Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA
Gündəm / Sosial
Oxunub: 514
14 Kas 2019 | 10:20
Sosial evlər niyə baha qiymətə satılır? - HESABLAMA

Xəbər verildiyi kimi, Azərbaycanda uyğun qiymətə mənzil satışı davam edir. FED.az xəbər verir ki, bir qədər əvvəl Mənzil İnşaatı Dövlət Agentliyi güzəştli evlərin 570 mənzildən ibarət növbəti partiyasını satışa çıxarıb və bu günə olan məlumata görə, artıq 284 mənzilin satışı rəsmiləşdirilib.

Bununla yanaşı, «sosial evlər», «güzəştli mənzillər», indi isə «uyğun qiymətə mənzillər» adlandırılan bu mənzillərin satış qiyməti (MİDA bu qiyməti güzəştli qiymət kimi təqdim edir) suallar doğurur.

Qeyd edək ki, sözügedən mənzillər əhaliyə kvadratmetri 950 manatdan başlayan qiymətlərlə təqdim edilir. Nağd alışda qiymət 10% azala bilər. Sosial mənzillər tam təmirli, o cümlədən mətbəx mebelli, kombili və sanitar qovşağı avadanlığı ilə təqdim edilir.

İlk baxışdan, eləcə də şəhərin mərkəzindəki digər yeni tikililərin qiymətləri ilə müqayisədə sosial mənzillər üçün təklif edilən qiymətlər cəlbedici görünə bilər.

Bununla yanaşı, sadə hesablamalar, eləcə də ekspertlərin açıqlamaları göstərir ki, sosial evlərin qiyməti indikindən təqiibən 2 dəfə ucuz ola bilərdi.

Sosial mənzillər niyə 950 manatdır? - RƏSMİ İZAHAT

Sosial evlərin qiymətinin formalaşması prinsipi layihənin reallaşması ərəfəsində açıqlandı. MİDA rəsmi olaraq bəymn etdi ki, sosial evlər ərazidəki evlərdən 20% ucuz olacaq. Doğrudan da, «MBA Group» konsaltinq şirkətinin məlumatına görə, hazırda sosial binaların inşa edildiyi Yasamal ərazisində mənzillərin kvadrametrinin qiyməti 1200 manatdır. Bu məbləğdən 20% az qiymət təqribən 950 manatdır.

İkiqat ucuz ola bilərdi

Bununla yanaşı, ekspertlər sosial evlərin daha da ucuz ola biləcəyi qənaətindədir. Belə ki, elə «MBA Group»un öz hesablamalarına görə, monolit binaların kvadratmetrinin təmirsiz qiyməti 200 manat/m2 başa gəlir. Ərazidə aparılan torpaq işləri və sair bu məbləği bir qədər artırsa da, artım böyük deyil. Təmir xərclərini (hazırda çoxsaylı təkliflərə görə sadə təmir kvadratmetr üçün 190-200 manat ətrafında dəyişir) də nəzərə aldıqda, mənzillərin maya dəyəri kvadratmetr üçün 450 manat ətrafındadır. Digər bütün əlavə xərcləri nəzərə aldıqda, sosial mənzillərin kvadratmetrinin qiyməti 550-600 manatı keçməməlidir.

Bu rəqəmləri nəzərə aldıqda, hazırda sosial mənzillər təqribən ikiqat artıq qiymətə təqdim edilir. Yeri gəlmişkən, çoxsaylı müraciətlərə baxmayaraq MİDA tikinti işləri üçün maya dəyərini açıqlamır.

Özəl şirətləri daha ucuz qiymət təklif edir

Sosial mənzillərin hazırki qiymətinin əslində baha olduğunu, digər dövlət qurumlarının apardığı əməliyyatlar da təsdiqləyir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi xüsusi imtiyazlı kateqoriyadan olan vətəndaşlar üçün təmirli mənzilləri 2018-2019-cu illərdə özəl şirkətlərdən kvadratmetri 750-800 manatdan əldə edib.

Bəzi özəl şirkətlər də FED.az vasitəsilə nazirliyə müraciət edərək kvadratı 800 manatdan təmirli mənzillər təqdim etməyə hazır olduqların bildiriblər.

