Oqtay Şirəliyevin 3-cü istefa ərizəsi qəbul olunacaq?.. - İLGİNC GƏLİŞMƏ
Gündəm / Səhiyyə
Oxunub: 567
30 Ekm 2019 | 13:53
Oqtay Şirəliyevin 3-cü istefa ərizəsi qəbul olunacaq?.. - İLGİNC GƏLİŞMƏ

Ölkə başçısının start verdiyi struktur və kadr islahatlarının yeni dalğası ilə bağlı ayrı-ayrı rəhbər şəxslər tərəfindən anonslar verilməkdədir.

Budəfəki müzakirələr Səhiyyə Nazirliyi və nazir Oqtay Şirəliyevi əhatə edir. Nazirlikdəki mənbədən Moden.az-a daxil olan məlumata görə, Oqtay Şirəliyev artıq istefa ərizəsini yazıb. Mənbə bildirir ki, bu, səhiyyə nazirinin sayca üçüncü istefa ərizəsidir. İddialara görə, onun bundan əvvəl müxtəlif vaxtlarda yazdığı iki ərizəsi qəbul edilməyib.

Bu dəfə isə situasiyanın fərqli olduğu bildirilir. Belə ki, Oqtay Şirəliyev istefa ərizəsini yazaraq, 3 həftəlik məzuniyyətə çıxıb. Onun məzuniyyətdən qayıtdıqdan sonra isə nazir kimi fəaliyyət göstərməcəyi bildirilir.

Saytımıza verilən digər məlumatlarda struktur islahatları çərçivəsində optimallaşdırma aparılacağı, Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud da İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyilə birləşdiriləcəyi gözlənilir.

Milli Məclisin Səhiyyə komitəsinin sədr müavini Musa Quliyev səhiyyə sahəsində gözlənilən islahatlarla bağlı Modern.az-ın suallarını cavablandırıb.

Musa Quliyev ölkə Prezidentinin başlatdığı islahatların hərtəfəli olduğunu bildirərək, onların gələcəyə hədəfləndiyini vurğulayıb:

“Bu islahatların tərkibində sosial islahatlar xüsusi yer tutur. Bunun da əsaslarından biri səhiyyə islahatlarıdır. Mən deyərdim ki, cənab Prezidentin sosial paketində ən əhəmiyyətli yeri tutanlardan biri icbari tibbi sığortanın tətbiqilə bağlıdır, hansı ki, gələn ildən ölkə üzrə fəaliyyətə başlayacaq.

Uzun illər səhiyyədə islahatlar getdi, maddi-texniki baza möhkəmləndi, kadr islahatları aparıldı, Tibb Universitetində rezedentura pilləsi yaradıldı. Səhiyyənin maliyyələşdirilməsində icbari tibbi sığortaya keçid üçün cənab Prezidentin sərəncamı ilə İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi yaradıldı. Yevlax, Mingəçevir, Ağdaş və Sədərəkdə onun pilot layihə olaraq tətbiqinə başlandı. Ölkə başçısının digər fərmanı ilə TƏBİB publik hüquqi şəxsi yaradıldı. Milli Məclisdə “Tibbi sığorta haqqında” qanuna 100-dən çox əlavə və dəyişikliklər edildi. Artıq icbari tibbi sığortanın tətbiqinə növbəti ildən başlanacaq. Ən böyük islahat budur”.

M.Quliyev optimallaşdırma siyasəti çərçivəsində Səhiyyə Nazirliyinin digər qurumlarla birləşdirilməsini istisna etməyib:

“Mən Səhiyyə Nazirliyinin Agentliklə birləşdirilməsini uyğun saymıram. Təbii ki, bu, mənim subyektiv fikrimdir. Səlahiyyət sahibi dövlət başçısıdır. Amma mənim düşüncəmə görə, Səhiyyə Nazirliyi səhiyyənin siyasətini həyata keçirməlidir. Agentlik isə bu işin praktik maliyyələşmə tərəfinə cavabdeh olmalıdır. Dünya təcrübəsində iki qurumun birləşdirilməsi təcrübəsi olsa da, əksəriyyət tərəfindən məqbul hesab olunmur.

Səhiyyə Nazirliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, yaxud İqtisadiyyat Nazirliyinə birləşdirilməsi təcrübələri var. Amma bu gün nazirliyin bu qurumlara birləşdirilməsi nə dərəcədə realdır, onu deyə bilmərəm. Amma Səhiyyə Nazirliyilə Agentlik ayrı-ayrılıqda fəaliyyət göstərsələr, daha effektiv nəticələr əldə edə bilərik. Onlar həm də bir-birilərinə nəzarət edən orqana çevirlə bilərərlər. Çünki sifariş verən orqanla icraedici orqan bir yerdə olmamalıdır. Əks təqdirdə müəyyən problemlər meydana çıxa bilər. Təbii ki, son sözü cənab Prezident deyəcək”.
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam
27-03-2024, 14:03
Cenevrədə Fransanın kolonializm siyasəti tənqid edildi
27-03-2024, 12:57
Ailə üzvlərinin qətlində ittiham olunan Əhməd təcridxanaya qaytarıldı
27-03-2024, 12:12
Türkiyədə seçkilərə 4 gün: Partiyalarda qadın və kişi namizədlər...
27-03-2024, 11:36
Əcnəbilərin Rusiyaya vizasız giriş qaydaları sərtləşdirilə bilər
27-03-2024, 10:21
Şahdağa yarım metrdən çox qar yağıb - FAKTİKİ HAVA
27-03-2024, 09:51
Bakıda 15 yaşlı qız itkin düşüb
27-03-2024, 09:20
27 Mart - Azərbaycanda Elm Günüdür
27-03-2024, 08:55
134 nəfər Füzuliyə YOLA SALINDI
26-03-2024, 17:44
Bakı Dəmiryol Vağzalında avtomobillər üçün parkinq tarifləri müəyyənləşib