Jurnalistlər İrəvana gedəcək? - Kremldən gələn təklifə Bakıdan CAVAB
Gündəm / Dünya
Oxunub: 464
2 Kas 2019 | 11:17
Jurnalistlər İrəvana gedəcək? - Kremldən gələn təklifə Bakıdan CAVAB

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycan və Ermənistan jurnalistlərinin Bakıya, İrəvana və Dağlıq Qarabağa qarşılıqlı səfər etmək məsələsini yenidən gündəmə gətirib.

Qeyd edək ki, bu ilin aprel ayında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin Moskvanın təklifi ilə keçirilən görüşdə bu məsələ təklif formasında verilmişdi. Bu təklifin Sergey Lavrov tərəfindən yenidən səsləndirilməsi bununla bağlı müəyyən addımların atılacağına işarə hesab olunur.

Maraqlıdır, media rəhbərləri necə düşünür? Ümumiyyətlə, belə səfərlər proseslərə necə təsir göstərər?

“Ayna” saytının baş redaktoru Elçin Şıxlı Cebhe.info-ya açıqlamasında bildirib ki, əgər hansısa bir proses, ümumi hərəkət və ya plan varsa, hər iki ölkə jurnalistlərinin qarşılıqlı səfərləri həmin yol xəritəsinin tərkibindədirsə, onda nəsə ola bilər:

“Amma bunlar heç bir planın, yol xəritəsinin tərkib hissəsi deyilsə, bu cür görüşlər, səfərlər mənasızdır. Ümumən ermənilərin və azərbaycanlıların bir-birini tanımasında fövqəladə bir şey yoxdur. Çünki biz nəslin nümayəndələri sağ erməni görmüşük, onlar da sağ azərbaycanlı. Cavan nəslin nümayəndəsi salamat erməni görməyiblər və onlar bir-birlərini tanımırlar. Bizdən müəyyən qədər daha aqressivdirlər. Ən nəhayət, bunu Lavrovun sözüylə etməyimiz mənə heç xoş gəlmir. Lavrov getsin öz Rusiyasının dərdin çəksin və bizə də ağıl öyrətməsin. Bizim dövlət başçısı lazım bilərsə, deyər ki, gəlin bu proses üzərində işləyək. Əgər lazım bilməsə, hansısa Lavrovun sözü ilə oturub-durmaq lazım deyil. Çünki lavrovların, qanlı 20 Yanvar faciəsini törədən Primakov kimi alçaqların yubileyini Azərbaycanda keçirirlər. Ağlımız olmalıdır, heç kimin dediyi ilə oturub-durmaq lazım deyil”.

“Teleqraf” Media Qrupunun rəhbəri Aynur Camalqızı isə deyib ki, uzun illərdir Azərbaycan və Ermənistan tərəfinin ziyalılar qismində görüşlərinin vacibliyi vurğulanır:

“Bu cür görüşlər bir neçə dəfə olub. Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlunun rəhbərliyi altında Ermənistan, o cümlədən işğal altında olan Azərbaycan ərazilərinə səfər etmişdi. Amma bu görüşlər münaqişənin həllinə təsir edəcəkmi? Doğrusu, bu barədə danışmağa çətinlik çəkirəm. Məsələnin bu tərəfi ilə tamamilə razıyam ki, sülh əldə olunana və Azərbaycanın ərazi bütövlüyü bərpa edilənə qədər bütün variantlardan istifadə olunmalıdır. Məlumdur ki, Azərbaycanın dövlət başçısı və xarici işlər naziri səviyyəsində Ermənistan tərəfi ilə mütəmadi görüşlər keçirilir. Münaqişənin həlli yolları araşdırılır. Beynəlxalq təşkilatlarda, Avropa Şurasında, NATO-da, bir sözlə, kifayət qədər mötəbər tribunalarda Qarabağ münaqişə ilə bağlı çıxışlarımız olur, problemlər qabardılır. Amma jurnalistlərin bu danışıqlar prosesinə qatılması nə ilə nəticələnəcəyi açığı, mənə aydın deyil. Çünki uzun illərdir ki, münaqişənin həlli ilə ATƏT-in Minsk Qrupu məşğul olur və bölgəyə mütəmadi səfərlər edirlər. Amma biz artıq ATƏT-in Minsk Qrupundan da əlimizi üzmüşük. Çünki bu səfərlər turistik səfərlərdən başqa heç nəyə bənzəmir. Ermənistanın Baş naziri Nikol Paşinyan Azərbaycanın işğal altında olan ərazilərinə səfər edir və oradan çox absurd və sərsəm açıqlamalar verir. Təəssüflər olsun ki, ATƏT-in Minsk Qrupu heç vaxt bu məsələlərə münasibət bildirmir. Hesab edirəm ki, biz danışıqlar prosesilə yanaşı, Ermənistanı sülhə məcbur edən bütün addımları atmalıyıq. Bu, hərb yolu da ola bilər, iqtisadi və digər yöndə sanksiyalar da. Azərbaycan regionun lider dövlətidir və bu vasitələrdən istifadə etmək imkanları çox böyükdür. Bu baxımdan jurnalistlər bu prosesə qatıla da bilər, qatılmaya da bilər. Onsuz da münaqişənin həlli, o cümlədən tərəflərin görüşləri ilə bağlı məsələləri yayan da, paylaşan da bizik. Yəni proseslərin içindəyik”.