Torpaq almır, mənfəət əldə etməli deyil

Ən maraqlısı odur ki, məntiqlə, özəl şirkətlərdə qiymətlər daha yüksək olmalı idi. Belə ki, özəl şirkətlər binalırın inşa edildiyi torpaqları almaq üçün əlavə xərclər çəkməli, bu ərazidə böyük torpaq işləri görməli və infrastruktur məsələlərini həll etməlidirlər. Sonda isə biznes qurumu olaraq mənfəət götürməlidirlər. Bunlardan fərqli olaraq MİDA torpağın alınması üçün xərc çəkmir, torpaq dövlət tərəfindən ayrılır, eləcə də, infrastruktur işləri dövlət tərəfindən həll edilir. Digər tərəfdən, özəl şirkətlərdən fərqli olaraq MİDA-nın mənfəət əldə etmək vəzifəsi yoxdur. Başqa sözlə, sosial evlərin fəlsəfəsinə uyğun olaraq bu mənzillər güzəştli təbəqəyə, maya dəyərinə yaxın qiymətlə satılmalıdır.

Reallıqda isə qiymətlər bazar qiymətlərinə daha yaxın qiymətə satılır və onların əsas üstünlüyü güzəştli ipoteka şərtləri il satılmasıdır. Hərçənd, elektron sistemilə satış zamanı uğur qazanmamaq şansı bu üstünlüyü də azaldır.

Mənzillər hansı qiymətə satılmalı idi?

Qiymətlərin daha ucuz, məsələn 600 manat olduğu halda, sosial mənzillərin qiyməti 1 otaqlılarda 18 900 manatdan (hazırda 29 925 manatdan), 2 otaqlılarda 30 906 manatdan (hazırda 47 652 manatdan), 3 otaqlılarda 41 682 manatdan (hazırda 65 997 manatdan) başlamalıdır. Bu vəziyyətdə mənzillərin ipoteka krediti ilə alınması zamanı ilkin ödəniş 1 otaqlılar üçün 3 min manat əvəzinə 1900 manat, 2 otaqlılar üçün 4800 manat əvəzinə 3100 manat, 3 otaqlalır üçün isə 6600 manat əvəzinə 4200 manat ola bilər.

İpoteka kreditinin aylıq ödənişləri isə 1 otaqlı üçün 129 manat əvəzinə 90 manatdan, 2 otaqlı üçün hazırkı 205 manat əvəzinə 147 manatdan, 3 otaqlı mənzilllər üçün isə hazırki 284 manat əvəzinə 198 manatdan başlaya bilər.

İlkin və aylıq ödənişlərin bu həddə düşməsi təkcə vətəndaşların daha ucuz evə sahib olması deyil, həm də daha az gəlirli vətəndaşların da qanuni ipoteka kreditlərinə çıxışını asanlaşdırardı.

Hövsandakı mənzillər 600 manatdan satılacaqmı?

MİDA-nın Yasamalda tətbiq etdiyi qiymət formalaşması prinsipi Bakının digər ərazilərindəki sosial evlərə də aid olacaqmı? Qeyd edək ki, Bakı ərazisində sosial mənzillər üçün ikinci belə kompleks Hövsan qəsəbəsində inşa edilir. Yenə də «MBA Group» konsaltinq şirkətinin məlumatlarına görə, bu ərazidə mənzillərin qiyməti kvadratmetr üçün 800 manat ətrafındadır. Sosial evlərin ərazidəki evlərdən 20% ucuz olacağını nəzərə aldıqda, həmin prinsiplə Hövsandakı mənzillənin kvadratmetri 640 manata (800 manat/m2 – 20%) satılmalıdır. Amma bir qədər əvvəl İct imai TV-də gedən müzakirələrdə MİDA nümaynədəsi qiyməti bu prinsiplə formalaşmayacağını bildirib.

Prooblemin həlli nədədir?

MİDA bildirir ki, mənzillərin maya dəyərindən kifayət qədər yüksək qiymətə satılması gələcək komplekslər üçün vəsait əldə edilməsi və investorları maraqlandırmaq məqsədi daşıyır. Amma bunun üçün daha sadə variantlar var.

