alverilə məşğul olmaq mümkündür.

Bundan əlavə, necə olur ki, əhalidən bir çox hallarada illik 2-3 faizlə depozit qəbul edən banklar 20 faiz civarında kredit təklif edirlər? Bu boyda fərq nəyə xidmət edir? Son mətbuat konfrasında E.Rüstəmov bu faktı onunla izah edib ki, bankların girovlarla bağlı riskləri mövcuddur. Yəni ki, kreditlərin qarşılığında qoyulan girovların satılmasında, nəğd vəsaitə çevrilməsində problemlər olur, buna görə də banklar bir növ özlərini sığortalayaraq, həmin riskləri faizlərin üzərinə gəlirlər. Lakin istənilən adi, yəni hansısa məmur-oliqarxın çevrəsinə aid olmayan sahibkar təsdiqləyə bilər ki, banklar verdikləri kreditin həcmindən az qala iki dəfə artıq dəyərə malik və satışında problem yaranmayacaq girov qəbul etmədən bir qəpik də kredit verməzlər.

Doğrudur, ABB və “Bank Standard” işləri göstərdi ki, banklar dəyəri saxta yolla və qarşılıqlı razılaşma ilə dəfələrlə şişirdilmiş girovlar müqabilində, bəzən isə heç bir girov-filan qəbul etmədən külli miqdarda kreditlər ayırıblar. Ancaq hamıya məlumdur ki, belə kreditlər heç də sıravi sahibkarlara deyil, məmur-oliqarxlara və onların ətrafındakılara verilib. Təbii ki, belə kreditlər də sadəcə mənimsənilib və talan edilib. İndi belə çıxır ki, bu tip talançılıqların və bankların digər müştərilərilə yaranan girovla bağlı problemlərinin hesabını sıravi sahibkar ödəməlidir? Bəlkə kredit faizlərinin yüksək olmasının əsas səbəbi girov riskləri yox, bankların sahibləri olan məmur-oliqarxların mümkün qədər çox qazanmaq istəyidir? Təbii ki, Mərkəzi Bank rəhbərinin bunu etiraf edəcəyini gözləmək də sadəlövhlük olardı…

Onu da qeyd edək ki, son günlər barəsində istefa xəbərləri yayılan Elman Rüstəmovun rəhbərlik etdiyi Mərkəzi Bankın Maliyyə Bazarlarına Nəzarət Palatası və Əmanətlərin Sığortalanması Fondu ilə vahid qurumda birləşdiriləcəyinə dair iddialar var. Bildirilir ki, dəyişikliklərdə məqsəd, maliyyə bank sektorunda tənzimləməni çevikləşdirmək və funksiyaların təkrarlanması hallarını aradan qaldırmaqdır. Təbii ki, belə struktur dəyişikliyi hansısa müsbət nəticə verə bilər. Lakin bir şey dəqiqdir ki, bank sektoru məmur-oliqarxların inhisarından qurtulmayınca, ən mükəmməl struktur islahatları belə, gözlənilən nəticələri verməyəcək./azpolitika.info/
Dün, 16:28
Musiqi və incəsənət məktəblərinə şagird qəbulu ilk dəfə elektron qaydada aparılacaq
Dün, 16:04
Berlində diaspor fəallarından Azərbaycana DƏSTƏK
Dün, 15:25
“Sülhə nail olmaq üçün çox yaxşı fürsətlər var”
Dün, 14:55
Türk dünyasının deputatları Xankəndidə - FOTO
Dün, 14:08
Bakıda 4 aylıq körpə pəncərədən yıxılıb öldü
Dün, 13:45
AFFA İntizam Komitəsinin Premyer Liqanın XXXI turu ilə bağlı qərarları açıqlanıb
Dün, 13:03
“Bu bizim üçün çox böyük şərəfdir”
Dün, 12:15
“COP29-a ev sahibliyi edəcək ölkə kimi Azərbaycan fəal hazırlıq prosesindədir”
Dün, 11:40
Nüvə müharibəsi YENİDƏN GÜNDƏMDƏ – “Ən arzuolunmaz ssenariyə hazırlıq gedir”
Dün, 11:15
Avropa Parlamenti olduğu kimi: yalan, qərəz, nifrət və zəiflik
Dün, 10:43
Əlilliyi olan şəxslərin hüquqları ilə bağlı təklif - Yenilənib
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:56
General-mayor vəfat etdi
Dün, 09:28
Avropa çempionatı: Azərbaycanın daha 3 cüdoçusu mübarizəyə qoşulacaq
Dün, 09:00
Günün qoroskopu: İdeyaları yeniləyin, amma hisslərlə oynamayın
25-04-2024, 16:24
Prezidentlərin Ağdama səfərindən - Maraqlı fotolar
25-04-2024, 15:42
Elmira Süleymanova ilə vida mərasimi keçirildi - Yenilənir - Foto
25-04-2024, 15:04
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdamın Xıdırlı kənd tam orta məktəbinin təməlqoyma mərasimində iştirak ediblər
25-04-2024, 14:34
Ölümə belə yol açan BƏLA – Gizli depressiyaya düçar olduğumuzu necə ANLAYA BİLƏRİK?
25-04-2024, 14:10
Bərpa olunan Ağdam Cümə məscidindən - Fotolar
25-04-2024, 12:32
Prokurorluq Nəsib Quliyevin intiharı ilə bağlı mediaya müraciət etdi
25-04-2024, 12:10
Naxçıvanın Baş naziri vəzifəsindən azad olundu - Yeni təyinat
25-04-2024, 11:36
Təbrizdə Ermənistanın Baş Konsulluğu açılacaq
25-04-2024, 10:43
Azərbaycan Ordusunda komanda-qərargah təlimləri keçirilir, Zakir Həsənov prosesi izləyib
25-04-2024, 10:25
Sovet İttifaqında çox nəhəng tikinti olan Baykal-Amur Magistralı Heydər Əliyevin adı ilə bağlıdır
25-04-2024, 10:24
Rusiya-Azərbaycan münasibətləri qarşılıqlı məmnunluq doğurur.
25-04-2024, 10:22
Azərbaycan–Rusiya münasibətlərinin inkişafında yeni mərhələ