“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər
Gündəm / Sosial
Oxunub: 613
11 Kas 2019 | 11:47
“MİDA” MMC sakinləri mühasirəyə alıb - Haqsızlıqdan şikayətlənənlər ölkə başçısından kömək istəyirlər

“Qanlı göl” adlanan ərzinin qərb hissəsində yaşayan sakinlər Rubrika.az saytına müraciət edərək “MİDA” MMC-nin fəaliyyətindən, yaşayış şəraitlərinin dözülməzliyindən,yolsuzluqdan şikayət edirlər. Onların bildirdiyinə görə şirkət rəhbərliyinin saymazlığı, insanlara göstərdiyi biganəlik onların həyatını təhlükə qarşısında qoyub. Dəfələrlə müraciət etsələr də Yasamal rayon İH, eləcə də “MİDA” MMC tərəfindən məqbul cavab ala bilməyən sakinlər ölkə başçısından, birinci vitse-prezidentdən kömək istəyirlər.

Xatırladaq ki,ötən əsrin 90-cı illərinin əvvəllərindən bu ərazidə Kəlbəcər, Laçın, Cəbrayıldan olan məcburi köçkünlər məskunlaşıb. Həmin şəxslər əvvəllər yataqxanalarda yerləşdiriliblər, sonradan öz mənzil şəraitlərini yaxşılaşdırmaq məqsədilə bu əraziyə köçüblər. 2014-cü ildə başlanan söküntü işləri zamanı burada yaşayan məcburi köçkünlərin əksəriyyəti yeni tikilən yataqxanaya köçürülüb. Digərləri isə hələ də bu antisanitariya şəraitində yaşayırlar. İndi isə aparılan tikinti işləri, yolsuzluq onlarla ailənin yaşayışını cəhənnəm əzabına çevirib. “MİDA” MMC-nin yetkililəri dəfələrlə sakinlər tərəfindən müraciətlər olunmasına baxmayaraq onların problemlərinni həll olunmasına heç bir yardım göstərməyiblər. Rubrika.az saytına müraciət edən sakinlər ölkə başçısından kömək istəyirlər:
“Ərazidə aparılan tikinti işləri cənab Prezidentin göstərişlərinə əsasən aparıldığı üçün ərazidə yaşayan insanlar bütün çətinliklərə dözüblər. Ümid etmişik ki, bizi də nəzərə alarlar, görülən işlər bizim yaşayışımızı çətinləşdirməz. Amma,təəsüflər olsun ki, “MİDA” MMC şirkəti bizi adam yerinə qoymur, varlığımızı heçə sayaraq yolumuzu dağıdıb, bizi mühasirə vəziyyətinə salıb. İnsanlar hər gün tikinti işləri aparılan ərazilərdən-palçığın, toz-torpağın içərisi ilə təhlükəylə üz-üzə qalaraq hərəkət etməyə məcburdurlar. Dəfələrlə şirkətin rəhbərliyinə burada qalan 20-25 ailəyə də yeni şəhərciyin içərisindən keçən normal bir yol verilməsini xahiş etmişik. Onlar isə bizə “sizi burda kim saxlayırsa gedin yolu da o versin” deyərək təhqir edirlər. Bizi burada cənab Prezident saxlayır,biz ona güvənirik,inanırıq! Onun baş verən bu qanunsuzluqlardan xəbəri yoxdur. Əks təqdirdə “MİDA” MMC-nin əməkdaşı Fikrət bu qədər saymamazlıq etməz,addımbaşı bizi təhqir edərək təhlükə qarşısında qoymazdı. İri tonnajlı maşınların hərəkət etdiyi yollarda,kranların altında məktəb yaşlı uşaqlar,böyüklər hər gün risk altında hərəkət edirlər. Amma, “MİDA” MMC cəmisi 500 metrlik bir yolun asfaltlanmasını təmin etmək istəmir. Fikrət müəllim öz süpürgəçisi üçün ev tikdirə bilir, lakin bizim harayımızı eşitmir.

Cənab Prezident! Bizim yeganə ümidimiz sizsiniz. Harınlamış məmurlara qarşı gördüyünüz sərt tədbirlər sizin hər zaman sadə insanların tərəfində olduğunuzu göstərir. Bizə də köməklik edin,bizi “MİDA” MMC-nin mühasirəsindən xilas edin! “
Bugün, 16:46
Ayrılan pullar bizə çatmır - Zelenski
Bugün, 16:18
Bakıətrafı sərnişindaşıma xidmətinin qismən subsidiyalaşdırılmasına başlanılır
Bugün, 15:49
Həmid Nurinin oğlu da İsveçdə həbs edildi
Bugün, 15:15
Kreml Puqaçova ilə bağlı açıqlama yaydı
Bugün, 14:52
“Wall Street Journal” Rusiyada həbs olunan jurnalisti üçün BOŞ MANŞET ATIR
Bugün, 14:23
Milli Məclisin növbəti iclasının TARİXİ
Bugün, 13:45
Ermənistan "odla oynayır" - Rusiyanın cavabı sərt ola bilər - ŞƏRH
Bugün, 13:02
“AvtoVAZ” Azərbaycanda “Lada”nın yığılmasına başlayıb
Bugün, 12:37
Rusiya bu il Ukraynada nə qədər ərazini ələ keçirib?
Bugün, 11:53
“Crocus City Hall” terrorunda yaralananların sayı artdı
Bugün, 11:15
Qvardiola "Mançester Siti"dən ayrılmaq istəyir
Bugün, 10:46
İran bu ölkələri Xəzərə buraxmaq istəmir
Bugün, 09:59
Rusiyanın işğal etdiyi ərazilərdə Ukrayna ədəbiyyatına QADAĞA
Bugün, 09:15
MİDA-nın vəzifəli şəxsi vəfat etdi
Bugün, 08:47
Bu gün məktəblərə işə qəbul müsabiqəsi üzrə təkrar müsahibə keçiriləcək
Dün, 16:22
Seçkilərin ən gənc və ən yaşlı NAMİZƏDLƏRİ - 18 yaş, 90 yaş...
Dün, 15:38
AzTV Arayikin müsahibəsini bu axşam yayımlayacaq
Dün, 15:11
Şahramanyan agentlik edir! - Hakim fraksiya onu HƏDƏLƏDİ
Dün, 13:54
“Bununla bağlı qərarda Putinin rəyi rəhbər tutulacaq”
Dün, 11:53
Bağça müdiri olmaq istəyənlər imtahan verəcək
Dün, 11:14
Magistraturaya qəbul üçün qeydiyyat BAŞLADI
Dün, 10:37
Brüsseldə üçtərəfli görüş: Qərb Ermənistanı silahlandırmağı sürətləndirir
Dün, 09:47
Bu il Qədr gecələri nə vaxta düşür? - TƏQVİM
Dün, 09:25
Təhlükəsizlik orqanlarının yaranmasının 105 illiyi
27-03-2024, 15:57
Moskvadakı terrorda ölənlərin sayı 140-a çatdı
27-03-2024, 15:14
“Nəsimi” stansiyasında yanğın
27-03-2024, 14:37
Prezidentdən Elçin Babayevlə bağlı - Sərəncam