“Xalq Cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli də bildirib ki, Azərbaycan torpaqlarının işğalına son qoyulmamış istənilən ictimai səviyyədə keçirilən görüş və ya jurnalistlərin bir araya gəlməsi reallıqları dəyişməyəcək:

“Hər hansı bir görüş keçiriləndə və ya məsələ müzakirə olunanda onun predmeti və səbəbləri bəlli olmalıdır. Nəyi müzakirə edəcəyik? Bizim mövqeyimiz ortadadır. Azərbaycan torpaqları işğal edilib, ermənilər azərbaycanlılara qarşı etnik təmizləmə siyasəti aparıblar, soyqırım törədiblər. Bu günə qədər bunun nə məsuliyyətini dərk ediblər, nə işğala son qoyurlar, nə də törətdikləri cinayətə görə üzr istəmək niyyətlərini ortaya qoyublar. Belə olduğu təqdirdə söhbətin predmeti nədən ibarət olacaq, hansı kontekstdən “xalqların” sülhə hazırlanmasından danışmaq olar? Torpağı işğal altında olan bir xalqı sülhə necə hazırlamaq olar? Ümumiyyətlə, bu sözü Azərbaycan xalqına, jurnalistinə necə demək olar? Yaxşı olardı ki, Lavrov özünü torpağı işğal olunmuş Azərbaycanın yerinə qoysun və ondan sonra belə mülahizələr irəli sürsün. Bundan öncə Avropa İttifaqının Şərq Tərəfdaşlığı proqramı çərçivəsində belə bir təşəbbüslər həyata keçirilmişdi, heç bir nəticə vermədi və verməsi də mümkün deyil. Xalq diplomatiyası və onun ayrı-ayrı elementləri o zaman üst-üstə düşə bilər ki, ortalıqda ədalətli siyasi qərar olsun. Ədalətsiz olan hər bir qərara ilk növbədə Azərbaycan dövləti müsbət münasibət bildirməyəcək. Bu da son nəticədə hər hansı bir effekt verməyəcək.

Problemin kökündə dayanan amillər hər kəsə bəllidir. Əgər bu gün erməni jurnalist mənimlə qarşı-qarşıya oturub Dağlıq Qarabağın Ermənistana məxsus olmasından və yaxud hansısa uydurma tarixi “həqiqətlərdən” danışacaqsa, və ya münaqişəni üçüncü tərəfin boyuna atmağa çalışacaqsa, “üçüncü tərəfin qara əli gəlib bu münaqişəni yaratdı, ermənilərin günahı yoxdur” kimi uydurma, cəfəng məsələlər deyəcəksə, bunun cavabı çox ağır olacaq. Hesab edirəm ki, belə bir görüşün heç bir əhəmiyyəti yoxdur. Bu, hansısa dövlətin təşəbbüsünə media dəstəyinin verilməsi kimi bir nəticəyə gətirib çıxara bilər”.
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir
17-04-2024, 14:47
Atam bu gün mühazirəyə getməli idi - Hadi Rəcəblinin qızı
17-04-2024, 14:07
Rusiyanın bu vilayətində miqrantlara taksi işləmək qadağan olunur