Problemin həlli üçün mümkün çıxış yollarından biri, bu mənzillərin tikintisi üçün ayrılan vəsait hesabına paytaxtdakı müxtəlif tikinti şirkətlərindən mənzillər əldə etməkdir. Bu zaman böyük alıcı olduğuna görə, qiymətləri MİDA özü diqtə edə bilər və bəlli bir səviyyə müəyyən edə bilər – məsələn – kvadratmetri 700 manat. Başqa sözlə, MİDA-nın tenderləri mənzil tikintisi üçün deyil, mənzillərin alınması üçün keçirilə bilər. Bu variantda, əhaliyə daha çox sayda və daha ucuz sosial mənzil satmaq mümkündür.
Dün, 19:56
ABŞ Ukraynaya yeni hərbi yardım paketi hazırlayır
Dün, 19:04
Magistraturaya ikinci qəbul imtahanı keçiriləcək
Dün, 17:11
Əli Əsədov yeni qərar imzaladı
Dün, 16:28
Azərbaycanla Ermənistan arasında ilk sərhəd dirəyi quraşdırılıb - FOTO
Dün, 15:55
Rusiyanın buğda ixracında KƏSKİN AZALMA – Ölkəmizdə unun qiyməti BAHALAŞACAQ?
Dün, 15:16
Dövlət başçısı: İqlim dəyişiklikləri məsələlərinin həlli baxımından COP29-un uğurla keçməsini istəyirik
Dün, 14:16
Laçın sərhəd-buraxılış məntəqəsinin birinci ildönümü – tarixi proseslər necə başladı? - ŞƏRH
Dün, 13:25
Ərdoğan: Ümid edirəm ki, Ermənistan düzgün yolu seçər və regionda yeni dövr başlayar
Dün, 12:56
Körpələr evindəki yeyinti - Cinayət işi AÇILDI
Dün, 12:27
İlham Əliyev Zelenskini COP29-a dəvət edib
Dün, 11:22
Deputatlar 18 məsələni müzakirə edir
Dün, 10:41
Günə 60 BOŞANMA - Mediasiya Şurası yollarını ayıranları BARIŞDIRA bilirmi?
Dün, 10:12
Azərbaycanda zəlzələ oldu
Dün, 09:36
Naxçıvanda müəllimlər qarşılıqlı razılıq əsasında iş yerlərini dəyişə biləcəklər
Dün, 09:16
Dünyanın beyin mərkəzlərinin nümayəndələri yenidən Azərbaycanda toplanır
22-04-2024, 17:52
Yaxın Şərqdə səngiməyən gərginlik - Türkiyə savaşdan yayına biləcək? - ŞƏRH
22-04-2024, 17:24
MEDİA sosial şəbəkə istifadəçilərini məsuliyyətli olmağa çağırıb
22-04-2024, 15:13
ABŞ səfiri Ermənistan-Azərbaycan sərhədini müzakirə etdi
22-04-2024, 14:23
Ermənistan Qərbdən ƏLİNİ ÜZÜR – Xilas yolu isə Azərbaycandan keçir... – TƏHLİL
22-04-2024, 13:40
Dələduzluğa görə həbs edilmişdi, cəzaçəkmə müəssisəsində öldü
22-04-2024, 13:01
Amilin verilişində dediyi sözlərə görə cəzalandırıldı
22-04-2024, 12:05
Prezident Rusiyadadır
22-04-2024, 11:45
Elektrik enerjisindən istifadə qaydalarında dəyişiklik edildi
22-04-2024, 10:48
Ərdoğan mayın 9-da ABŞ-yə rəsmi səfər edəcək
22-04-2024, 10:12
BƏƏ Azərbaycan və Ermənistan arasında razılaşmanı alqışlayır
22-04-2024, 09:28
Masallının 10 yaşayış məntəqəsinin qaz təchizatı dayandırılacaq
22-04-2024, 09:26
Sorğu: Müstəqil namizədlər Trampın seçki yarışında Baydeni ötməsinə mane olur