Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"
Gündəm / Səhiyyə
Oxunub: 571
13 Kas 2019 | 09:15
Səhiyyə sistemimizdə daha bir biabırçı mənzərə... - "Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim?"

Abşeron rayonu Təcili Tibbi Yardım Xidməti ilə bağlı şikayətlərin ardı-arası kəsilmir.

Xırdalan əhalisi 30 il əvvəlki 3 briqadanın ümidinə qalıb. Bu say isə xəstələrin çağırışlarına kifayət etmir. İddialara görə, briqadaların sayı son illərdə artırılmayıb. Təcili tibbi yardım maşınlarının çağırılan ünvana vaxtında çata bilməməsinin əsl səbəbi də məhz budur. Ötən gün bu vəziyyətlə daha bir Xırdalan sakini üzləşib. Abşeron rayon Təcili Tibbi Yardım Stansiyasında xəstəyə göndərməyə maşın tapılmayıb. Cebhe.info xəbər verir ki, bu barədə jurnalist Famil Fərhadoğlu məlumat verib.

Həyat yoldaşı ilə bağlı Abşeron rayonu Təcili Tibbi Yardım Xidmətindən çağırış edən jurnalist xəstənin həyatına biganə qalan Təcili Tibbi Yardım stansiyasının əməkdaşlarının cəzalandırılmasını istəyib. Həmçinin tibbi personalın laqeyd münasibəti ilə bağlı Səhiyyə Nazirliyinə də müraciət edib:

"Dünən saat 22:26 radələrində həyat yoldaşım antibiotik dərman qəbul etdiyi üçün allergik reaksiya ilə üzləşib. Kəskin tənəffüs çatışmazlığı, ürək döyüntülərinin artması və əllərinin qıc olması ilə bağlı səhhətində problem yaranmışdı. Xırdalan şəhərində kirayədə yaşadığım üçün ərazi üzrə Abşeron rayon Təcili Tibbi Yardım stansiyasına zəng etdim. Xəstəyə qarşı gördüyüm biganə münasibət məni sarsıtdı. Dispetçer həkimə dərdimi deyirəm, o da yanındakılardan soruşur. Bu bir tərəfə, dəstəyi götürən digər xanım işçi hazırda maşınların çağırışda olduğunu bildirərək çox rahatlıqla “maşın yoxdur, özünüz xəstəni aparın” dedi. Hətta təcili olaraq xəstəni Akademik Mirqasımov adına Respublika Klinik Xəstəxanaya aparmağımı məsləhət bildi. Xəstəni taksi ilə deyilən xəstəxanaya çatdırdım. Orada da xəstəyə biganə münasibətin şahidi oldum. Hər tibb işçisi bir söz deyərək, “əlil arabası ilə xəstəni reanimasiyaya aparın” deyə göstərişlər verir. Liftə minəndə xanım işçi “sizə burada yardım göstərə bilməyəcəklər, ən yaxşısı Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinə müraciət edin” deyə bildirdi. Yenidən taksi tutub (xəstəxananın həyətində təcili tibbi yardım avtomobili olduğu halda) deyilən xəstəxanaya getdim. Sağ olsunlar ki, Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsində lazımı tibbi yardım göstərildi. Həmin vaxt üstümdə pul olmaya da bilərdi. Xəstəmi necə xəstəxanaya aparacaqdım, yaxud vaxtında çatdıra bilməsəydim, necə? Vətəndaşa qarşı bu, necə biganə münasibətdir?” deyə jurnalist əlavə edib.

Qeyd edək ki, jurnalist bu gün üzləşdiyi problemlə bağlı Səhiyyə Nazirliyinin 9103 "Qaynar xətti"nə zəng edərək, məlumat verib:

“Məsələni araşdıran xidmət qurumundan mənə bildirilib ki, həmin həmin vaxt Abşeron Rayon Təcili Tibbi Yardım Xidmətində maşın olmayıb. Sonradan guya mənə zəng ediblər və mən Təcili Tibbi Yardım maşınından imtina etmişəm. Halbuki elə bir məsələ olmayıb. Xahiş edirəm, həmin təcili tibbi yardım stansiyasının vətəndaşa laqeyd yanaşan tibbi personalı cəzalandırılsın".

Abşeron Şəhər Mərkəzi Xəstəxanasının baş həkimi Mehriban Qaralova Cebhe.info-ya açıqlamasında qeyd edilən iddialarla razılaşmayıb. O deyib ki, Xırdalanda kifayət qədər Təcili Tibbi Yardım Xidməti briqadası fəaliyyət göstərir:

“Hazırda 20-yə yaxın briqada bütün Abşeron boyu xidmətdədir. Əvvəllər say baxımından çox ciddi olmasa da, problemlər olurdu. Amma son 3 ildə briqdalarımızın sayını artırdıq. İndi bu sahədə hər hansı şikayət yoxdur. Bütün Abşeron rayonuna bizə Bakıdan olan təcili tibbi yardım stansiyaları xidmət göstərir. Bizdə heç bir problem yoxdur. Elə olur ki, ünvanı düz demirlər, hətta əsassız çağırışlar da olur. Hər halda biz araşdıracağıq, siz narahat olmayın. Biz rəsmi müraciət edin, araşdıraq. Mən də bu işdə maraqlıyam. Biz qüsurlarımızı bilməliyik. Bəs mən qüsuru kimdən öyrənim, kimdən bilim? Vətəndaşların məmnunluğu bizim üçün ilk yerdə durur”.
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?
18-04-2024, 09:26
Başlıbel faciəsindən 31 il ötür
17-04-2024, 16:39
Sultan Əl-Cabir COP29 iqlim maliyyələşdirməsi üzrə icra planını müzakirə edib
17-04-2024, 16:06
Bakıda şirniyyat mağazasında istehlaka yararsız məhsullar aşkarlanıb
17-04-2024, 15:33
Fransanın birinci xanımının həyatından serial çəkilir