“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL
Gündəm / Cəmiyyət
Oxunub: 418
14 Kas 2019 | 18:29
“Yanmış binanı mənə təmir etdirib pulu vermədilər” - QALMAQAL

“Yanmış, 12 ailənin yerləşdiyi yaşayış binasını mənə təmir etdirib pulumu ödəmədilər”.

Bu sözləri “Qafqazinfo”ya şikayətində tikinti mütəxəssisi İlqar Məmmədov deyib. Bakı sakini olan şikayətçi bildirib ki, Xətai rayonu NZS qəsəbəsində yerləşən ikimərtəbəli binada yanğın baş verdikdən sonra sözügedən binanın təmir işləri onun öhdəliyinə verilib. Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin təklifi əsasında tikinti işləri yekunlaşsa da sakin ödədiyi məbləği qurumdan ala bilmir:

“Materiala və 12 ustaya 8400 manat pul ödənilib. O vaxt Xətai rayon Mənzil Kommunal Təsərrüfatı Birliyinin rəisi Əvəz İsmayılov idi və o, ödənişin verilməsini müxtəlif bəhanələrlə gecikdirdi. Daha sonra onun yerinə Sahib Babayev təyin olundu. S. Babayevlə görüşümdə mənə bildirdi ki, ödənişi Əvəz İsmayılovdan tələb etməliyəm. Bir çox üst instansiyalara müraciət etsəm də, cavab ala bilmirəm. Bircə Bakı Şəhər İcra Hakimiyyətindən cavab gəldi ki, məsələ Xətai rayon İcra Hakimiyyətinə yönləndirilib, araşdırılacaq.

İcradan rəy verildi ki, iş müqaviləsiz görülüb və hər hansı bir ödəniş olunmayacaq. İndi mən bilmirəm pulumu kimdən tələb edim. Borcum olan sahibkarlar hər gün məndən pul tələb edir”.

İlqar Məmmədov əlavə edib ki, artıq 1 ildir ki, pulunu ala bilmir. Belə ki, sözügedən yanğın hadisəsi ötən ilin noyabrında baş verib.

Xətai Rayon İcra Hakimiyyətinin ictimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Pənah İmanov “Qafqazinfo”ya açıqlamasında bildirib ki, vətəndaş rəsmi müraciət etdiyi təqdirdə məsələyə bir də baxıla bilər:

“Əslində cavabda bizim mövqeyimiz bildirilib, ancaq yenə də vətəndaş müraciət etdiyi təqdirdə işinə baxılacaq. Başçımız da təzədir, məsələ yenidən araşdırılar. Vətəndaş aldığı cavabdan narazı qaldığı təqdirdə qanunlarımız imkan verir ki, məhkəməyə müraciət etsin”.
Bugün, 15:43
Bakıda Qırğız Mədəniyyəti Günləri keçiriləcək
Bugün, 14:46
TƏBİB Cavanşir Məmmədovun ölümü ilə bağlı məlumat yayıb - YENİLƏNİB
Bugün, 12:26
Paşinyan: İlk dəfə olaraq Ermənistan və Azərbaycan məsələni danışıqlar masası arxasında həll etdilər
Bugün, 11:21
Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb
Bugün, 10:07
İddiaçılar Turniri: Nicat Abasov bu gün Hindistan şahmatçısı ilə qarşılaşacaq
Bugün, 09:28
Quterreşdən Azərbaycan və Ermənistana - Çağırış
Dün, 15:57
Bakı Fransız Liseyinin şagirdlərinin nəzərinə - MÜRACİƏT
Dün, 15:17
“Sərxoş idi deyə “prava”m olmasa da, maşını mənə sürdürdü”
Dün, 14:20
Bakı Fransız Liseyi fəaliyyətini dayandırır - EKSKLÜZİV
Dün, 13:28
Yalnız valideynlərini itirən uşağı övladlığa götürən qadınlar pensiyaya tez çıxacaq
Dün, 12:36
Kəmaləddin Heydərovdan yüksək vəzifəyə TƏYİNAT
Dün, 12:01
Hindistanda dünyanın ən böyük seçkiləri başladı
Dün, 10:51
ŞOK: Rusiya kanalları Ermənistanda bloklanacaq - Erməni nazir açıqladı
Dün, 10:21
Çox ağıllı olmasalar da, çox gözəl doğulan BÜRCLƏR
Dün, 09:41
“Bayer 04” “Top-5” liqaların komandaları arasında yeni rekorda imza atıb
Dün, 09:11
KİV: Rusiya sülhməramlılarının Qarabağdakı missiyası başa çatıb
18-04-2024, 16:29
Qərb Cənubi Qafqaz planlarında tələsir - ŞƏRH
18-04-2024, 16:00
“İşi ürək ağrısı ilə oxumuşuq, hamımız sarsılmışıq” - Hakim
18-04-2024, 15:30
“İrəvandan aydın reaksiya gözləyirik”
18-04-2024, 15:05
Rəqsanənin mülklərinə həbs qoyulub - Külli miqdarda borcu var
18-04-2024, 14:04
“Bığlarımıza görə bizə “Avroviziya”nın ataları” deyirlər”
18-04-2024, 13:07
Məktəbdənkənar müəssisələrə qəbul elektronlaşdırılacaq
18-04-2024, 12:35
Ramzan Kadırov Rusiyanın yeni DİN rəhbəri ola bilər - KİV
18-04-2024, 11:41
Mikayıl Cabbarova yeni müavin təyin edildi - Sərəncam
18-04-2024, 11:13
Naxçıvanda əhalinin içməli su təminatı yaxşılaşdırılır
18-04-2024, 10:41
Azərbaycanda dəmirlə zənginləşdirilmiş un satılacaq
18-04-2024, 09:53
Kirayə evə görə vergini kim ödəməlidir?